3. Fövqəladə hallarda əhalinin mühafizəsi. Fövqəladə hal-
larda Mülki müdafiənin rolu və vəzifələri, Mülki müdafiə xid-
mətləri və qüvvələri, onların vəzifələri və yaradılması. Fövqəladə
hallar şəraitində Mülki müdafiə konsepsiyasının əsas məsələləri.
Fövqəladə hallarda fəaliyyət göstərən Dövlət sistemi və onun
vəzifələri.
Fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və
üsulları. Fövqəladə hallarda əhalinin mühafizəsinin mühəndis
tədbirləri, Mülki müdafiə mühafizə qurğuları – təyinatı və təsni-
fatı. Sığınacağın həcmi-planlaşdırma, konstruktiv, mühəndis-
texniki avadanlıqları, sığınacaqların iş rejimi.
Radiasiya daldalanacaqları – həcmi-planlaşdırması, kons-
truktiv həlli, mühəndis-texniki avadanlıqlar. Radiasiya daldalana-
caqlarının radiasiyadan mühafizə qabiliyyətinin yüksəldilməsi
yolları. Sadə daldalanacaqlar. Mühafizə qurğularının sülh döv-
ründə saxlanması və istifadə edilməsi.
Fövqəladə hallarda əhalinin köçürülməsi – köçürmənin ma-
hiyyəti, köçürmə tədbirləri, köçürülmə işlərinin təşkili və xüsu-
siyyətləri.
Fövqəladə hallarda istifadə olunan fərdi mühafizə vasitələri,
təsnifatı, tənəffüs üzvlərinin və dərinin mühafizə vasitələri, tibbi
vasitələri, yardımçı vasitələri. Fövqəladə hallar zamanı obyekt-
lərin iş fəaliyyətinin və əhalinin mühafizəsi rejimləri, dozimetrik
və kimyəvi nəzarətin təşkili.