23. Müstəqil Azərbaycan Respublikası 1991-ci ildən son- rakı dövrdə. SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda icti-
mai-siyasi vəziyyət: 1990-cı ildə Bakıda «Qanlı Yanvar» faciəsi.
Milli azadlıq hərəkatının genişlənməsi. Azərbaycanın dövlət
müstəqilliyinin bərpası (18 oktyabr 1991).
Milli dövlət quruculuğu. Bazar iqtisadiyyatına keçid və dün-
ya iqtisadiyyatına inteqrasiya. Azərbaycanın BMT-yə və digər
nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olunması. Ermənistan-
Azərbaycan müharibəsi. Xocalı soyqırımı XX yüzilliyin ən dəh-
şətli faciəsidir.
1993-cü ildə Heydər Əliyevin Respublikanın rəhbəri vəzifə-
sinə qayıdışı ilə Azərbaycanın siyasi həyatında yeni mərhələnin
başlanması. H.Əliyevin başçılığı ilə Azərbaycanın dövlət müstə-
qilliyinin qorunub-saxlanılması uğrunda mübarizə. 1993-2003-cü
illərdə Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyəti: «Əsrin
müqaviləsi». Yeni parlamentin formalaşması. 1995-ci ildə Müstə-
qil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi.
İslahatların keçirilməsi. Özəlləşdirmə və sahibkarlığın inkişafı.
Torpaq islahatı. Əhalinin rifahı və sosial müdafiəsi. Azərbaycan
Respublikasının xarici siyasətinin əsas istiqamətləri.
2003-cü, 2008-ci və 2013-cü illərdə İlham Əliyevin Azərbay-
can Respublikasının Prezidenti seçilməsi. Daxili siyasət. Respub-
likamızın sosial-iqtisadi inkişafı. Xarici siyasət. Mədəni həyat.