Fənnin «Tədris planı»ndakı yeri. «Azərbaycan dili və nitq
mədəniyyəti» fənni «Fizika – 050503» ixtisası üzrə bakalavr
hazırlığının «Tədris planı»nda «Humanitar fənlər» qrupuna (HF-
B04) daxildir.
Fənnin tədrisi üsulları. Praktik məşğələlər, sərbəst işlər,
kollokviumlar.
FƏNNİN MƏZMUNU 1. «Azərbaycan dili və nitq mədəniyyəti» fənninin pred- meti. Nitq mədəniyyəti anlayışının tərkib hissələri. «Azərbaycan
dili və nitq mədəniyyəti» fənninin mövzusu və öyrəndiyi
məsələlər. 2. Azərbaycan dili və ona dövlət qayğısı. Azərbaycan
dövlətinin Azərbaycan dili haqqında qərarları.
3. Şifahi və yazılı nitqin fərqli cəhətləri. Danışıq dilinin iki
qolu – Ümumxalq danışıq dili və ədəbi dil. Ədəbi dilin iki
forması: şifahi nitq (şifahi ədəbi dil), yazılı nitq (yazılı ədəbi dil).
Nitq dilin təzahür formasıdır. Dilin ümumiliyi və nitqin fərdi-
liyi. Şifahi ədəbi dilin yaranması və inkişafı mərhələləri. Müasir
dövrdə şifahi nitqin işlənmə dairəsi (radio, televiziya). Şifahi
nitqin orfoepik və yazılı nitqin orfoqrafik normalara tabe olması.