Fənnin tədrisi metodikası. Mühazirə, seminar, laboratoriya
(praktikum) dərsləri, sərbəst işlər, kollokviumlar.
FƏNNİN MƏZMUNU 1. Giriş. Təbiət elmlərinin diferensiasiyası və inteqrasiyası.
Ümumi kimyanın predmeti və məqsədi. Maddələr, onların
çevrilmələri və bu çevrilməni idarə edən üsullar, kimyəvi əlaqə,
məhlullar, kimyəvi kinetika, oksidləşmə-reduksiya prosesi.
2. Atom-molekul təlimi. Maddənin mövcudluq formaları.
Nisbi atom və nisbi molekul kütləsi. Maddənin miqdar vahidi.
Mol. Bəsit maddə, kimyəvi element. Kimyəvi elementlərin izotop
tərkibi.Allotropiya, allotropik şəkildəyişmə. Mürəkkəb maddələr.
Molekulyar və qeyri-molekulyar quruluşlu maddələr və onlarda
kimyəvi xassənin daşıyıcısı. Kvant mexanikası baxımından elek-
tronun təbiəti. Plank, Eynşteyn və Lui de-Broyl tənlikləri. Mikro-
hissəciklər və onların ikili təbiəti. Devison və Cermerin işləri.