6. Molekulun quruluşu. Molekulun fırlanma, rəqsi və elek-
tron spektrləri. Adiabatik yaxınlaşma. Molekulun elektron enerji-
sinin nüvələrarası məsafədən asılılığı.
+
2
H ionu və
2
H molekulu.
Kimyəvi rabitələr. Kovalent rabitə. Hidrogen rabitəsi. Molekullar
arasında qarşılıqlı təsir qüvvələri. Van-der-Vaals qarşılıqlı təsiri.
Dispersiya, oriyentasiya və induksiya qarşılıqlı təsiri. Lennard-
Cons potensialı. Kimyəvi rabitələrin əsas xarakteristikaları. Kim-
yəvi rabitələrin uzunluğu. Valent bucaqları. Kimyəvi rabitənin
möhkəmliyi. Qeyri-polyar və polyar molekullar. Molekulun dipol
momenti. Molekulun dipol momentinin təcrübədə təyini.