Fənnin «Tədris planı»ndakı yeri. «Yarımkeçiricilər fizika-
sı» fənni «Fizika – 050503» ixtisası üzrə bakalavr hazırlığının
«Tədris planı»nda «İxtisasın peşə hazırlığının seçmə fənləri»
qrupuna (İPFS-B08) daxildir.
Fənnin tədrisi üsulları. Mühazirə, laboratoriya işləri, sərbəst
işlər və kollokviumlar
FƏNNİN MƏZMUNU
1. Yarımkeçiricilər müasir elektronikada. Yarımkeçirici
materialların təsnifatı. Elementar və mürəkkəb tərkibli yarımke-
çiricilər. Yarımkeçirici cihazlar və mikrosxemlər istehsalında
istifadə olunan yarımkeçirici materiallar.