Fənnin tədrisində məqsəd. «Elektron cihazlarının fizikası»
fənninin «Fizika – 050503» ixtisası üzrə bakalavriat pilləsində
təhsil alan tələbələrə tədrisində məqsəd onları yarımkeçiricilərdə,
müxtəlif növ elektrik kontaktlarında eləcə də onların əsasında ha-
zırlanmış müxtəlif cihazlarda baş verən fiziki hadisə və proseslər
barədə məlumantlandırmaq, həmin hadisələrin və proseslərin
başvermə mexanizmləri, xüsusiyyətləri, tətbiq imkanları haqda
sistemli biliklərə yiyələndirməkdir.