Fənnin «Тədris planı»ndakı yeri. «Politologiya» fənni «Fi-
zika – 050503» ixtisası üzrə bakalavr hazırlığının «Tədris pla-
nı»nda «Seçmə humanitar fənlər» qrupuna (HF B05) daxildir. Fənnin tədrisi üsulları. Mühazirə, məşğələ, sərbəst işlər,
kollokviumlar.
FƏNNİN MƏZMUNU 1. Politologiya siyasət haqqında elmdir. Politologiyanın
yaranması və inkişafı mərhələləri. Politologiyanın tədqiqat ob-
yekti və predmeti. Nəzəri və tətbiqi politologiya. Politologiyanın
kateqoriyaları, funksiyaları və metodları. Sosial-siyasi elmlər
sistemində politologiyanın yeri. Politologiyanın təbiət-texniki və
riyazi elmlərlə əlaqəsi.