Fizika (Əsas fəNLƏR)


  Atomun  quruluşu  və  spektri



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə48/471
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#40435
1   ...   44   45   46   47   48   49   50   51   ...   471
050503-FIZIKA

4.  Atomun  quruluşu  və  spektri.  Hidrogen  atomunun 
spektrlərində  qanunauyğunluqlar.  Spektral  seriyalar  anlayışı. 
Dalğa  ədədi.  Hidrogen  atomunun  spektrində  müşahidə  olunan 
spektral  seriyalar.  Ümumiləşmiş  Balmer  düsturu.  Ridberq  sabiti. 
Spektral  seriyanın  sərhəd  xətti.  Sperktral  seriyalar  üçün  term 
anlayışı. Ritsin kombinasiya prinsipi və bu prinsipdən çıxan əsas 
nəticə.  Atomun  Tomson  modeli  və  onun  çatışmayan  cəhətləri. 
Zərrəciklərin  səpilməsinin  hədəf  məsafəsi,  səpilmə  bucağı  və 
effektiv  kəsiyi. 
α-zərrəciklərinin səpilməsinin Rezerford nəzəriy-
yəsi, 
α-zərrəciklərinin səpilmə bucağı üçün Rezerford düsturu və 
nəzəriyyənin  təcrübədə  yoxlanılması.  Atomun  planetar  (nüvə) 
modeli.  Planetar  modelin  çatışmayan  cəhətləri.  Bor  postulatları. 
Atomun  diskret  enerji  hallarında  olma  şərti.  Bor  postulatlarına 
görə Ritsin kombinasiya prinsipinin izahı. 
Frank-Hers  təcrübəsi.  Elastiki  və  qeyri-elastiki  toqquşmalar, 
təcrübədən  alınan  volt-amper  xarakteristikası,  kritik  potensial 
anlayışı  və  Bor  postulatlarının  təsdiqi.  Dairəvi  orbitlərin  kvant-
lanması,  Plank  hipotezinin  atoma  tətbiqi.  Faza  fəzası  anlayışı. 
Harmonik  ossilyatorun  enerjisi.  Faza  fəzasında  ossilyatorun  faza 
trayektoriyasının  sahəsi  və  buradan  alınan  kvantlanma  şərti. 


 
26 
Dairəvi orbit boyunca hərəkətdə sərbəstlik dərəcəsi və bu sərbəstlik 
dərəcəsinə uyğun hərəkət miqdarı momenti üçün kvantlanma şərti. 
Hidrogen  və  hirogenəbənzər  atomlar  üçün  Bor  nəzəriyyəsi. 
Atomda  elektronun  yerləşdiyi  orbitlərin  radiusu  və  enerjiləri  üçün 
hərəkət miqdarı momentinin kvantlanma şərtindən istifadə etməklə 
alınan  ifadələr.  Bor  radiusu,  həyəcanlanma  və  ionlaşma  enerjiləri 
anlayışı.  Hidrogen  atomunun  enerji  diaqramı  və diaqram üzərində 
spektral  seriyaların  göstərilməsi.  Ridberq  sabiti  üçün  nəzəri 
ifadənin  alınması,  təcrübi  qiymətlə  müqayisəsi  və  nüvənin  kütlə-
sinin  nəzərə  alınması.  Bor  və  Zommerfeldə  görə  kvantlanma 
şərtləri. Elliptik orbitlərdə radius və  azimutal koordinatlara uyğun 
sərbəstlik dərəcələri üçün kvantlanma şərtləri, alınan nəticələr. Baş 
və  azimutal  kvant  ədədləri.  Cırlaşma  anlayışı.  Fəza  kvantlanması. 
Sferik 
koordinat 
sistemində 
elektron 
orbitinin 
sərbəstlik 
dərəcələrinə  uyğun  kvantlanma  şərtləri.  Atomda  elektron  orbitinin 
fəzada  yönəlməsinin  kvantlanması.  Enerji  üçün  ifadə  və  cırlaşma. 
Uyğunluq prinsipi. Bor nəzəriyyəsi keçid mərhələ kimi. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   471




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin