Fizika (Əsas fəNLƏR)


  Birdəyişənli  funksiyanın  inteqral  hesabı



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə76/471
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#40435
1   ...   72   73   74   75   76   77   78   79   ...   471
050503-FIZIKA

5.  Birdəyişənli  funksiyanın  inteqral  hesabı.  İbtidai  funk-
siya.  Qeyri-müəyyən  inteqral,  onun  əsas  xassələri.  Cədvəl  inteq-
ralları.  Qeyri-müəyyən  inteqralın  hesablanma  üsulları  (birbaşa 
cədvəl  inteqralına  gətirməklə,  dəyişəni  əvəz  etməklə  və  hissə-
hissə  inteqrallamaqla)  Rasional  funksiyanın  sadə  kəsrlərə  ayrıl-
ması.  Sadə  kəsrlərin  inteqrallanması,  sadə  irrasionallığı  olan  ifa-
dələrin  inteqrallanması.  Eyler əvəzləmələri. Triqonometrik ifadə-
lərin inteqrallanması.  
Müəyyən  inteqral.  Müəyyən  inteqralın  tərifi  və  həndəsi 
mənası.  İnteqrallanma üçün  zəruri  şərt.  Darbu  cəmləri  və  onların 
xassələri.  Darbu  inteqralları  və  Darbu  teoremləri.  Parçada 
kəsilməz  funksiyanın  inteqrallanması.  İnteqrallanan  funksiyalar 
sinifləri: parçada kəsilməz olan funksiyalar; parçada sonlu sayda I 
növ kəsilmə nöqtələri olan funksiyalar; parçada monoton məhdud 
funksiyalar.  Müəyyən  inteqralın  bərabərliklə  və  bərabərsizliklə 
ifadə  olunan  xassələri.  Orta  qiymət  düsturları.  Müəyyən  inteqral 
yuxarı  sərhədin  funksiyası  kimi:  kəsilməzlik  və  diferensiallanma 
xassələri. Nyuton-Leybnis düsturu. Müəyyən inteqralın hesablan-
ması üçün dəyişəni əvəzetmə və hissə-hissə inteqrallama üsulları. 
Qeyri-məxsusi  inteqrallar.  Birinci  növ  qeyri-məxsusi  inteq-
rallar (tərif və Koşi meyarı). Müqayisə əlamətləri. Mütləq və şərti 
yığılma.  Abel-Dirixle  əlaməti.  İkinci  növ  qeyri-məxsusi  inteq-
rallar  (təriflər,  Koşi  meyarı,  müqayisə  əlamətləri).  İnteqralın  baş 
qiyməti.  

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   471




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin