Fənnin tədris planında yeri. «Analitik həndəsə» fənni «Fi-
zika – 050503» ixtisası üzrə bakalavr pilləsinin «Tədris planı»nda
«İxtisasın peşə hazırlığı fənləri» qrupuna (İPF-B10) daxildir.
Fənnin tədrisi üsulları. Mühazirə, məşğələ, sərbəst işlər,
kollokviumlar.
FƏNNİN MƏZMUNU 1. Vektor. Vektorlar üzərində əməllər. Əsas anlayışlar.
Vektorların toplanması. Vektorun ədədə vurulması. 2. Xətti kombinasiya. Bazis. Xətti kombinasiya. Xətti
asılılıq. Xətti asılı vektorlar sisteminin xassələri. Bazis. Vektorun
bazisə görə ayrılışının varlığı və yeganəliyi haqqında teorem. 3. Düzbucaqlı dekart koordinat sistemi. Düzbucaqlı dekart
koordinat sisteminin tərifi. Nöqtənin koordinatları. Vektorun
komponentlərinin və uzunluğunun hesablanması. Parçanın veril-
miş nisbətdə bölünməsi.
4. Müstəvi üzərində polyar koordinat sistemi. Polyar
koordinatlar. Müstəvi üzərində nöqtənin düzbucaqlı dekart koor-
dinatları ilə polyar koordinatları arasında əlaqə.