Fizika (Əsas fəNLƏR)


Fənnin  «Tədris  planı»ndakı  yeri



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə221/471
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#40435
1   ...   217   218   219   220   221   222   223   224   ...   471
050503-FIZIKA

Fənnin  «Tədris  planı»ndakı  yeri.  «Mülki  müdafiə»  fənni 
«Fizika  –  050503»  ixtisası  üzrə  bakalavr  hazırlığının  «Tədris 
planı»nda  «İxtisasın  peşə  hazırlığı  fənləri»  qrupuna  (İPF-B22) 
daxildir 
Fənnin  tədrisi  üsulları.  Mühazirə,  seminar,  sərbəst  işlər, 
kollokviumlar. 
 
FƏNNİN MƏZMUNU 
 
1.  Fövqəladə hallar və onların xarakteristikası. Fövqəladə 
halların təsnifatı, onların yaranma səbəbləri və təyini. Təbii xarak-
terli  fövqəladə  halların  xarakteristikaları,  əhaliyə  və  obyektlərə 
təsiri. Texnogen xarakterli fövqəladə halların baş vermə səbəbləri. 
İstehsalat qəzaları və fəlakətlər, onların xarakteristikaları və nəti-
cələri.  Respublikamızın  ərazisində  baş  verə  biləcək  təbii  və  tex-
nogen  xarakterli  fövqəladə  hallar(zəlzələ,  daşqın,  sellər,  yanğın, 
torpaq sürüşmələri və s.) və onların törədə biləcəyi nəticələr. 
Hərbi  xarakterli  fövqəladə  hallar  –  mahiyyəti,  əhaliyə  və 


 
106 
obyektlərə  təsiri.  Nüvə  partlayışının  zədələyici  amilləri,  onların 
insanlara,  bina  və  qurğulara  təsiri,  dağılma  zonaları,  binaların, 
qurğuların və avadanlıqların dağılma dərəcəsi.  İşıq şüalanması – 
yaşayış  məntəqələrində,  obyektlərdə,  meşələrdə  yanğınların  baş 
verməsi. Nüfuzedici radiasiya – şüalanma dərəcəsi, şüa xəstəlik-
ləri. Radioaktiv zəhərlənmə zonaları və radioaktiv zəhərlənmənin 
nəticələri.  İonlaşdırıcı  şüalanmaların  və  elektromaqnit  impulsun 
insan  orqanizminə,  elektron  və  elektrik  cihazlarına  və  avadan-
lıqlarına təsiri. 
Kimyəvi zədələnmə ocağı – xarakteristikası. Kimya təhlükəli 
obyektlərdə  qəzalar  və  onların  nəticələri  –  kimyəvi  və  bioloji 
zədələnmə,  zəhərləyici  və  güclü  təsirli  zəhərli  maddələr,  onların 
insan  orqanizminə  təsiri.  Bioloji  zədələnmə  ocağı  –  xarakteristi-
kası, karantin və observasiya rejimləri.  

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   471




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin