«Fiziki və kolloid kimya-1»


Termokimya. Hess qanunu və nəticələri



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix18.12.2022
ölçüsü1,39 Mb.
#76070
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
M.Arzu-Fiziki-və-kolloid-kimya-1 (4)

Termokimya. Hess qanunu və nəticələri.
Termokimya
.
Kimyanın, kimyəvi reaksiyalarda alınan istilik effektlərinin miqdarca 
müəyyən edilməsi ilə məşğul olan bölməsinə termokimya deyilir. 
Termokimyəvi rəqəmlər həzəri və tətbiqi kimyanın bir çox vacib 
məsələlərinin həllində əsas rol oynayır. Termokimyəvi rəqəmlərdən 
həmçinin atomlar və molekullar arası rabitə enerjisinin hesablanması, 
birləşmələrin reaksiya qabiliyyətinin və kimyəvi proseslərin getmə 
istiqamətinin əvvəlcədən müəyyən edilməsi kimi mühüm problemlərin 
həllində istifadə olunur. Termokimya canlı orqanizmdə gedən proseslərin 
energetik xarakteristikası nöqteyi nəzərindən daha böyük əhəmiyyət kəsb 
edir. Bütün termokimyəvi hesablamaların əsasını enerjinin itməməsi 
qanununun nəticələri olan 
termokimya qanunları
 təşkil edir. 
Kimyəvi reaksiyalar istiliyin ayrılması və ya udulması ilə müşayət olunur-
lar. Reaksiya zamanı müşahidə olunan istilik miqdarına reaksiyanın istilik
effekti deyilir. Termokimya - kimyəvi reaksiyalarin istilik effektini öyrənən 
elmdir. İstilik effekti deyəndə kimyəvi reaksiya gedən zaman, sabit 
həcmdə və ya sabit təzyiqdə udulan və ya ayrılan istilik nəzərdə tutulur. 
Əgər reaksiya sabit təzyiqdə aparılırsa, onda reaksiyanın istilik effekti 
entalpiyanın dəyişməsinə bərabərdir. Sabit təzyiqdə gedən kimyəvi 
reaksiyalarda görülən iş təzyiq ilə həcm dəyişikliyi hasilinə bərabərdir.
və ya 
Adətən reaksiyanın istilik effekti dedikdə reaksiya tənliyində stexiometrik 
əmsallar qədər mol miqdarında götürülmüş maddələr reaksiyaya girdikdə 
müşahidə olunan istilik miqdarı nəzərdə tutulur. Termokimya 
müxtəlif 
reaksiyaların (əmələgəlmə, yanma, həllolma, neytrallaşma)istilik effektini 
təyin etməyə imkan verir. 
Reaksiyanın istilik effekti reaksiyada iştirak edən maddələrin təbiətindən
başqa,onların aqreqat halından və xarici şəraitdən də asılıdır. Ona görə də
istilik effekti göstərildikdə bunlar da nəzərə alınmalıdır. İstilik effektinin
göstərilməsinin iki üsulu mövcuddur:
1.Termokimyəvi 2. Termodinamiki


22 
Termokimyəvi üsulda reaksiyanın istilik effekti birbaşa tənlikdə göstəri
lir. Əgər istilik ayrılırsa işarəsi «+», udulursa işarəsi «-» olur.
Termodinamik üsulda tənliyin yanında reaksiya nəticəsində sistemin
entalpiya dəyişikliyi göstərilir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin