6
İlk baxışda elə düşünmək olar ki, guya bu cür hərəkətin - broun
hərəkətinin yaranmasına səbəb, küçədə hərəkət edən nəqliyyat
vasitələrinin, yaxud buna bənzər mümkün ola biləcək digər təsirlərin
təcrübə otağında meydana gətirdiyi titrəmələr ola bilər. Belə bir iddianın
doğru olub-olmadığını yoxlamaq üçün, Broun öz təcrübəsini heç bir xarici
təsirin olmadığı şəraitdə aparmaqla isbat etmişdir ki, bu cür faktorlar
broun hərəkətinə heç bir təsir göstərmir. Boya qırıntılarının broun hərəkəti
etməsinin səbəbi, onu əhatə edən su molekullarının arasıkəsilmədən
qarmaqarışıq hərəkətidir. Belə hərəkət nəticəsində, sudakı boya
hissəciklərinə hər tərəfdən arasıkəsilmədən nizamsız zərbələr endirilir.
Broun hərəkəti edən hissəciklərin ölçüləri kiçik olduqda, qarşılıqlı əks
tərəflərdən vurulan zərbələrin sayı arasındakı fərq, bu xırda hissəciyi
hərəkət etdirməyə kifayət edir. Zərbələrin istiqaməti arasıkəsilmə- dən
xaotik dəyişdiyinə görə, hissəciklərin hərəkət istiqaməti də buna uyğun
olaraq nizamsız şəkildə dəyişir - hissəciklər broun hərəkəti edir. Deməli,
broun hərəkətinin arasıkəsilmədən xaotik baş verməsinin səbəbi, maye
molekullarının arasıkəsilmədən xaotik hərəkət etməsidir.
Dostları ilə paylaş: