K1 +M - D = K2 Burada - K1 –şirkətin kapitalının (xalis aktivlərin) ilkin dəyərini;
D- hesabat dövründə ödənilən (çıxarılan) dividendlər;
K2 – hesabat dövrününsonuna şirkətin kapitalının (xalis aktivlərin)
dəyəri.
Kapitalın saxlanmasının əsas vəzifəsi ondan ibarətdir ki, K2 – ninməbləği K1 – dən az olmasın.
2. Kapital real olaraq xalis aktivlərdə təcəssüm edir. Deməli, kapital kapital aktivlərin qiymətləndirilməsi metodlarından istifadə edilməklə qiymətləndirilir.
MHBS və MHMS-ə əsasən kapitalın və ya xalis aktivlərin qiymətləndirilməsi məqsədi ilə aşağıdakı müxtəlif konsepsiyalardan istifadə edilir:
ilkin (tarixi ) dəyər;
carii dəyər;
mümkün satış dəyəri;
diskontlaşdırılmış dəyər;
ədalətli dəyər
İlkin(tarixi) dəyər konsepsiyasına əsasən aktivin ilkin dəyər əsasında qiymətləndirilməsi onun əldə edilməsi zamanı pul vəsaitlərininvə ya pul vəsaitlərinin ekvivaləntlərinin ödənilmiş məbləği və ya verilmiş əvəzləşdirmənin
(mübadiləyə verilmiş qeyri-monetar aktivlərin, qəbul edilmiş öhdəliklərin, buraxılmış kapital alətlərinin) ədalətli dəyəri ilə qiymətləndirilməsi nəzərdə tutulur.
İlkin dəyər iqtisadi ədəbiyyatlarda bəzən tarixi dəyər, bəzən də faktiki dəyər kimi adlandırılır. Bu dəyərə mühasibat uçotunun hər hansı bir obyektin əldə olunmasına çəkilən xərclər daxildir. Əgər obyekt digər aktivlərə mübadilə qaydasında əldə olunarsa, onun ilkin dəyəri mübadilə əməliyyatı gedişatında nəzərdətutulan qiymətlə qiymətləndirilir. Həmin obyektın alınması ilə əlaqədar nəqliyyat və digər xərclər də onun dəyərinə daxil edilə bilər. İlkin dəyər özlüyündə maliyyə hesabatının ünsürlərinin miqdarca ölçülməsi üçün üstün dəyər hesab edilir. Bu üsul bir çöx hallarda digər üsullarla kombinasiya olunmaqla tətbiq edilir.