Fövqəladə hallar onların fazaları təsnifat və xüsiyyətləri



Yüklə 15,07 Kb.
tarix26.10.2019
ölçüsü15,07 Kb.
#29433
Fövqəladə hallar təyinatı və təsnifatı

Fövqəladə hallar onların fazaları təsnifat və xüsiyyətləri

Fövqəladə hadisə – insan təlafatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakətlər nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.

– Miqyasına görə fövqəladə halların təsnifatı

Lokal (qismi) - hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır.

Obyekt miqyaslı (səciyyəli) - hadisələr sənaye obyektində, bina və ya qurğu hüdudlarında məhdudlaşır.

Yerli - hadisələr ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir.

Regional - fövqəladə hadisə bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir.

Milli - miqyaslı fövqəladə hadisələr respublikanın xeyli ərazilərini əhatə edir, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir.

Qlobal - hadisələr isə bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin ərazilərinə də yayılır.

Fövqəladə halların baş vermə sahələrinə görə təsnifatı

1) Təbii xarakterli fövqəladə hallar;

2) Texnogen xarakterli fövqəladə hallar;

3) Ekoloji xarakterli fövqəladə hallar;

4) Sosial-siyasi və hərbi siyasi xarakterli hallar.

–Təbii xarakterli fövqəladə vəziyyətlər

Təbii fəlakətlər – insan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti nəticəsində qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb olan faciəli təbii təzahür və ya proseslərdir. Təbii fəlakətlərə zəlzələlər, vulkan püskürmələri, sellər, sürüşmələr, uçqunlar, daşqınlar, quraqlıqlar, qasırğalar, tufanlar, qar basqınları və uçqunları, uzun müddətli güclü yağışlar, güclü davamlı şaxtalar, genişmiqyaslı meşə və torf yanğınları aiddir. Bura həm də 1974-ci ildə Venesuella Konfransında epidemiyalar, epizootiyalar, epifitotiyalar, meşə və kənd təsərrüfatı zərərvericilərin kütləvi yayılması da daxil edilmişdir.

–Təbii fəlakətlər davametmə müddətinə görə iki cür olur:

1) qəflətən baş verənlər (zəlzələlər, qasırğalar, tornadolar);

2) uzunmüddətli davam edənlər (epidemiyalar, daşqınlar, epizootiyalar və s.)

Təbii fəlakətlərin yaranma səbəbləri Təbii fəlakətlər yaranma səbəblərinə görə də iki cür olurlar:

1) təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz səviyyəsinin güclü ləngəri, güclü daşqınlar, qasırğalar, güclü hərarətli hava, buzlaşma və s.). Bunlar əsasən maddələrin sürətli yer dəyişməsi (zəlzələ və sürüşmələr), yerdaxili enerjinin üzə çıxması (vulkanlar), çaylarda, göllərdə, dənizlərdə suyun səviyyəsinin qalxması (daşqınlar, sunamilər), qeyri-adi güclü küləyin təsiri (qasırğa, urağan, tornadolar).

2) antropogen amillərlə bağlı olanlar (toz burulğanları, eroziya) Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də antropogen amillərlə bağlı olur (yanğınlar, torpağın eroziyası, uçqunlar və s.).

Təbii xarakterli fövqəladə hadisələr

1) Geofiziki təhlükəli təzahürlər: 1) zəlzələlər; 2) vulkan püskürmələri.

2) Geoloji təhlükəli təzahürlər (ekzogen geoloji təzahürlər): 1) sürüşmələr; 2) sellər; 3) qar uçqunları.

3) Meteoroloji və aqrometeoroloji təhlükəli təzahürlər: - tufanlar (9-10 bal); - qasırğalar (12-15 bal); - iri həcmli dolu;

4)Dəniz hidroloji təhlükəli təzahürlər: - tayfunlar; - sunamilər (qravitasiyalı dəniz dalğaları); - güclü dalğalar (5 bal və daha yüksək); - dəniz səviyyəsinin güclü ləngəri; - erkən buz örtüyü və ya hərəkətsiz qalın buz qatı; - gəmi və liman tikililərinin buzlaşması; - sahil buzlarının qopması.

5) Hidroloji təhlükəli təzahürlər: - suların yüksək səviyyəsi (daşqın, subasma); - yeraltı suların daşqınları (əsasən buzlar əriyən vaxt); - yağış daşqınları; - maneə və əngəllər (çay mənsəbində xırda buzların toplaşaraq sıxlıq yaratması); - suyun aşağı səviyyəsi;

6) İnsanların infeksion (yoluxucu) xəstəlikləri: - epidemiyalar (insanların kütləvi şəkildə yoluxucu xəstəliklərə tutulması); - ekzotik və xüsusi təhlükəli yoluxucu xəstəliklərin tək-tək təsadüf edilən halları.

7) Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri: - epizootiya (heyvanların yoluxucu xəstəliklərinin geniş yayılması); - enzootiya (müəyyən ərazidə heyvanlar arasında epidemiya);

8) Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması: - inkişaf edən epifitotiya (bitkilərin kütləvi xəstəlikləri); - bitki zərərvericilərinin kütləvi yayılması.

–Texnogen xarakterli fövqəladə hallar.

Bu halların əsas səbəbkarı insandır (90% qəzalar məsuliyyətsizliyin, səhlənkarlığın, həddən ziyadə istismarın nəticəsidə baş verir yaxud qəsdən törədilir). Texnogen xarakterli fövqəladə hallar aşağıdakılar nəticəsində əmələ gəlir: 1)qəzalar; 2) yanğınlar; 3)partlayışlar Qəzalar - qurğuların, cihazların, binaların və tikililərin zədələnməsi olub, insan həyatı üçün təhlükə yarada bilən istehsalat proseslərindəki pozulmalarla müşayiət olunur. Qəzalar kommunal-enerji şəbəkəsində, nəqliyyatda və istehsalat müəssisələrində baş verə bilər. İstehsalatda baş verən qəzalar nəticəsində yanğınlar və partlayışlar baş verə bilər. Bunun nəticəsındə isə bina və tikililərin, qurğu, texnikaların dağılması, zədələnməsi, ərazinin suyun altında qalması, rabitə, elektrik və kommunal şəbəkədə zədələnmələr baş verə bilər. Partlayışlar zamanı zərbə dalğasının təsiri yalnız dağıntılara deyil, insan tələfatına da gətirib çıxarır. Partlayışlar çox zaman böyük həcmdə karbohidratların (metan, etan, propan) istifadə edildiyi sahələrdə baş verir. Bəzi kimyəvi maddələrin yanma prosesində zəhərli tüstü yaranır ki, bu da zəhərlənmələrə gətirib çıxarır. Məsələn 1974-cu ildə İranda qarın yağması nəticəsində Tehran aeroportunun damı uçulmuşdur. Bundan başqa mühəndis hesablama və istismar yüklənməsi qaydalarının pozulması ucbatından da qəzalar baş verir. Fövqəladə halların sayının artmasına səbəb olan texnogen amillər Bu amillər sırasına aşağıdakılar aiddir: - iqtisadiyyat sahələrində ən yeni təhlükəsiz texnologiyala ristifadə edilməməsi; - israfçıl texnologiyalardan istifadə olunması davam edir ki, bu zaman işlədilən təbii ehtiyatların 90%-dən çoxu zərərli istehsalat və məişət tullantıları kimi ətraf mühitə atılır. Eyni zamanda günəş enerjisi, geoterminal və külək enerjisi kimi ən ucuz və təhlükəsiz enerji növlərindən əməli olaraq, istifadə edilmir.

–Ekoloji xarakterli fövqəladə hallar.

Yerin (torpağın, yerin təkinin və səthinin) vəziyyətinin dəyişməsilə əlaqədar baş verən fövqəladə hadisələr; Atmosferin (mühitin) tərkibi və xassələrinin dəyişməsilə əlaqədar baş verən fövqəladə hadisələr; Hidrosferin (su mühitinin) vəziyyətinin dəyişməsilə əlaqədar baş verən fövqəladə hadisələr; Biosferin vəziyyətinin dəyişməsilə əlaqədar baş verən fövqəladə hadisələr.

–Sosial siyasi və hərbi siyasi xarakterli hallar

1. Əyalət üzrə baş verən narazılıqlar;

2. Hərbi hissələrin, hərbi arsenalından qarət olunmuş silahların əhali arasında yayılması;



3. Təsadüfi atom zərbəsinin neytral ərazilərdə partlamasından əmələ gələn narazılıqlar;

4. Əhalinin hərbi qornizonlara hücumu.
Yüklə 15,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin