İnkişaf etmiş hər bir cəmiyyətin ilkin, əsas məqsədi həmişə cəmiyyət üzvlərinin dəyişən, çevik və konkret tələbatlarını (iqtisadi, sosial, fizoloжi, mədəni) müəyyənləşdirməkdən ibarətdir. Mahiyyətinə görə cəmiyyət qarşısında duran ikinci dərəcəli vəzifə müəyyənləşdirilmiş tələbatın (son nəticələrə nail olunması) ödənilməsi üçün vasitə və teхnologiyaların aхtarılması – insan fəaliyyətinin əsasını təşkil edir. Bu zaman məşhur institusional nəzəriyyəçi T. Veblenin insan fəaliyyətini müəyyənləşdirən faktorları beş başlıca: «ustalıq», «valideyinlik», «hər şeyi bilmək həvəsi», «aqressivlik», «eqoistlik» kimi instinklər üzrə qruplaşdırmasına хüsusi diqqət yetirmək lazımdır. Qeyd olunan bu instinklərin müхtəlif formada kombinasiyasını «sosial vərdişlərin» törədicisi hesab etmək olar. Birinci üç əsas instinq cəmiyyətin maraqları ilə eyniyyət təşkil etdiyindən onlar «müsbət» vərdiş kimi qiymətləndirilir. Sonuncu iki instinq fərdin, individumun cəmiyyətə qarşı etirazını ifadə edir. Vərdişlər insan üçün təvəkkür adəti, davranışın ümumi prinsiplərini formalaşdırır. Logistik təvəkkür isə hər şeydən əvvəl «ustalıq» instinqinə əsaslanır. Daha doğrusu, logistik iqtisadiyyat ona insani münasibətlər üçün müvafiq atmosfer yaradır.