Fяxrяddиn mustafayev


Y – xromosomlu spermatozoidlə mayalandıqda isə



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə174/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   ...   207
N 349

Y – xromosomlu spermatozoidlə mayalandıqda isə 
erkək fərd əmələ gəlir.
Heyvanlarda bəzi cinsiyyət əlamətlərinin inkişaf prosesi 
pozulur və cinsiyyət anomaliyaları baş verir. İnterseksuallığın iri buynuzlu 
heyvanlarda ən çox müşahidə edilən forması
frimartinizm (dölsüzlük)
hesab 
olunur. Bu cür buzovların dişi fərdlərində erkək fərdlərə məxsus olan eksteryer 
əlamətləri müşahidə edilir. Kənd təsərrüfatı heyvanlarının cinsiyyət 
xromosomlarında lokalizasiya olunan genlər tərəfindən törənən müxtəlif 
anomaliya formaları müəyyən olunub. Bu zaman bir qayda olaraq məməlilərdə 
heteroziqot – dişi, quşlarda isə erkək fərdlər anomaliyaya məruz qalır. 
Cinsiyyətin tənzimlənməsinin əsas məqsədi yüksək ət, süd, yun, yumurta 
məhsuldarldığı olan fərdlərə daha çox üstünlük verilməsindən ibarətdir. Belə ki, 
südçülük təsərrüfatlarında ən çox düyələrin, ətçilik istiqamətli təsərrüfatlarda isə 
erkək danaların yetişdirilməsi daha məqsədəuyğun sayılır. Ümumiyyətlə, cinsiy-
yətin cinsi xromosomlarla tənzimlənməsinin 4 tipi vardır: 
1. 
XY-tipində
dişi fərdlər (homoqametlər) XX cinsi xromosoma malik 
olduğundan eyni tipli qametlər (X), erkəklər (heteroqametlər) isə müxtəlif tip 
(XY) qametlər əmələ gəlir. Bu tip bütün məməlilərdə, həşəratlarda və iki eyni 
örtülütoxumlu bitkilərdə mövcuddur. 
2. 
XO– tipində
dişi fərdlər XX, erkəklər isə yalnız X-xromosomuna malik 
olmaqla, əsasən bəzi həşərat (taxtabiti) və bitkilərdə müşahidə edilir.
3. 
ZÇ-tipində
heteroqametlər yalnız Ç, homoqametlər isə ZZ xromosomuna 
malik olmaqla quşlarda, kəpənəklərdə, bəzi balıq növlərində və çiyələk növündə 
baş verir.
4. 
ZO-tipində
heteroqametlər Z xromosomuna, homoqametlər isə qoşa ZZ-
xromosomuna malik olmaqla, yalnız Saxalin adasındakı diri bala doğan 
kəpənəklərdə (Lacerta viripara) müşahidə olunur. Ümumiyyətlə, 1-ci və 2-ci 
tiplər sinqam tipli cinsiyyətin təyininə aiddir və spermatozoidlərin genotipindən 
asılıdır, 3 –cü və 4-cü tiplər isə proqama məxsusdur və oositlərin genotipindən 
asılıdır 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin