Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə38/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   207
N 349

Vavilov Nikolay Ġvanoviç
(1887-1943) 
 
Məşhur rus alimi, genetik, seleksiyaçı, akade-
mik, genetika elminin ən başlıca qanunlarından biri 
sayılan irsiyyətli dəyişkənliyin homoloji sıralar 
qanununun banisi(1919) Nikolay İvanoviç Vavilov 
müasir 
seleksiyanın 
elmi 
əsaslarını, mədəni 
bitkilərin mənşəyi və onların coğrafı arealının 
yayılması haqqında təlimin təməlini qoymuşdur. 
Onun rəhbərliyi ilə 300 mindən çox müxtəlif növə mənsub mədəni bitki 
nümunəsi olan zəngin dünya herbari kolleksiyası yaradılmışdır. O, həm də 
texniki bitkilərdə yoluxucu xəstəliklərə qarşı immunitetin yaradılması təliminin 
və bitki immunogenetikasının banisi sayılır. N.İ.Vavilovun rəhbərliyi ilə 
bitkilərin genetikası, seleksiyası və mühafızəsinə həsr olunmuş çoxlu sayda 
monoqrafıyalar hazırlanmış, namizədlik və doktorluq dissertasiyaları müdafiə 
edilmişdir. Alim ona qarşı bir neçə dəfə sovet imperiyası rəhbərlərinin təzyiqlər, 
təqiblər göstərməsinə, müxtəlif şantaj xarakterli sanksiyalar və diskriminasiyalar 
tətbiq etməsinə, hətta həbs olunmasına baxmayaraq seleksiya və genetika elmləri 
sahəsində elmi axtarışlarını səylə davam etdirmiş, elmi, praktiki və nəzəri 
əhəmiyyətli nəticələrə nail olmuşdur. N.İ.Vavilovun elmi axtarışlarının məntiqi 
nəticəsi olaraq hazırda bitkilərin seleksiyası, genetikası və yeni yüksək 
məhsuldar taxıl, şəkər və yem çuğunduru, yonca, qarğıdalı və s. sortların 
yetişdirilməsi üçün onun təklif etdiyi üsullara çox böyük önəm verilir və 
onlardan geniş istifadə olunur. Hazırda genetika, seleksiya, immunogenetika, 
molekulyar genetika və biologiya, gen mühəndisliyi və biotexnologiya elmləri 
üzrə elmi axtarışların aparılması prosesində N.İ.Vavilovun tədqiqatlarına çox 
önəmli yer verilir və onlara geniş istinad edilir. 


32 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin