71
nəticəsində cari və uzunmüddətli neqativ genetik fəsadların qarşısının alınması,
təbii populyasiyaların davamlılığında gen mühafizə sistemlərinin rolunun, ətraf
mühitin çirklənməsi və qocalma ilə bağlı genetik aparatın
tənzimləmə
funksiyasının pozulma proseslərinin əhəmiyyətini müəyyən edib və onların
tənzim edilməsinin öyrənilməsi kimi elmin yeni istiqamətinin formalaşdırılması
təşkil edir. Alimin antimutagenez fenomeni haqqındakı ilk məlumatı 1952-ci
ildə dərc edilmişdir. U.Ələkbərovun elmi maraq dairəsinin əsas istiqaməti anti-
mutagenez, irsi dəyişkənlik prosesinin tənzimlənmə mexanizmi, mutagenez,
kanserogenez, qocalmanın idarəolunmasının öyrənilməsi
istiqamətinə yönəl-
dilmişdir. Alimin rəhbərliyi ilə 25 elmlər namizədi və 4 elmlər doktoru hazır-
lanıb. O, hazırda elmi-pedaqoji fəaliyyətinin ən məhsuldar dövrünü yaşamaqla,
genetika elminin və biologiyanın digər sahələrinin əsas prioritetinin öyrənilməsi
istiqamətində qlobal elmi axtarışlarını uğurla davam etdirir və Dövlət İdarəetmə
Akademiyasının rektorudur.
Dostları ilə paylaş: