Fяxrяddиn mustafayev


Verdiyev Zülfüqar Qurban oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə60/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   207
N 349

Verdiyev Zülfüqar Qurban oğlu
(1907-1992) 
 
Ölkəmizdə qaramal və zebuların yetişdirilməsi, onların genetik, seleksiya
bioloji və təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi, yüksək ixtisaslı zootexniya və 
baytarlıq 
təbabəti 
kadrlarının 
hazırlanması
sahəsində 150-dən çox elmi əsərin, o cümlədən bir 
neçə dərsliyin, monoqrafiyaların, kitabların və 
dərs vəsaitlərinin müəllifi, ―Şərəf Nişanı" ordeni, 
―Əməkdə fərqlənməyə görə‖, ―İ.V.Miçurinin 100 
illiyi‖ medalları ilə təltif edilmiş, professor, 
Əməkdar Elm Xadimi Zülfüqar Qurban oğlu 
Verdiyevin xüsusi xidmətləri olmuşdur. O, 1955-
1959-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Hey-
vandarlıq 
İnstitutunun direktoru vəzifəsində 
çalışmış, sonralar isə ADAU-nun «Kənd 
təsərrüfatı 
heyvanlarının 
yetişdirilməsi 
və 
genetikası» 
kafedrasının 
müdiri 
vəzifəsinə 
seçilmiş, ömrünün sonuna qədər bu vəzifədə işləmişdir. Z.Verdiyev 1966-cı ildə 
«Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və genetikası» kafedrasının 
nəzdində ―Zebuçuluq elmi-tədqiqat problem laboratoriyası‖ yaratmış və 1990-cı 
ilə qədər onun rəhbəri olmuşdur. Alimin rəhbərliyi ilə genetika, heyvandarlıq və 
zootexniya üzrə bir neçə elmlər namizədi və doktoru hazırlanmışdır. Fərəhli 
haldır ki, Z.Verdiyevin zubuçuluğa və camışçılığa dair elmi məqaləsi BMT-nin 
«Azalmaqda və aradan çıxmaqla olan heyvan növləri» adlı külliyatında nəşr 
olunmuşdur. 


54 
 
 
Hacıyev Hacı Məmmədbağır oğlu
(1919-1989) 
 
Azərbaycanda baytarlıq təbabətinin təşəkkül tapmasında, müstəqil elm 
sahəsi kimi formalaşmasında, dinamik inkişafında 
və bu bəşəri əhəmiyyətli elm sahəsində milli 
kadrların və alimlər ordusunun hazırlanmasında 
baytarlıq təbabəti elmləri doktoru, professor Hacı 
Məmmədbağır oğlu Hacıyevin olduqca böyük və 
misilsiz 
xidmətləri 
olmuşdur. 
H.Hacıyevin 
tələbələri, aspirantları və elmi-pedaqoji kollektiv 
onu 
ədəbiyyatçı 
alim, 
yüksək 
erudisiyalı, 
intellektual səviyyəli pedaqoq, həssas, qayğıkeş bir 
insan və pedaqoq kimi dəyərləndirmiş, özləri üçün 
örnək hesab etmişlər. H.Hacıyev 1941-ci ildə 
ADAU-nun Baytarlıq təbabəti fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin 
universitetdə ordinatorluqdan başlayaraq qəzet redaktoru, kafedra müdiri, elmi 
işlər üzrə prorektor vəzifələrində çalışmışdır. Alim çoxsaylı dərslik, dərs vəsaiti, 
monoqrafiya, elmi və publisistik məqalələrin müəllifi olmuşdur. Ölkəmizin 
əvəzsiz təbii sərvəti sayılan naftalan neftinin baytarlıq təbabətində ilk dəfə 
olaraq geniş tətbiq olunması məhz onun səyi və təşəbbüsü nəticəsində mümkün 
olmuşdur. O, 1947-ci ildə ―Naftalan neftinin mədə önlüklərinin təqəllüsünə 
təsiri‖ mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1948-ci ildə isə 
dosent elmi adı almış, 1951-ci ildə baytarlıq təbabəti fakültəsinin ―Yoluxmayan 
xəstəliklər və klinik diaqnostika‖ kafedrasına müdir təyin edilmişdir. Alim 1962-
ci ildə həmin kafedranın nəzdində ―Naftalan nefti problem laboratoriyası‖ 
yaratmış və ona rəhbərlik etmişdir. O, 1967-ci ildə doktorluq dissertasiyası 
müdafiə etmiş və professor alimlik rütbəsi almışdır. Alim İlk dəfə ―Klinik 
diaqnostika‖ və ―Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri‖ 
fənnindən Azərbaycan dilində dərsliklərin və dərs vəsaitlərinin müəllifi 
olmuşdur. H.Hacıyevin rəhbərliyi ilə çoxlu sayda elmlər namizədi 
hazırlanmışdır. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin