72
Məşhur və tanınmış
Azərbaycan alimi, mikrobioloq, tibb elmləri doktoru,
Azərbaycan Tibb Universitetinin «Tibbi mikrobiologiya və immunologiya»
kafedrasının müdiri, professor Qarayev Zakir Ömər oğlunun milli mikrobiolo-
giya elmimizin inkişafında çox böyük xidmətləri olmuşdur. O, 1968-ci ildə
«Polien antibiotiklərinin immunogenezə təsiri» mövzusunda namizədlik, 1974-
cü ildə isə «Antibiotiklərin orqanizmin immunoreaktivliyinə təsir mexanizminin
öyrənilməsi» mövzusunda doktorluq dissertasiyası
müdafiə edərək tibb elmləri
doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Alimin yaradıcılığının əsas
prioritet istiqamətini mikrobiologiya, mikologiya, immunologiya, dərin
mikozlar, assosiativ (müxtəlif infeksion agentlər tərəfindən törədilən qarışıq)
infeksiyalar, patogen mikroorqanizmlərin genetikası, dəyişkənliyi, antibiotiklərə
həssaslığı, davamlılığı, nozokomial infeksiyaların
öyrənilməsi sahəsində
aparılan fundamental-tətbiqi xarakterli elmi tədqiqat işləri təşkil edir. Elmi araş-
dırmalar nəticəsində alim qeyd olunan infeksion agentlərin bioloji, epidemioloji,
patogenetik, genetik xüsusiyyətlərini, patogenlik və virulentlik dərəcəsini,
yayılma arealını və s. ətraflı öyrənmiş, mikrobiologiya,
immunologiya və
mikroorqanizmlərin genetikası sahəsində elmi-praktiki cəhətdən çox böyük
əhəmiyyət kəsb edən elmi yeniliklər aşkar etmişdir. O, 1968-1969-cu illərdə
ATU-nun Mərkəzi Elmi Tədqiqat laboratoriyasının müdiri, 1974-1975-ci illərdə
Sankt-Peterburq Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi-Tədqiqat
Laboratoriyasının baş elmi işçisi, 1975-1982-ci illərdə direktoru, 1982-1993-cü
illərdə sabiq SSRİ Səhiyyə Nazirliyinin və ÜST-ün Mikologiya və Dərin
Mikozlar
Elmi Mərkəzinin direktoru, 1993-1994-cü illərdə Azərbaycan Elmi-
Tədqiqat Mikrobiologiya və İmmunologiya İnstitutunun direktoru vəzifəsində
işləmişdir. Alim 1998-2001-ci illərdə İstambul Universitetinin Tibb fakültəsində
«Mikrobiologiya və immunologiya» kafedrasının professoru olmuş, 2004-cü
ildən etibarən isə ATU-nin «Tibbi mikrobiologiya və immunologiya»
kafedrasına rəhbərlik edir. O, 2009-cu ildə Bakıda keçirilən «3-cü Avrasiya
Klinik
Mikrobiologiya, İmmunologiya və İnfeksion xəstəliklər» Beynəlxalq
Konqresinin Prezidenti olmuşdur. Z.Qarayevin rəhbərliyi ilə 41 nəfər elmlər
namizədi və 29 nəfər elmlər doktoru hazırlanmış, hazırda isə xeyli dissertasiya
işlərinə rəhbərlik edir. O, 300-dən artıq elmi məqalə və əsərin,
tədris-metodiki
və dərs vəsaitlərinin, o cümlədən «Tibbi mikrobiologiya və immunologiya»
(2010), «Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya» (2011)
adlı fundamental ali məktəb dərsliklərinin müəllifidir. Z.Qarayev hazırda
yaradıcılığının ən çiçəklənən, məhsuldar mərhələsini yaşayaraq, mikrobiologiya
elminin qlobal əhəmiyyətli prioritetləri üzrə elmi-tədqiqat işlərini davam etdirir
və daha geniş diapozonlu axtarışlar aparır.
Dostları ilə paylaş: