İnformasiyalı əmək bazarı. İnformasiya cəmiyyətində əhalinin yarıdan çoxu “informasiya sahəsində” çalışmalıdır, “informasiya sahəsi” dedikdə təkcə İKT sahəsi yox, eləcədə “Qutenberq kainatı”, incəsənət, reklam işləri, robototexnika, nanotexnoloji sistemlər, elm və təhsil başa düşülməlidir.
İnformasiya infrastrukturuözündə cəmiyyətin informasiya fəaliyyətinin vasitələrinin dəstəyini birləşdirir: bura informasiya resursları, mərkəzləri, verilənlər bazası, informasiya bankı, rabitə sistemi, aparat – proqram vasitələri və informasiyanın alınması, saxlanması və ötürülməsi texnologiyaları daxildir.