ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə133/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   129   130   131   132   133   134   135   136   ...   175

YÜZ SƏKKİZİNCİ KƏRAMƏT

«HƏZRƏTDƏN NAÜMİD OLMAMAQDAN ÖTRÜ SEL KİMİ GÖZ YAŞI LAZIMDIR.»


4. 1998-ci ildə Məşhəddən müəllimlərdən biri zəng etdi ki, əsgərliydə olan oğlu Tehranda xəstəxanadadır. O, hər iki böyrəklərini əldən verib bihuş halında qalmışdır. Nə qədər ki, dünyasını dəyişməyib gəlin görün!

Ata həmin gün hərəkət etdi. Sübh tezdən Tehrana çatdı. Dostlardan birinin mənzilinə dəyib dərhal xəstəxanaya yola düşdü. Oğlunu bihuş halda müşahidə etdi. Ağlar və narahat halda dostunun mənzilinə qayıtdı. Dostu ona bildirir ki, sabah sübh «Ənsarul Abbas» adına hey`ət dua məclisi keçirəcək. Bu vaxta kimi çoxları həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) şəfa almışdır. Sən də bu dua məclisində iştirak et. Ata sübh tezdən mərasim keçirilən yerə gedir. Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) ələmini gördükdə göz yaşlarını saxlaya bilmir. Ağadan xahiş edib yalvarır ki, onu naümüd etməyib oğluna şəfa versin.

Həmin gün axşamüstü xəstəxanaya gəlir. Tam təəccüblə oğlunu öz yataq taxtı üzərində sağlam şəkildə oturduğunu görür. Onu qucağına alıb halını soruşanda əsgər oğlu cavab verir:

Bu gün heç bir şeyi hiss etmədiyim halda birdən yaşıl bir parlaq nur gördüm. Göydən iki göy rəngdə nur aşağı enirdi. Hər an mənə yaxınlaşırdı. Elə ki, nur tamamilə mənə yaxınlaşdı. Hər ikisi xurmaya bənzər kimi mənim bədənimdən böürəklərimə daxil oldular. Dərhal huşa gəldim və əhvalımın yaxşı olduğunu müşahidə etdim. İndi heç bir narahatçılığım yoxdur.

Bir həftə sonra ata-oğul bizim əzadarlıq hey`ətinə gəlib hadisəni mikrafonla əhaliyə e`lan etdilər.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin