YÜZ ON DÖRDÜNCÜ KƏRAMƏT «SƏN AXŞMAÜSTÜ ŞƏFA ALACAQSAN!»
Cənab Abbas Müttəqi atasının şəfa tapmasını belə şərh edir: (Qum şəhəri)
Rzaşahın dövründə 18 yaşım var idi. Çətin bir xəstəliyə düçar oldum. O vaxtlar çox görünmüşdü ki, 8‒10 yaşlarında bu xəstəliyə tutulanlar tərləmirdilər və ölümləri qəti idi. Xəstəliyə tutulduğumdan 12 gün sonra bədənimin tükləri bütünlüklə töküldü. Ölümümə söz yox idi. Bir gün evdə oturmaqdan cana doyub hava almaqdan ötrü mənzildən çölə çıxdım. Divara söykənib dayanmışdım. Bu halda yanımda durub söhbət edən iki nəfəri gördüm. Onlardan biri mənə işarə edib dedi:
Bu kişi Cə`fərin oğlu Əlidir. Ölümünə söz yoxdur.
Bəli, xəstəlik 21 gün çəkmişdi. Mən ölümə yaxınlaşırdım. Anamın dayısı mənim xəstəliyimi eşidib bizə gəlmişdi. Yanımda oturub qulağıma ahəstə dedi: Ancaq de ki: «Ya Əbul Fəzl Abbas!»
Mən də yavaş-yavaş bu sözləri zəmzəmə etməyə başladım. Sonra dayım mənə qoyun nəzir etdi. Dərhal durub gedib bir qoyun aldı. Qoyunu kəsib qonşulara payladılar. Axırda mənə yaxınlaşıb dedi: Sən bu gün axşam üstü həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) şəfa alacaqsan!
Maraqlı bu idi ki, qoyunu kəsən anda bədənim yavaş-yavaş tərləməyə başlamışdı. Getdikcə vəziyyətim yaxşılaşdı. Nəhayət, qısa müddətdə tamamilə sağaldım. İndi 72 yaşım var və heç bir şeydən şikayətim yoxdur.
Dostları ilə paylaş: |