ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə15/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   11   12   13   14   15   16   17   18   ...   175

NEFT MƏ`DƏNİ BONBARDIMANDAN OD TUTMAMIŞDI!


Bir müddətdən sonra təbliğdən ötrü Kəraçi şəhərinə getdim. Bir nəfər mənə dedi ki, bütün bu neft anbarlarının arasında bir neçə neft anbarı «Hacı dusa» adlı mö`min bir şəxsindir. O, özünün anbarlarının üstünə «Həzrət Əbülfəzlin» ələmini asmışdı. Bu ələmlərin bərəkətindən onun anbarlarına atəş düşməmişdi.

Mən dedim: Eşitmək görməyə çata bilməz. Gəlin bu neft anbarlarını mənə nişan verin. Tez maşınlara minib Hind dənizinin sahilinə yetişdik. Həzrət Əbülfəzl Abbasın(əleyhissalam)kəramətindən belə bir mənzərəni müşahidə etdim.

Böyük bir meydanda neft anbarlarından ibarət meşə var idi. Sayını Allah bilirdi. Bütün anbarlar yanmışdı. Onların bə`ziləri yarı əyilmiş, bə`ziləri isə tam çökmüşdülər. Hətta, oranın torpağı da daş kimi yanmışdı. Lakin onların arasında bir neçə neft anbarı var idi. Əbülfəzl Abbasın (əleyhissalam)-ın bərəkətindən onlar atəş tutmamışdı. Həzrət Əbülfəzl Abbasın (əleyhissalam)adına olan bayraq da bu neft anbarlarının birinin üstündə dalğalanırdı. Onun üstünə bu söz yazılmışdı: «Ya Abbas!».

Təəccüblü burasıdır ki, salamat qalan bu dörd-beş neft anbarında hələ də neft ağzına kimi dolu idi. Bunların hamısı bütün bu yanğınların içində tamamilə zərərsiz qalmışdılar.

İndi özünüz təsəvvürünüzə gətirin, iki yüz ədədə yaxın neft anbarına ot düşə, orda hansı cəhənnəm əmələ gələr. Elə bir vaziyyət ki, hətta quş da onların üstündən uça bilmirdi, heç bir canlı yüz metrdən artıq o məntəqəyə yaxınlaşa bilməzdi. Lakin, onların ortasında bir neçə neft anbarı salamat qalsın. Görəsən bu mö`cüzə deyilmi? Elə bir mö`cüzə ki, Qur`ani-Kərimin «Ənbiya» surəsinin 69-cu ayəsində olan bu mö`cüzəni ‒ «Ey atəş! İbrahimə qarşı soyuq və sağlam ol» ‒ təsdiq edir.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin