ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə167/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   163   164   165   166   167   168   169   170   ...   175

ON BİRİNCİ TƏNBEH

«HƏR İKİSİNİN DUASI QƏBLU OLDU!»


Höccətul-islam Şey Məhəmməd Səmai Hariri yazır:

İran xanlarından biri ailəsi ilə birlikdə Kərbəlaya gedirmiş. Xanın gözəl bir qızı da özü ilə gedirmiş. Qız, həzrət Əbul Fəzl Abbas (əleyhissalam)-ın hərəminə daxil olur. Xanın nökərlərindən biri qızın camalına vurulur. Nökər zirehin kənarında əlini qızın əlinin üstünə qoyur. Qız tez üzünü zirehə tutub deyir: Heç ədəbdəndir ki, bu yerdə mənimlə belə ədəbsizlik edirsən?

Ya Əbul Fəzl Abbas (əleyhissalam) onun əlini cəm elə!

Bir neçə gündən sonra xan hərəkətə gəlir. Nökər nəyi varsa satıb əlli lir qızıl edib torbasına qoyur və karivanla hərəkətə edir. Yol arasında xan baxır ki, pullarını oğurlayıblar. Yüz lir qızılı yoxa çıxır. Qərara alır ki, bütün karivan əhlini yoxlasınlar. Bir az gəzdikdən sonraəlli lir qızılı nökərin kisəsindən tapırlar. Xana xəbər çatır. Xan elə hesab edir ki, pul onunkudur. Göstəriş verir ki, oğru adı ilə nökərin əlinin birini kəssinlər. Bir müddətdən sonra xanın pulu öz əşyalarının arasından çıxır. Xan bu işdən çox narahat olur və nökərdən halallıq almaq istəyir. Əli kəsik nökərdən nə qədər istəyirsə halallıq ala bilmir. Xan deyir:

Hər nə istəyirsənsə, bu əmələ görə sənə verirəm!

Nökər cavab verir:

Əgər məni razı salmaq istəyirsənsə qızını mənə ver! Xan qəbul edir. Qızı nökərə ərə verir. Toydan sonra qız ona deyir:

Nəyə görə həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) hərəmində əlini mənim əlimin üstünə qoydun?

Nökər cavab verir: Əlimi sənin əlinin üstünə qoyanda Həzrətdən istəyirdim ki, səni mənim əqdimə gətirsin. Həzrət mənim arzumu qəbul etdi.

Qız cavab verir:

Mən də həzrətdən istəmişdim ki, sənin əlini kəssin, onu da qəbul edib!


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin