BİRİNCİ KƏRAMƏT BU BƏRƏKƏT HƏZRƏT ƏBÜLFƏZL ABBASA (Ə) XATİR OLDU!
Hörmətli alim Fazil Fərzanə və höccətül islam vəl-müslimin hacı seyyid Məhəmməd Cəlam yazırlar:
Hicri qəməri tarixi ilə 1356-cı ildə Rəcəb ayının 14-də İraqda «Bə`s» partiyasının nümayəndələri Nəcəfül-əşrəf elmi mərkəzinə hücum etdilər. Bir dəstə tələbələri tutdular. Bir neçə ay əziyyətdən və əzabdan sonra bizi Nəcəfdə və Bağdadda bu partiya ilə müxalifət etməyimiz ünvanı ilə ölüm hökmünə mə`ruz qoydular. Biz hökm e`lan olunan gecə mən və şeyx Hüseyn Həlimi (Səudiyyə Ərəbistanından idi) Fatimeyi Zəhra (s.ə) və həzrət Əbülfəzl Abbası (ə) Allah dərgahına and verirdik və o gecə həzrət Əbülfəzl Abbas (ə) barəsində roza oxuduq. Bizdən (iki nəfərdən) başqa heç kəsin ağlına belə iş gəlməmişdi. O gecənin səhəri sübh tezdən mö`cüzə olaraq əmr gəldi ki, mən və şeyx Hüseyn Həlimi azad olunurlar. Bu iş həzrət Fatimeyi Zəhra (s.ə) və Babul həvaic Əbülfəzl Abbasın bərəkətindən idi.
Bizimlə həbs edilmiş digər tələbələri isə həmin il zil qə`də ayının 18-də e`dam etdilər. Allah onların hamısına rəhmət eləsin və cinayətkarlardan onların qisasını alsın!
Dostları ilə paylaş: |