OTUZ ALTINCI KƏRAMƏT «QƏMƏRİ BƏNİ HAŞİMİ YADIMA SALDIM!»
Cənab hacı Hüseyn Babayi bir neçə kəramət yazıb göndərir:
1.Mən altımış il bundan öncə Qum şəhərinin Kərəmgah kəndində sakin idim. 17-18 yaşım olardı. O vaxt hər tərəfdə yayılan «qızdırma» xəstəliyinə tutulmuşdum. Bu xəstəlik o vaxt demək olar ki, hər bir evdə vardı və çox evlərdən 2-3 nəfəri öldürmüşdü. Mən də bu xəstəliyə tutulmuşdum. Məni müalicə etməkdən ötrü Mirzə Qulam Hüseyn Casibi adlı bir həkim gətirmişdilər. Həkim məni müayinə etdikdən sonra dedi:
Mən dərman verməyəcəyəm.
Soruşdum: Həkim! Bir-iki dənə nar yeyə bilərəmmi?
Həkim narahat olub dedi: Nar ye və öl!
Halım o qədər pis idi ki, anam və bacılarım mənim dəfnimdən ötrü kəfən hazırlamışdılar. Bu halda Həzrət Qəməri bəni Haşimi yadıma saldım.
Yuxuda gördüm ki, yaşıl libas geymiş, uzun boylu gözəl bir şəxs başımın üstündə durub buyurdu:
Sən yaxşı olmusan!
Dedim: Ağacan! Mirzə Qulam Hüseyn həkim dedi ki, sən öləcəksən. Buyurdu: Sən yaxşı olmusan!
Birdən gördüm ki, sanki otağın divarı yarıldı və həmin şəxs otaqdan xaric oldu. Sonra gözlərimi açdım və hiss etdim ki, zərrə qədər də olsa bədənimdə ağrı yoxdur. Bir neçə nar dənəsi yedim. Sonra anamı və bacımı səslədim: Həzrət Əbul-Fəzl Abbas(əleyhissalam)- mənə şəfa verdi!
İndi altımış ilə yaxındır ki, tasua gecələrində (Məhərrəmin 9-cu gecəsi) həzrət Əbul-Fəzl Abbasdan(əleyhissalam) ötrü süfrə açıb ehsan verirəm. O da hər il mənə köməklik göstərir və ildən-ilə yaxşılaşıram.
Dostları ilə paylaş: |