ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə119/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   115   116   117   118   119   120   121   122   ...   175

DOXSAN ALTINCI KƏRAMƏT

«BİR BAŞA SU PAYLANAN EVƏ GETDİM!»


Cənab siqətul-islam hacı seyyid Məhəmməd Baqir Gülüstani şəhid oğlu barəsində ,həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) kəraməti haqqında yazır:

1.1957-ci ildə Nəcəfül-Əşrəfdə Allah mənə bir oğul payı əta etdi. Adını Məhəmməd Hüseyn qoydum. O vaxt Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) pak hərəminin yanında su paylanan bir ev var idi. Həmçinin, hərəmin ətrafında çoxlu adamlar vardı. Hər tərəf ziyarətə gələnlərlə dolu idi. Müxtəlif hey`ətlər dəstə-dəstə hərəmə daxil olub əzadarlıq edirdilər. Mən oğlumun anadan olduğu üçüncü günü su paylanan evdə məşğul idim. Böyük qardaşım mərhum höccətul-islam hacı seyyid Cə`fər Gülüstani su paylanan evə gəlib dedi: Nə oturmusan oğlun əldən gedir?!

Dedim: Nəyə görə?

Cavab verdi:

Bu uşaq üç gecə-gündüzdür ki, sidiyə getməyib ağlayır.

Qardaşımla birlikdə evə yola düşdüm. Uşağı götürüb Kürəvi adlı tanınmış həkimin yanına apardım. Həkim dedi:

Bu uşağın sidik yolu anadan gəlmə yoxdur. Mən cərrahiyyə əməlini yerinə yetirə bilmərəm. Uşağı tez bu gecə Bağdada çatdırmasan tələf ola bilər.

Ordan çıxıb Nəcəfdəki həkim Şövkətin yanına girdim. O da həmin sözləri təkrar etdi. Ondan sonra üçüncü həkim tanışım cərrah, Xəlil Cəlilinin yanına tələsdim. O da öz növbəsində uşağın, yalnız Bağdadda cərrahiyyə əməliyyatı olunmasını tə`kid etdi.

Məhərrəmin yeddinci gecəsi idi. Həzrət Əbul Fəzl Abbas(əleyhissalam) adına su paylanan evin qapısı həzrət Əli (əleyhissalam)-ın hərəminə tərəf açılırdı. Daha başqa yerə getmədim. Həkim Xəlil Cəlilin yanından bir başa Əbul Fəzl Abbas (əleyhissalam) adına su paylanan evə gəldim. Oranın suyundan bir neçə damcı uşağın ağzına sürtdüm. Həzrət Əbul Fəzl Abbas (əleyhissalam) adına yaşıl rəngli bir parça nəzir gətirmişdilər. Onu götürüb uşağın qundağına doladım. Həzrətə xitabən dedim:

Ya Əbul Fəzl Abbas! Bilirsiniz ki, sidq ürəklə xidmət edirəm. Bu uşağın şəfasını sizdən istəyirəm!

Sonra evə gedib gözlədik. Sübh azanında anam məni yuxudan oyatdı. Dedim nə olub? Uşaq öldümü? Cavab verdi ki:

Uşaq oynayır!.

Gedib gördüm ki, sidik yolu artıq açılmışdır. Allaha şükür, həzrət ƏbulFəzlin (əleyhissalam) adına olan sudan bir damcı içdikdən sonra uşağın gündən-günə halı yaxşılaşdı. Heç bir narahatçılığı olmadı. Nəhayət, 1982-ci ildə bir il, onbir ay cəbhə bölgəsində vuruşduqdan sonra şəhadət şərabını içdi.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin