YÜZ İYİRMİ ÜÇÜNCÜ KƏRAMƏT «TƏZƏ HƏYAT!»
Cənab höccətul-islam vəl-müslimin Hacı-şeyx Əhməd Əhmədi iki kəramət yazıb:
1950-ci il idi. Dayı arvadı həyətdə oturub göyərti təmizləməklə məşğul idi. Biz də uşaqlarla birlikdə həyətdə oturmuşduq.İki-üç yaşlı uşaq da su hovuzunun kənarında oynayırdı. Uşaq bizim xəbərimiz olmadan hovuza düşür. Aradan yarım saatdan çox keçmiş mən işi başa düşdüm. Uşaq artıq su üzündə ölmüş halda qalmışdı. Uşağı hovuzdan çıxardıb kənara qoyub fəryad etdim:
Dayı arvadı! Tez gəl, Səid öldü!
O, tələsik gəlib fəryad etməyə başladı:
Ya Əbül Fəzl Abbas! Ya Əbul Fəzl Abbas! Mən uşağı səndən istəyirəm. Bu elə bir halətdə idi ki, uşaq çoxdan ölmüş sağalmağına da heç kimin ümidi də yox idi. Həmin halda atası gəlib uşağı üzü qibləyə çevirdi. Nalə etdi:
Ya imam Zaman! Uşağımı səndən istəyirəm!
Birdən uşaq anasının qucağında ağlamağa başladı. Uşaq həzrət Əbul Fəzl Abbas(əleyhissalam) və imam Zaman (ə.c) bərəkətindən təzədən həyata gəldi.
Hazırda Səid sağdır. İnsitutu başa vurmuşdur. Bu işin şükranəsinə o vaxt rövzəxanlıq məclisi təşkil olundu!
Dostları ilə paylaş: |