GƏnc aiLƏNİn ensiklopediyasi m. Quliyeva, M. Haciyeva



Yüklə 326.31 Kb.
PDF просмотр
səhifə1/7
tarix22.05.2017
ölçüsü326.31 Kb.
  1   2   3   4   5   6   7

    
GƏNC AİLƏNİN ENSİKLOPEDİYASI 
 
M.QULİYEVA, M.HACIYEVA 
 
T O X U M A 
 
 
 


 
 
 
M.
QULİYEVA  M.HACIYEVA 
____________________________________ 
 
 
 
 
 
 
 
 
T O X U M A 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"AZ
ƏRBAYCAN   ENSİKLOPEDİYASI"  
NƏŞRİYYAT-POLİQRAFİYA  BİRLİYİ 
B A K I     —     19 9 6 
 


 
BBK   37.279  
QU   93 
 
 
 
"Az
ərbaycan Ensiklopediyası” 
Nəşriyyat-Poliqrafiya Birliyinin 
Baş direktoru İsmayıl VƏLİYEV 
 
 
 
 
Redaktoru 
Gülbəniz QOCAYEVA 
 
 
 
           Quliyeva 
Mələk, Hacıyeva Mələk 
QU   93       Toxuma. “Az
ərbaycan Ensiklopediyası” Nəşriyyat- Poliqrafiya 
           
Birliyi. 
Bakı,1996, səh. 104 
                
  
Toxumanı  yeni  öyrənənlər  üçün  nəzərdə  tutulmuş  bu  kitabda  toxumanın    sadə  üsulları 
verilmişdir. Həvəskarlar burada  corab, papaq, canlıq,  kofta, jaket, pulover, şal və b. məmulatların 
toxunma  qay
daları,  habelə      sapların  ilmələrin  növləri,  naxışlar  və  s.  barədə  ətraflı  məlumat 
alacaqlar. Kitabda, 
həmçinin şəbəkəbəndlər haqqında qısa məlumat, onun toxunma üsulları, bir neçə 
şəbəkəbənd süfrə modelinin toxunuş  təsviri də verilmişdir.  
 
 
93
31
92
)
07
(
657
3404000000



M
QU
 
 
ISBN-89600-062-6 
 
 
 
© Az
ərbaycan Ensiklopediyası" 
Nəşriyyat-Poliqrafiya Birliyi 
Bakı,  1996 
  


 
 
 
 
 
 
 
 
 
 
ÖN SÖZ 
 
Toxumanın  hər  bir  xalqın  məişətində,  həyat  tərzində  hələ  qədim  dövrdən  kök 
salmasına  baxmayaraq,  o,  bu  gün  də  öz  əhəmiyyətini  itirməmişdir.  Mədəni  irsimizdə 
mühüm  yer  tutan  qoca 
nənələrimizin  toxuduqları  yun  əlcəklər,  corablar,  canlıqlar  və  s. 
muzey
lərin  yaraşığı  ola  biləcək  qədər  cazibəlidir.  Lakin  bu  gözəl  xalq  peşəsi  təkcə 
nənələrimizə xas olaraq qalmamış, gənclər arasında özünə çoxlu tərəfdarlar qazanmışdır. 
Bu  gün  zövqü  daha  y
axşı  püxtələşmiş  gənc  qızlar  yaraşıqlı  geyimlərə  xüsusi  meyl 
göstərirlər. 
Qışın sərt, soyuqlu günlərində kim istəməz ki, əynini yaraşıqlı yun köynək və yaxud 
paltar 
qızdırmasın.  Gənc  bir  qızın  sevgilisinin  boynunu  isidən  yun  şərfi  ona  təqdim 
edərkən hər ikisinin necə sevinc hissi keçirdiyini təsəvvür etmək, təbii ki, heç kəs üçün 
çətin  deyildir...  həyatımızda  öz  zəhmətilə  belə  xoş  anları  keçirən  qızlarla,  qadınlarla, 
analarla çox 
rastlaşmışıq. 
Müharibənin  ağır  illərində  cəbhədə  vuruşanlar  üçün  anaların  sovqat  olaraq 
toxuduqları yun əlcəklər, yun corablar yaşlı nəslin indi də yaxşı yadındadır. Getsin o illər,  
bir 
də qayıtmasın... 
Toxuma, 
həmçinin, təbabətdə əsəb sistemini sakitləşdirən vasitə kimi qiymətləndirilir. 
Belə  ki,  toxuma  zamanı  qan  dövranı  tənzimlənir,  insanlar  arasında  məişət  qayğıları  ilə 
bağlı yaranan stress vəziyyəti tez keçib-gedir. 
Bu  gün 
toxumağı  bacaranlarla  nə  qədər  çox  rastlaşırıqsa,  onu  öyrənməyə  meyl 
edənlərlə daha çox qarşılaşırıq. 
Az
ərbaycan  dilində  toxuma  ilə  əlaqədar  hazırlanan  bu  ilk  kitabda  toxumanın  sadə 
üsulları verilmişdir, daha doğrusu, toxumanın ibtidası izah edilmişdir. 
Kitabda 
həvəskarlar corab, papaq, canlıq, şal, jaket və s. toxunması barədə müfəssəl 
məlumat alacaqlar. Sadə toxunma Üsullarını öyrəndikdən sonra dəbdə olan köynəklərin, 
papaqların, şərflərin,   paltarların   toxunmasına   keçmək   olar.   Bunun   üçün 


 
 m
ətbuatda buraxılan albom və jurnallardan istifadə etmək daha məqsədə uyğundur. 
Bildiyimiz  kimi,  toxunan   m
əmulatlar   cürbəcür   naxışlarla  bəzədilir  və  yaxud 
məmulatın  bir  yerini  gen,  bir  yerini  isə  dar  toxumaq   üçün   müxtəlif   naxışlardan   
isti
fadə   olunur.   Dünyada mindən   çox   naxış   növü   məlumdur.   Bunların   hamısını   
təsvir etmək üçün neçə-neçə qalın albom lazımdır. Bu kitabda ən mühüm naxışları izah 
e
tmək  məqsədi qoyulmuşdur. 
Qadınların  bir  çoxu  milçə  ilə  toxumağı,  millə  toxumaqdan  üstün  tüturlar.  Milçə  ilə 
toxunarkən  ancaq bir  ilmə  olduğu  üçün  bir qədər  asan  qavranılır.  Milçə  ilə, daha  çox, 
bəzək əşyaları toxunur. Kitabda milçə ilə toxumağın əsasları göstərilmiş və bəzi naxışlar 
ay
dınlaşdırılmışdır.  Hər  bir  naxışın  həm  təsviri,  həm  də  sxemi  elə  verilmişdir  ki,  onu 
asa
nlıqla öyrənmək mümkün olsun. 
Bir 
anlıq  təsəvvür  edək  ki,  möhkəm  səyiniz  nəticəsində  artıq  toxumanın  sirlərinə 
yiy
ələnmisiniz. Qiymətli təbii material olan təzə yun  saplardan yeni dəbdə toxuduğunuz 
geyimi,  yaxud 
istifadə etmədiyiniz   köhnə   yun   jaketinizə   yeni   forma   verdikdən   
sonra 
əyninizə  geyərkən   aldığınız   zövq   sizə   yeni   sevinc,    səmərəli əməyiniz sizə 
fərəh gətirəcəkdir. Bu işinizdə sizə uğur diləyirik.
 
  
Kitabın  oxucuları  yəqin  ki,  rast  gəldikləri  nöqsanlar  barədə  öz    fikirlərini    
nəşriyyata    bildirəcəklər.    Bununla    əlaqədar  əvvəlcədən  öz  minnətdarlığımızı 
bildiririk. 
  


 
____________________________________________________________ 
 
 
 
 
 
 
SAPIN   
NÖVLƏRİ 
 
 
Yunun 
çeşidindən  asılı  olaraq,  saplar  müxtəlif  cür  olur:  qoyun,  merinos 
qoyunu 
və dəvə yunundan, anqor /keçi cinsi/ qəzilindən və moxer saplar. 
Anqor 
sapı - yumşaq xovlu sapdır. Onu anqor kecisinin qəzilindən əyirirlər. 
Amma sonra ona ya süni yun, ya da 
ipək sap qatılır. 
Dəvə yunundan olan sap - dəvənin yaşından asılı olaraq yumşaq, ya cod ola 
bilər.  Açıq  qəhvəyidən  tutmuş  şabalıdı  rəngə  kimi  çalarları  olduğundan  onları 
rəngləmədən də işlətmək olar. 
Merinos qoyununun yunundan haz
ırlanan sap - ən yaxşı yun sap sayılır. 
Bu sap y
umşaq uzun tüklü merinos qoyunlarının yunundan əyrilir. 
Moxer  sap  -  anqor  kecisinin 
qarınaltı  tüklərindən  hazırlanır.  Onlar  da 
ay
rılıqda işlənmir, hər hansı yun, ipək, ya da pambıq sapla birlikdə əyrilir. 
Yun saplar 
alarkən onların elastikliyinə, hamarlığına, əyrilmə qaydasına fikir 
verin:  çox 
bərk əyrilmiş  yun  saplar  millə toxumaq  üçün  yaramır. Onları ancaq 
milçə  ilə  toxumaq  olar.  Əgər  bu  məsləhətə  qulaq  asmayıb  millə  toxusanız, 
toxuduğunuz  məmulat  nəinki  kobud,  həmçinin,  əyri  çıxacaqdır.  Nə  qədər 
ütüləsəniz də, yenidən əyiləcəkdir. 
Yunun  elastikliyi  çox  böyük 
əhəmiyyətə  malikdir.  Yunun  elatastikliyi  onu 
dartdıqda yenidən öz formasını almasıdır. Bu yolla, həm də, sapın möhkəmliyi 
y
oxlanılır.  Əgər  sapı  dartdıqda  o  yenidən  öz  formasını  alırsa,  belə  sapdan 
toxunan 
məmulat ilkin görkəmini uzun müddət saxlayacaqdır. Dartdıqda qırılan 
sapları  isə  təklikdə  toxumaq  olmaz.  Onları  mütləq  sap  qarışdırmaqla  toxumaq 
laz
ımdır,  yoxsa  toxuduğunuz  məmulatda  bir  azdan  saplar  qırılacaq  və  ilmələr 
qaçacaqdır. 
Sapın  hazırlığını  yoxlayarkən  onu  yumaqdan  açır,  orada  nazik  və  ya  qalın 
y
erlərin olub-olmadığını  yoxlayırlar. Əgər sapın bəzi  yerləri nazik, bəzi  yerləri 
qalıbdırsa, belə saplarla hamar 
 


 
məmulat  toxumaq  olmaz.  Onları  dikir-dikir  naxışlarla  toxumaq  lazımdır.  Əks  təqdirdə, 
sapın qalın yerləri toxuduğunuz məmulatda görünəcək və onun görkəmini korlayacaqdır. 
Sapın   rənginin  möhkəmliyi  toxunan  məmulat  üçün  çox  böyük əhəmiyyəti vardır. 
Əgər  sapın  rəngi  çıxırsa,  onu  digər  saplarla  qırışdırmaq,  ondan    müxtəlif    rəngli    
məmulat   toxumaq,    ona müxtəlif    rənglərlə   naxış   vurmaq   olmaz.   Odur   ki,   
toxumağa başlamamışdan  əvvəl   aldığınız   sapın   rənginin  çıxıb-çıxmadığını mütləq 
yoxlay
ın.  Bunu  belə  edirlər:  sapı  isladır,  sonra  onu  ağ  parçaya  büküb  isti  ütü  ilə 
ütüləyirlər.  Əgər  parçaya  ləkə  çıxmayıbsa,  deməli,  sapın  rəngi  möhkəmdir,  yox,  əgər 
sapın rəngi parçaya çıxırsa, onda rəngini möhkəmlətmək lazımdır. Bunu belə edirlər: sapı 
kələfə dolayır, sabun köpüyündə  yaxşı-yaxşı  yuyur və  yaxalayırlar. Sonra sirkə cövhəri 
tökülmüş ilıq suya (1 l suya 1   xörək   qaşığı   sirkə  cövhəri)   qoyur   və  20-25  dəqiq   
vam   odda  qay
nadırlar.  Qaynadıqca  kələfi  tez-tez  çevirirlər  (bu  vaxt  kələf  suda  
üz
məlidir),   Sonra  sapı  bir də  yuyur və  yaxalayırlar.  Əgər bundan sonra da sapın rəngi 
çıxarsa,  deməli,  keyfiyyətsiz  boyaqla  boyanmışdır  və  ondan  ancaq  birrəngli  məmulat 
toxumaq olar. 
 
SAPIN  
NÖMRƏLƏRİ 
 
Mağazadan alınan sapların üstündə, adətən, kəsirlə yazılmış nömrələr olur: məsələn, 
32/2, 8/2 
və s. Bunlar nə deməkdir? Kəsirdən əvvəlki nömrə sapın qalınlığını, kəsirdən 
sonrakı  nömrə  isə  neçə  sapdan  əyrildiyini  göstərir.  Kəsirdən  əvvəlki  nömrə  nə  qədər 
böy
ükdürsə, deməli, sap bir o qədər nazikdir. 
Siz
ə bir məsləhət də vermək istərdik: məmulatı toxuyub qurtarmayınca aldığınız sapın 
etiketni  atmay
ın.  Əgər  sizə  yenə  də  sap  lazım  gələrsə,  həmin  etiketlə  sizə  lazım  olan 
nömrəni tapa bilərsiniz. Çünki rənglər çox vaxt uyğun gəlmir. Axı, eyni rəngin bir neçə 
çaları olur. 
 
MİLLƏRİN  SEÇİLMƏSİ 
 
Millər yüngül və hamar, ucları nə küt, nə də iti olmalıdır. Millər nahamar olduqda sap 
ilişir  və  ilmələr  gah  qısa,  gah  da  uzun  alınır.  Ən  yaxşı  millər  nikelli  polad  millərdir. 
Düzdür,  onlar  bir 
qədər  ağırdır.  Alümin  millər  də  pis  deyil,  ancaq  onlarla  açıq  rəngli  
sapları  toxumaq olmaz.   Çünki  alümin   millər  sapı qaraldır. 
İndi çoxları ortası kapron sapdan olan millərlə toxumağı xoşlayır. Ancaq onlar tez-tez 
qırılırlar. Onları evdə də təmir etmək  mümkündür.  Bunun  üçün  mili od üzərində tutur,  
kapronun 
  


 
qalığı  əriyib  milin  deşiyindən  töküləndən  sonra  kapron  sap  onun  yerinə  salınır 
soyuyandan sonra 
qıraqları əvvəl nazik sumbata kağızı, sonra yun parça ilə cilalanır. 
H
ər  milin  nömrəsi  olur.  Hamıya  məsləhət  görürük  ki,  1  nömrədən  10  nömrəyədək 
olan 
hər  cür  mil  dəsti  alsınlar.  Toxumaq  üçün  mil  seçərkən  bilmək  lazımdır  ki,  bərk 
toxuyanlar üçün mil sapdan heç olmasa iki 
dəfə qalın olmalıdır. 
Vaxt keçdikg
ə hər kəsin özünəməxsus toxumaq qaydası yaranır: biri elə bərk toxuyur 
ki,  toxunan 
məmulat  parçaya  oxşayır,  digəri  isə  əksinə,  elə  boş  toxuyur  ki,  toxuduğu 
məmulatda bütün deşiklər aydın görünür. Ona görə də toxumağa başlayarkən bunu nəzərə 
almalısınız, yəni, boş toxuyanlar bir qədər nazik, bərk toxuyanlar isə bir qədər qalın mil 
götürməlidirlər. 
 
SAPIN  
SƏRFİ 
 
Sap 
nə qədər yumşaq, xovludursa bir o qədər az sərf olunur. Məsələn, ölcüsü 48 olan 
jaketin 
toxunmasına 600 q yun sap sərf olunursa, həmin ölçülü jaketə 300-350 q moxer 
sap kifay
ət edir. 
Bir 
də unutmaq olmaz ki, yun sap yuyularkən çəkisinin 10%-ni itirir, ona görə də sapı 
50-100  q 
artıq almağa çalışın. Əgər çatmayacağına azca da olsa şübhəniz varsa, ya heç 
toxumay
ın, ya da jaket toxuyarkən əvvəl kürəyi, sonra ön tərəfi və sapın qalığından asılı 
olaraq  ya  uzun,  ya  da 
qısa  qol  toxuyun.  Belə  də  etmək  olar:  əvvəl  kürəyi  və  qolları 
toxuyur, 
sapın qalığından və digər saplardan istifadə etməklə ön tərəfi toxumaq olar. 
Təzə naxışı öyrənmək istədikdə açıq rəngli sap götürün, belə sapda naxış da, səhvlər 
də aydın görünür. 
 
SAPIN TOXUMAYA HAZIRLANMASI 
 
Əgər  yun  sapın  xüsusiyyətlərini,  yəni  elastikliyini  və  yumşaqlığını  saxlamaq 
istəyirsinisə, əvvəldən onunla düzgün rəftar etməlisiniz. 
Sapı yumaqlara boş dolamaq lazımdır. Bu vaxt kağızdan,  ya da digər bərk özəkdən 
istif
adə  etmək  olmaz.  Sapı  əvvəl  iki  barmağa  dolayır,  bir  az  yığılandan  sonra  həmin 
sapdan öz
ək kimi istifadə edib, qalan sapı ona dolayırlar. Sap bərk dolanmamalıdır, Çünki 
bərk dolanmış sap dartılır və elastikliyini itirir, bundan toxunmuş məmulatın görkəmi  isə 
qəşəng olmur. 
Sap 
çirkələnməsin  deyə,  sellofan  torbaya  qoyur,  başını  bağlayıb  arasından  sapın 
ucunu 
çıxarırlar. Onda sap yerə düşmür və toxunan məmulat çirklənmir. 
Toxunan 
məmulatda  düyünlər  olmamalıdır.  Görəndə  ki,  sap  sıranın  axırına  qədər 
çatmır, yeni yumaqdan başlamaq lazımdır. 
 
 
 
 
 
 
 


 
Qıraqda qalmış sapı gizlətmək asandır: sonra həmin sap qalıqları ilə toxunmuş hissələri 
tikmək, ya da ondan təmir üçün istifadə etmək  olar. 
Əgər sıra böyükdürsə və hər halda ortada düyün görünürsə, onda düyünü açır, sapın 
hər iki ucundan 10 sm-likdə 2-yə ayırır (2 sapdandırsa 1 və 1, 3 sapdandırsa 2 və 1 sap), 
sonra  bir  ucdan  2 
sapı, o biri ucdan 1 sapı qırıb yerdə qalan 3 sapı birləşdirir və 1 sap 
y
oğunluğuna çatdırırlar. Belə toxunmuş məmulat çox səliqəli  görünür. 
 
 
 
KÖHNƏ  TRİKOTAJ   MƏMULATIN 
SÖKÜLMƏSİ 
 
Köhnə  trikotajı  sökərkən  ehtiyatlı  olmaq  lazımdır  ki,  saplar  qırılmasın.  Hər  bir 
trikotaj da tamam sökülmür. Ancaq bütöv 
toxunmuş mallar sökülür. Sökülmüş sapı kələfə 
dolay
ırlar;  bunun  üçün  20-30  sm-lik  hamar  taxta  parçası  götürmək  olar.  Mağazalarda 
köhnə  sapı  kələfə  dolamaq  üçün  xüsusi  qurğular  satılır. (şəkil  1).  Kələflər  çox  böyük 
olmamalıdır. 
  
 
 
 
 
 
Şəkil  1.  Kələf dolamaq üçün qurğu 
 
Bütün 
sapı  kələflərə  doladıqdan  sonra  onları  bir  neçə  yerdən  bağlayır  və  yuyurlar. 
Qurulamaq  üçün  z
ivədən  asarkən  sapdan  bir  ağır  yük  də  asmaq  lazımdır  ki,  qırışları 
açılsın.  Bu  kömək  etmirsə,  kələfi  sancaqlarla  stolun  üstünə  sərilmiş  adyalın  üzərində 
bərkidib yaş əski ilə ütüləyirlər.  Kələfi gündə, yaxud 
 
 
 


 
ocaq  üz
ərində,  qızdırıcı  cihazlarda  qurutmaq  olmaz.  Adətən,  yun  sapların  qırışları  tez 
açılır,  süni  sapın  qırışları  isə  heç  açılmır.  Qırışı  açılmamış  sapdan  toxunan  məmulatlar 
birinci 
dəfə yuyulandan sonra  xeyli uzanacaqdır. 
 
TOXUNMUŞ  MƏMULATIN ÜTÜLƏNMƏSİ 
VƏ TİKİLMƏSİ 
 
Toxuyub  qurtarandan  sonra  düy
ünlər  varsa,  onlar  astar  tərəfə  kecirilib  tikilir  ki,  
gey
əndə üzə çıxmasın. 
Tikməmişdən  əvvəl  onu  sancaqlarla  stolun  üstündəki  adyala  sancıb  ütüləyirlər. 
Toxunma 
məmulatı mütləq yaş əski ilə ütüləmək və əski qurumamış götürmək lazımdır; 
naxışla toxunmuş məmulatlar ütülənmir. 
Ütüləyəndən  sonra  trikotajı  qurutmaq  üçün  stolun  üstündə  saxlayır,  nəm  əskini  isə 
g
ötürürlər. Ehtiyatlı olun ki, sancaqlardan trikotaja  pas ləkəsi düşməsin. 
Bundan  srnra 
trikotajı  bir-birinin  üstünə  qoyub  kök  atır  və  əyinə  ölcürlər.  Əgər  tən 
g
əlirsə,  onda  tikirlər.  Trikotajı  öz  sapı  ilə  tikirlər.  Başqa  sapla  tikmək  olmaz.  Düymə 
ye
rlərini ilmələyib bərkidirlər. 
 
YUN   SAPLARIN   
VƏ YUN   MƏMULATLARIN 
YUYULMASI 
 
Yun 
sapları  və  yundan  toxunmuş  məmulatları  diqqətlə  yumaq  lazımdır.  Çox  vaxt 
g
örürsən  ki,  yuma  pis  nəticə  verir  -  məmulat  daralır  və  ya  formasını  itirir.  Yadda 
saxlamaq laz
ımdır ki, suyun istiliyi 28
0
 S 
olmalıdır. Suya yuyucu toz töküb köpükləndirir 
və  yundan  toxunmuş  məmulatı  yuyurlar.  Yun  məmulatı  ovxalamaq  və  burub  sıxmaq 
olmaz. 
Onları əllərin icində ovxalayıb sıxır və yuyulduğu istilikdə olan suda yaxalayırlar. 
Axırıncı  dəfə  yaxalayarkən  suya  bir  az  sirkə  tökülsə,  yun  sap  öz  parlaqlığını  itirməz. 
Təmiz  yaxalanmış  paltarı  dəsmala  büküb  suyunu  çıxarır  və  düz  yerdə  sərilmiş  halda 
qurudurlar. 
 
YUN  
MƏMULATLARIN  SAXLANMASI 
 
Yun 
koftaları, puloverləri, paltarları uzun müddət geymədən saxlamaq lazım gəldikdə, 
əvvəlcə  onların  ləkələrini  təmizləyir,  sonra  yuyur  və  nəhayət,  güvəyə  qarşı  dərman 
tökülmüş  xüsusi  polietilen  torbalara  qoyurlar.  Çünki  güvə  ən  çox  çirkli  yerləri  yeyir. 
Toxunma 
əşyaları  heç  vaxt  asılqandan  asmaq  olmaz,  onlar  sallanır  və  formasını  itirir. 
Onları qatlayıb torbaya salır və şkafların gözünə qoyurlar.  Üstlərinə ağır şeylər qoymaq 
olmaz. 
 
 
 
 
 
 
 

10 
 
 
 
 
 
 
 
 
ÜLKÜ DÜZ
ƏLTMƏK  ÜÇÜN  ÖLÇÜLƏR 
(
şəkil  2) 
 
1.  Köks  q
əfəsinin ölcüsü - köks qəfəsinin ən geniş yeri ölcülür: ön tərəfin eni köks 
qəfəsinin  yarısına  -  4  sm-ə  bərabərdir; 
qadınlarda  bunu  arxa  tərəfin ölcüsündən 
çıxırlar. Bu ölcüyə 6-10 sm də əlavə edilir 
ki, toxunan 
məmulat dar olmasın. 
 
 
2. 
Belin ölçüsü. 
 
3. 
Çanaq 
dairəsinin  ölçüsü-jaketin    
uz
unluğu    olan  yerdə  ölçülür.   Paltar  
toxunarkən   10-20  sm   artırılır  ki,  dar 
olmasın. 
 
4. 
Çiyinin    uz
unluğu  -  çiyin   
əyriliyinə   öndən   3-4  sm,  arxadan  1-2 
sm götürülür. 
 
5. 
Çiy
inlərin   ümumi  eni - bundan 
arxa 
tərəfin boyun kəsiyi çıxılır. 
 
6. 
Boyunun ölçüsü. 
 
7. 
Ön 
hissəsinin 
uz
unluğu- 
çiy
indən   belə   qədər,   ya   da körpücük  
 
Şəkil  2.Ölçü götürmək qaydası. 
 
sümuyünd
ən belə qədər;   ikincidən   ön   tərəfin boyun   kəsiyi   üçün  8  sm  çıxılır. 
 
8. Arxa 
tərəfin uzunluğu - çiyindən belə qədər, ya da fəqərə sütunu üzrə belə qədər; 
ikinc
idən arxa tərəfin boyun kəsiyi üçün 2 sm çıxılır.  
  
 

11 
 
9. 
Beldən məmulatın uzunluğuna qədər. 
10.  Qolun iç 
tərəfdən  uzunluğu - qoltuq altından biləyə qədər. 
11.  Qolun bay
ır tərəfdən uzunluğu - çiyin oynağından biləyə qədər. 
 
TOXUNMA VAXTI  BURAXILAN  
SƏHVLƏR 
 
1. 
Toxucular çox vaxt 
bilmirlər ki, hər bir məmulat götürülən ölcüdən   bir   qədər   
(6-15   sm)   
artıq  olmalıdır   (sərbəst   hərəkət üçün).  Bu, ən çox köks qəfəsini ölçüsünə 
aiddir.  
Məsələn,  köks qəfəsi 100 sm-dirsə, hesabı belə aparmaq lazımdır: 100:2=50 sm. 
Bu, qol 
kəsiyinə kimi arxa tərəfin ölçüsüdür. Ön tərəf bir qədər artıq olacaqdır: 50+6=56 
sm. 
2. 
Arxa 
tərəfdən boyun kəsiyi ön tərəfdəkindən  çox götürülür, əslində  isə  əksinə  
olmalıdır.   Arxa  tərəfin  boyun   kəsiyi     ön tərəfə nisbətən, heç olmasa,   1-2 sm az 
olmalıdır, Arxa tərəfdə boyun  kəsiyi  üçün  2 sm,  ön tərəfdə isə 7-8  sm dərinlikdə yer 
qoy
ulmalıdır. 
3. 
Bəzən  çiyin  əyrisini  həm  öndən,  həm  də  arxadan  eyni  bərabərdə  götürürlər.   
Əslində   isə   ön   tərəfin   çiyin   əyrisi   arxa   tərəfə nisbətən  1-2 sm az olmalıdır. 
4. 
Bəzən arxa tərəfdə boyun kəsiyini çox dar eləyirlər, əslində isə boyun  kəsiyi 
üçün yer qoy
arkən  kürək taxtasının  ilmələri üç yerə bölünməli və orta ilmələrdən boyun 
kəsiyi bağlanmalıdır. 
Göst
ərilən  səhvlərlə  toxunan  məmulatda  mütləq  çiyinlər  dala  gedir;  Çünki  boğaz 
kəsiyi çox qısa olmuş və çiyin əyrisi düz götürülməmişdir. Bəzən də jaketin boynu yatmır 
və dala gedir; səbəbi də odur ki, boynu düz yığılmamışdır. 
 
İLMƏLƏRİN HESABLANMASI 
 
Toxumağa başlamamışdan əvvəl başlanğıc ilmələri hesablamaq lazımdır. Bunun üçün 
20 
ilmə yığır və 20 sıra toxuyurlar. Sonra bunu ölçürlər. Məsələn, uzunluğu 122 sm, eni 
22 sm olan 
şərf toxumaq istəyirik. Toxunan nümunədə 20 ilmə 5 sm-ə bərabərdir, 20:5=4. 
Deməli, 1 sm-də 4 ilmə yerləşir. 4x22=88. Beləliklə, öyrəndik ki, başlanğıc  üçün 88 ilmə 
y
ığılmalıdır. 
Uz
unluğu bilmək istədikdə 20 sıra ölçülür; bu, 3 sm olur. Deməli, 3x122=366 sıra. 
Ölçünü be
lə dəqiq bildikdə hansı sırada azaltmaq, hansında isə artırmaq lazım olduğunu 
daha 
dəqiq təyin etmək olar. Əgər məmulat toxunulduqdan sonra tikiləcəksə, onla 0,5 - 1 
sm 
də artırmaq lazımdır. Hesablama düzgün aparıldıqda toxunan məmulat əyində biçilmiş 
kimi oturacaq 
və ən vacibi, daha onu sökmək lazım gəlməyəcəkdir. 
 
 
 
 
 
 
 
 
 
 

12 
 
Şəkil 4 b  
İLMƏLƏRİN YIĞILMASI 
 
İlmələrin  yığılma  qaydaları  çoxdur.  Lakin  bu 
bölmə  təzə toxuyanlar  üçün  nəzərdə  tutulduğundan 
ancaq bir ne
çə ən çox yayılmış növləri göstərilir. 
I  üsul  (
şəkil 3). Sapın ucunu və millərin birini 
sağ  əllə  götürüb,   sapın   davamını   sol   əlin   
çeçələ   və  adsız  barmağı   arasında  sıxır,  ardını 
şəhadət barmağının üstündən keçirirlər. 
Şəkil  3.  
I üsulla y
ığılmış ilmələr
 
Milin  ucunu  öz
ünə tərəf olmaqla şəhadət barmağındakı sapın altından keçirirlər. Əmələ 
gəlmiş  ilməni  barmaqdan  milə  keçirir  və  sapı  dartırlar.  Bütün  qalan  ilmələri  də  belə 
y
ığırlar.  Fikir  vermək  lazımdır  ki,  ilmələr  eyni  qaydada  yığılmış  olsun.  Bu  qayda  ilə 
y
ığılan toxunma məmulatlarının qıraqları çox nazik olur. 
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə