GƏnc meşƏÇİLƏr məKTƏBİ (metodik vəSAİT)



Yüklə 0.62 Mb.
PDF просмотр
səhifə1/9
tarix29.05.2017
ölçüsü0.62 Mb.
  1   2   3   4   5   6   7   8   9

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASI EKOLOGİYA VƏ TƏBİİ 

SƏRVƏTLƏR NAZİRLİYİ

RESPUBLİKA EKOLOJİ TƏRBİYƏ VƏ TƏCRÜBƏÇİLİK MƏRKƏZİ

GƏNC MEŞƏÇİLƏR MƏKTƏBİ

(METODİK VƏSAİT)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin

541 №li 07.04.2011-ci il tarixli əmri ilə

təsdiq edilmişdir.



BAKI-2011

Kitab ENPİ/FLEG - “Avropa İttifaqının Qonşuluq Siyasəti Şərq 

Ölkələri və Rusiyanın Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə 

Sisteminin Təkmilləşdirilməsi” programi çərçivəsində 

Avropa Komissiyasının maaliyyə dəstəyi ilə nəşr edilib.

Metodik vəsait 2011-ci il - Beynəlxalq “Meşə ili” və Azərbaycan

Respublikasi Prezidenti tərəfindən elan edilmiş “Turizm ili”nə

həsr olunur.

Müəllif: 

 

Lalə Dadaşova, biologiya elmləri üzrə fəlsəfə

 

 



 

doktoru, 



Elmi məsləhətçilər:  Ağababa İbrahimov, Təhsil Nazirliyinin şöbə 

 

 



 

müdiri, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru



 

 

 

Füzuli Əhmədov, biologiya elmləri üzrə fəlsəfə 

 

 



 

doktoru


Elmi redaktorlar: 

Əli Şükürov, Təhsil Nazirliyi Respublika Ekoloji 

 

 



 

Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru



 

 

 

Xalidə Eyvazovabiologiya elimləri üzrə fəlsəfə 

 

 



 

doktoru 


Rəyçilər: 

 

Oruc İbadlı, AMEA-nın müxbir üzvü, biologiya 

 

 



 

elmləri doktoru 



 

 

 

Şövqi Göyçaylı, coğrafiya elmləri doktoru 

 

 

 

Vaqif Qasımov, ETSN Elmi - Tədqiqat Meşəçilik 

 

 



 

İnstitutunun direktoru



 

 

 

Firuzə Piriyeva, kənd təssərüfatı elimləri üzrə 

 

 



 

fəlsəfə doktoru 



Korrektor:    

Cəmilə Paşayeva

Kompüterdə yığan:  Fərəh Mehdiyeva

Vəsait  orta  ümumtəhsil  məktəblərinin  müəllimləri,  məktəbdənkənar 

müəssisələrin metodistləri və dərnək rəhbərləri üçün nəzərdə tutulmuşdur. 

MINISTRY OF EDUCATION OF AZERBAIJAN REPUBLIC 

MINISTRY OF ECOLOGY AND NATURAL RESOURCES OF

AZERBAIJAN REPUBLIC

REPUBLICAN CENTER FOR ECOLOGICAL

TRAINING AND EXPERIENCE 

YOUNG FORESTERS SCHOOL

(TEACHERS SUPPORT PACK)

Was aproved by Ministry of Education

of Azerbaijan Republic under

order of № 541 on 07.04.2011



BAKU-2011

This book was published with the financial support of the

European Commission 

in the framework of the ENPI/FLEG “Improving Law Enforcement 

and Forest Governance in the European

Neighborhood East Countries and Russia”

This tutorial it was developed in line with the announcement of the 2011 

as International “Year of Forests” and “Year of Tourism” in Azerbaijan 

declared by the President of Azerbaijan Republic

Author: 

 

Lala Dadashova, PhD in Biology

 

 

 

Scientific consultants: Agababa IbrahimovDeputy director of the

 

 



 

Ministry of Education, PhD in Mathematics



 

 

 

Fuzuli Akhmadov, PhD in Biology

Scientific editors: 

Ali Shukurov Director of the Republican Center 

 

 



 

for Ecological Training and Experience



 

 

 

Khalida Eyvazova, PhD in Biology 

Book reviewers: 

Oruc Ibadli, corresponding member of

 

 



 

Azerbaijani National Academy of Sciences,



 

 

 

Doctor in Biology



 

 

 

Shovgi Goychayli, Doctor in Geography 

 

 

 

Vaqif Qasimov, Director of the Scientific Forestry 

 

 



 

İnstitution of the MENR



 

 

 

Firuza Piriyeva, PhD in Agriculture 

Corrector:   

Jamilya Pashayeva

 

The book was typed by: Farakh Mehdiyeva

The tutorial is designed for the teachers of the secondary schools, meth-

odologists of extra-school institutions and study groups’ leaders. 

5

YOUNG FORESTERS 

SCHOOL

INTRODUCTION

Ecological education and ecology-

oriented training are gaining more im-

portance in the modern times. Essential 

role plays issues like renewed attitude 

towards  the  environment  among  the 

students, growing interest and respon-

sibility regarding the natural resources, 

popularity of the outdoor activities in 

light of development of active life con-

cept  and  out  of  school  nature-based 

activities. During the ecology-oriented 

practical exercises students get insights 

not only on the current ecological sta-

tus of the Earth, the region, the country 

or precisely the area where they live in, 

but also obtained particular skills and 

expertise in the area of the protection 

of environment. 

Current  state  of  the  Planet’s  one 

of the most essential natural resources 

– of the forests is an issue of concern 

worldwide. In order to prevent the il-

legal  logging  and  unsustainable  for-

est  practices  priority  is  given  to  the 

widening  of  ecological  education  of 

the population and particularly of the 

younger  generation.  In  this  context 

conduction of the trainings on forests 

in  the  secondary  schools  and  centers 

for ecological education and practice, 

set up of the “Young Foresters” teams 

and promotion of the so-called “green 

mentality”  among  the  children  and 

teenagers  has  seized  a  pivotal  place. 

The  main  goal  of  establishment  of 

“Young  Foresters  School”  is  to  con-

tribute  to  raising  of  interest  among 



GƏNC MEŞƏÇİLƏR 

MƏKTƏBİ

GİRİŞ

Müasir  dövrdə  gənc  nəslin  ekoloji 

təhsili  və  tərbiyəsi  məsələlərinə  xü-

susi diqqət yetirilir. Məktəblilərdə ətraf 

muhitə yeni yanaşmaların, təbii sərvət-

lərə  məsuliyyətli  münasibətin,  fəal 

həyat  mövqeyinin  forma laşdı rıl masın-

da  təbiət də  keçirilən  açıq  məşğələlər, 

sinif dənxaric  tədbirlər  əhəmiyyətli  rol 

oynayır. Ekoloji məşğələlərdə şagirdlər 

ümu milikdə planetin, regionun, ölkənin 

və  konkret  olaraq  yaşadıqları  ərazinin 

eko loji vəziyyəti haqqında ətraflı bilik-

ləri mənimsəməklə yanaşı, ətraf mühi-

tin qorunması sahəsində xüsusi bacarıq 

və vərdişlərə yiyələnirlər. 

Planetin  mühüm  təbii  sərvəti  olan 

meşələrin  hazırkı  vəziyyəti  dunya 

ictimaiyyətini  narahat  edən  prob lem-

lər dən  biridir.  Meşələrin  qırılmasının 

və  meşə  ehtiyatlari nin  qeyri-səmərəli 

istifadəsinin  qarşısını  almaq  üçün 

əhali nin, xüsusən də gənc nəslın ekolo-

ji  maariflənməsinin  genişləndirilməsi 

problemin həllində əsas istigamətlərdən 

biridir. Bu məqsədlə ümumtəhsil mək-

təb lərinin, ekoloji tərbiyə və təc rübə çi-

lik  mərkəzlərinin  nəzdində  meşəçilik 

üzrə  xüsusi  məşğələlərin  keçirilməsi, 

“Gənc  meşəçilər”  dəstələrinin  təşkil 

edilməsi uşaq və yeniyetmələrdə “yaşıl 

təfəkkürün”  formalaşdırılması  baxı-

mın dan  əhəmiy yətlıdır.  “Gənc  Meşə-

çilər Məktəbi”nin əsas məq sədi şagird-

lərdə meşələrə maraq, meşəni qorumaq 

arzusu  oyatmaq,  meşənin  flora  və  fa-

una sı,  təbii  sər vət lərinin  davamlı  isti-

fa də si  barədə  məktəblilərin  bilik ləri ni 



6

the  students  towards  the  protection 

of  forests;  to  increase  knowledge  on 

sustainable use of forest resources, its 

distinct flora and fauna; development 

of proper attitude towards the environ-

ment among the younger generation. 

In  2005  ministers  of  ecology  and 

environment of 44 countries gathered 

in  Sankt-Petersburg  to  participate  at 

the  international  conference  devoted 

to modern ecological problems. With 

the  active  participation  of  the  Euro-

pean  Commission  a  new  Program 

“Improving  Forest  Law  Enforcement 

and  Governance  in  the  European 

Neighborhood  Policy  East  Countries 

and Russia” was unanimously adopted 

during  the  conference.  In  the  frame-

work of implementation of the ENPI/

FLEG  Program  in Azerbaijan  activi-

ties with regard to prevention of illegal 

logging and promotion of sustainable 

forest practices will be carried out. 

Two respectful environmental eco-

logical organizations IUCN and WWF 

have  taken  an  active  part  in  the  for-

ests’ protection programs in almost all 

of the regions worldwide. Due to the 

announcement by the UN of 2011 as 

“International Year of Forests” and by 

the Azerbaijani President as “Year of 

Tourism” particular attention has been 

being paid to the development of the 

eco tourism in the country. 

“Young  Foresters  School”  tuto-

rial is designed for the students to get 

more knowledge on the forests’ flora 

and  fauna;  to  give  insights  on  mat-

ter and importance of outdoor activi-

ties;  to  increase  ecological  scientific 

knowledge  and  practice  with  the  ap-

plication of the forests’ protection and 

artırmaq, ətraf mühitə düzgün müna si-

bəti forma laşdırmaqdır. 

2005-ci  ildə  Sankt-Peterburq  şə-

hərin də  dünyanın  44  ölkəsinin  ətraf 

mühit  nazirlərinin  iştirakı  ilə  keçi ri-

lən  beynəlxalq  konfransda  meşə  sek-

torunun  müasir  ekoloji  problemləri 

müzakirə olunmuşdur. Avropa Komis-

siyasının iştirakı ilə “Avropa İttifaqının 

qonşuluq  siyasəti  şərq  ölkələrinin  və 

Rusiyanın  meşə  sektorunda  hüquq 

tətbiqi  və  idarəetmə  sisteminin  tək-

mil ləşdirilməsi” proq ramı konfrans da 

yekdilliklə  qəbul  edilmişdir.  Azər-

bay can  Respublikasının  iştirak  et di-

yi  bu  proqramda  meşələrin  qeyri-qa-

nuni  qırılmasının  qarşısının  alınması 

və  davamlı  idarə  olunması  üçün 

mürəkkəb  məsələlərin  həlli  nəzərdə 

tutulmuşdur. 

Beynəlxalq  təbiəti  mühafizə  təş-

kilat larından  Beynəl xalq Təbiəti  Mü-

ha fizə İttifaqı (İUCN) və Ümumdünya 

Vəhşi  Təbiət  Fondu  (WWF)  bütün 

regionlarda meşələrin qorunması proq-

ram ları nda  yaxından  iştirak  edir lər. 

2011-ci  ilin  BMT  tərəfindən  Bey-

nəl xalq  “Meşə  ili”  və  Azər baycan 

Respublikası  Prezidenti  tərəfindən 

“Turizm ili” elan edilməsi ilə əlaqədar 

ola raq meşələrin qorunmasına, ekoloji 

turiz min inkişafına xüsusi diqqət yeti-

ri lir.


Təqdim  etdiyimiz  “Gənc  Meşə-

çilər Məktəbi” metodik - tədris vəsa-

itin də  nəzərdə  tutulmuş  meşələrin 

flora və faunası ilə yaxından tanışlıq, 

çöl  təcrübələri  və  müşahidələr,  elmi-

təd qiqat çılıq  və  təcrübəçilik  işləri, 

ətraf  mühitin  və  meşə  ehtiyatlarının 

qorun ması na  aid  məşğələlər  mək təb-

lilərin  ekoloji  biliklərini  artır maq la 


7

rehabilitation  activities.  At  the  same 

time  this  tutorial  provides  possibil-

ity for the younger generation to take 

an active part in the forest protection 

trainings. Modern education technolo-

gies  and  interactive  teaching  tech-

niques will contribute to strengthening 

of  the  creativity,  developing  active 

life skills and responsibility as well as 

humanistic attitude towards the envi-

ronment  among  the  students.  Closer 

familiarization  with  the  forests’  flora 

and  fauna  and  with  its  course  of  de-

velopment will impact students’ future 

professional  orientation.  Application 

of this tutorial will play a crucial role 

in preparation of prospective special-

ists for the country’s forest sector. 

Set  up  of  the”Young  Foresters” 

teams composed from the students and 

teenagers will increase the public role 

in the sustainable management of the 

forest  sector.  Activities  such  as  spe-

cific  trainings  and  ecology-oriented 

games, conduction of the school-based 

ecological monitoring with the partici-

pation of students, ecological studies, 

and  practice  works  techniques  to  in-

crease the population of the rare plants 

provided by the tutorial will enhance 

practical skills among the students. 

We  would  hope  that  this  tutorial 

will contribute to the successful imple-

mentation of the activities carried out 

in the area of ecological education and 

sustainable use of the forest resources 

by the school teachers, methodologists 

of  the  out  of  school  institutions  and 

leaders of the study groups.

yanaşı,  meşə  sektorunun  mü ha fizə si 

və  bərpasında  gənc  nəslin  yaxından 

iştirakı üçün şərait yaradır. Sinifdənxaric 

məşğələlərin  keçirilməsində  tətbiq 

edilən  müasir  təlim  texnologiyaları  və 

interaktiv  təd ris  üsulları  şagirdlərin 

yaradıcı poten sialı nın artmasına, onlar-

da fəal həyat mövqeyinin, ətraf mühitə 

məsu liy yətli və humanist müna sibə tin 

formalaşmasına  kömək  edir.  Meşə nin 

canlı aləmi ilə yaxından tanış lıq, flora 

və faunanın inkişaf qanuna uyğun luq-

ları nın öyrənilməsi prosesi şagirdlərin 

peşə  yönümünə  də  əhəmiyyətli  təsir 

göstərərək,  gələcək də  meşə  sektoru 

üçün yüksək ixtisaslı kadrların hazır-

lanmasında əhəmiyyətlı rol oynayır. 

Məktəbyaşlı  uşaqlardan  və  yeni-

yetmə lərdən  ibarət  “Gənc  meşə-

çilər”  dəstələrinin  yaradılması  meşə 

sektoru nun  davamlı  idarə  olun masın-

da  ictimaiyyətin  rolunun  daha  da 

artı rılma sına  kömək  edir.  Vəsaitdə 

xüsu sı  məş ğələ lər  və  ekoloji  oyun-

larla yanaşı, gənc meşəçilərlə keçi rilən 

məktəb  ekoloji  monitorinqi,  eko loji 

tədqiqatlar,  nadir  bitkilərin  artı rılma-

sına  aid  təcrübəçilik  işləri  uşaq ları 

əməli fəaliyyətə istiqamətləndirir. 

Ümidvarıq ki, təqdim olunan vəsait 

orta  məktəb  müəl limlərinin,  mək təb-

dənkənar  müəssisələrin  metodist ləri-

nin,  dərnək  rəhbərlərinin  ekoloji  təh-

sil  və  tərbiyə  sahə sində,  xüsusən  də 

meşə lərin  davamlı  istifadəsinə  dair 

bilik lərin  tədrisi  prosesində  uğurlu 

fəaliy yətinə yardımçı olacaqdır.


8

MEŞƏLƏRİN MÜASİR EKOLOJİ VƏZİYYƏTİ

Müasir  dövrdə  ekoloji  böhranın  getdikcə 

kəskinləşməsi ətraf mühitin qorunması və yaxşı-

laşdırılması  sahəsində  dünya  ölkələrinin  səy-

ləri ni  birləşdirməyə  yönəldilmiş  qlobal  miq -

yaslı layihələrin həyata keçirilməsini tələb edir. 

Bu  zəmində  biosferin  hərtərəfli  müha fizə sini 

təmin etməklə “planetin yaşıl qalxanı” və yax-

ud  “planetin  ağ  ciyərləri”  adlandırılan  meşə-

lərin ekoloji vəziyyəti bəşəriyyəti narahat edən 

problemlərdəndir.

Dünyanın  müxtəlif  regionlarında  olan 

meşələr  öz  rəngarəngliyi  və  müxtəlifliyinə 

görə  fərqlənir.  Müxtəlif  ekotipli  və  tərkibli 

meşələri  fərqləndirmək  üçün  ilk  növbədə 

meşəni təşkil edən bitki növlərinin bioekoloji 

xüsusiyyətlərini,  inkişaf  qanunauyğunluqlarını,  meşə  ekosistemində  qarşı-

lıqlı  əlaqələri,  insanın  həyatında  əhəmiyyətini  bilmək  lazımdır.  Meşələrin 

qorunmasında  və  bərpasında  şüurlu  sürətdə  iştirak  etmək,  meşə  ehtiyatlarının 

ekoloji  davamlı  istifadəsində  və  yeni  meşə  zolaqlarının  salınmasında  real 

nəticələrə  nail  olmaq  üçün  yalnız  meşə  mütəxəssisləri  deyil,  yaşından  və 

ixtisasından asılı olmayaraq hər bir vətəndaş ekoloji biliklərə yiyələnməlidir.

Son dövrdə bir sıra ölkələrin alimləri meşələri təkcə xammal mənbəyi kimi 

deyil,  daha  çox  planetdə  ekoloji  vəziyyətin  normallaşdırılması  üçün  effek-

tiv təsir mənbəyi kimi qiymətləndirirlər. Dünya alimlərinin 1985-ci ildə Mek-

sikada keçirilən IX Ümumdünya meşə konqresində qəbul edilmiş yekdil rəyə 

görə insanlar meşənin nemətlərindən istifadə etməklə yanaşı, həm də meşənin 

uğurlu  inkişafına  yardım  etməlidirlər.  Bu  sahədə  meşəçilərin  fəaliyyəti  geniş 

ictimaiyyət tərəfindən dəstəklənməli, ölkə vətəndaşları meşəbərpa, yaşıllaşdırma 

kompaniyalarında yaxından iştirak etməli və meşələri qorumalıdırlar. 

Meşədə  bütün  canlıların  həyatı  üçün 

əhəmiyyətli  təbii  proseslər  gedir.  Havanın 

oksigenlə zənginləşməsi, zəhərli maddələrin 

yarpaqlarda top lanma sı nəticəsində havanın 

təmiz lənməsi,  yaşıl  bitkilərin  ifraz  etdiyi 

fitonsidlərin  təsiri  altında  xəstəlik  törədən 

bakteriyaların  məhv  olması,  bitkilərin  su 

dövranının  və  iqli min  tənzimlənməsində 

rolu,  torpaq  sürüşmələrinin  və  torpaqların 

yu yul ma sı nın qarşısının alınması, təsərrüfat 

məqsədləri üçün ağac oduncağının isti-


9

fadə si  planetimizdə  ekoloji  tarazlığın  saxlanmasında  meşənin  əhəmiyyətini 

aydın göstərir. 1 ha meşənin 1 saatda udduğu karbon qazı (CO2) tənəffüs zamanı 

200 adamın ifraz etdiyinə bərabərdir. 1 ha meşə sahəsi ildə 18 milyon kubmetr 

havanı karbon qazından təmizləyir, 64 ton digər qazları və tozu udub, əvəzində 

1  milyon  kubmetr  oksigen  hasil  edir.  Meşə  materialları  arasında  müasir  emal 

üsulları ilə ağac və kolların gövdəsindən, qabığından, yarpağından, kökündən 

500 adda məhsul alınır: taxta, tir, şalban, kauçuk, qətran, yapışqan, yağ, kağız, 

sellüloz və s.

Azərbaycanın meşələrində təbii halda palıd, fıstıq, şam, vələs, ardıc, dəmir-

ağacı, azat, fındıq, əzgil, zoğal və digər bitkilər bitir. Meşəçilik təsərrüfatlarının 

əsas vəzifəsi - meşəni yanğından, zərərvericilərdən və xəstəliklərdən, qanunsuz 

ağac qıranlardan qorumaqdır. Meşə müəssissələri odun tədarükünü, giləmeyvə 

və göbələk yığımını, yeni meşə zolaqlarının salınması işini icra edir.

Azərbaycanın meşə fondu 1213,7 min hektardır. Meşənin ümumi oduncaq 

ehtiyatı 127 milyon 440 min kubmetrdir. Meşələr ölkə ərazisinin 11,8%-ni təşkil 

edir. Böyük və Kiçik Qafqaz dağlarında meşələrin yuxarı sərhəddi 1800-2000 

metrədək yüksəlir.

Azərbaycanda meşələrin müxtəlif ekotipləri mövcuddur: 

1.  Böyük  Qafqaz  meşə  ekotipləri  -ölkənin  şimal-şərqində  Quba,  Qusar, 

Dəvəçi,  Siyəzən,  Xızı  rayonlarının  dağlıq  və  dağətəyi  hissəsini  əhatə 

edir. Böyük Qafqazın cənub yamaclarındakı meşələr Şamaxı, İsmayıllı, 

Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının dağlıq və 

dağətəyi  hissəsini  əhatə  edərək  Gürcüstan  Respublikasının  sərhəddinə 

qədər davam edir.

2.  Kiçik  Qafqaz  meşə  ekotipləri  -Kiçik  Qafqaz  dağ  yamaclarının  şimal, 

şimal-şərq  və  şərq  hissəsində  meşə  massivlərində  yerləşir.  Naxçıvan 

MR-da Şahbuz rayonunda Nüküdağ yamaclarında da təsadüf edilir.

3.  Lənkəran  - Astara  bölgəsinin  meşə  ekotipləri  – Talış  dağ  yamaclarını 

əhatə  edərək  Astara,  Lənkəran,  Lerik,  Masallı,  Yardımlı,  Cəlilabad 

rayonlarında yayılmışdır.

4.  Tuqay meşə ekotipləri -Kür və Araz çayları boyunca uzanır. 

5.  İynəyarpaqlı meşə ekotipləri -Böyük və Kiçik Qafqaz meşələrində qa-

rmaqvari şam, Eldar oyuğu yaylasında 400 hektara yaxın sahədə Eldar 

şamından ibarət meşələrdə 9 növ ardıc bitkisi yayılmışdır. İynəyarpaqlı 

meşələr  (ardıc,  şam,  qaraçöhrə)  ölkə  ərazisindəki  meşələrin  1,6%-ni 

təşkil edir. Meşələrin əsasını qışda yarpağını tökən enliyarpaqlı ağac və 

kol növləri təşkil edir.

XIX əsrin əvvəlində Azərbaycan meşələri ərazinin 30%-ni tutsa da, zaman 

keçdikcə ekoloji amillərin, xüsusən də antropogen amilin təsiri altında meşələr 

tədricən  qırılmış,  iri  meşə  əraziləri  əkin  sahələrinə  çevrilmişdir.  Paleontoloji 


10

qazıntılar  göstərir  ki,  qədim  dövrlərdə  en-

dem və relikt bitkilərlə zəngin olan meşələr 

daha  geniş  ərazini  tutmuşdur.  Lənkəran 

ovalığında yayılmış qaraçöhrə, dəmirağacı, 

uzunsaplaq  palıd  və  digər  növlər  vaxtilə 

daha geniş ərazidə bitsə də, tədricən kütləvi 

sürətdə qırılmış və hazırda onlar tamamilə 

tükənmək  təhlükəsi  qarşısındadır.  Kür  və 

Araz  çayları  boyunca  Tuqay  meşələri, 

Qarabağ  düzünün  alçaqboylu  meşələri, 

Şamaxı-Dəvəçi ovalığının sahil meşələri, Şamaxı yaylasının, Böyük Qafqazın 

şimal-şərq yamacının dağətəyi meşələri xeyli azalmışdır.

Keçid dövründə sosial problemlərlə üzləşən əhalinin meşədən qıda və yanacaq 

mənbəyi kimi istifadə etməsi meşələrin deqradasiyasına səbəb olmuşdur. Hərbi 

münaqişə  ilə  əlaqədar  məcburi  köçkünlərin  meşələrin  fitosanitar  vəziyyətinə 

mənfi təsiri, köçəri maldarlığın olması nəticəsində otlaq ərazilərinin normadan 

artıq  yüklənməsi,  qlobal  iqlim  dəyişmələri  nəticəsində  meşə  yanğınlarının 

artması, meşə ehtiyatlarının qeyri-səmərəli istifadəsi ölkənin meşə sektorunun 

əsas problemləridir.

Azərbaycanın işğal olunmuş xüsusi mühafizə olunan ərazilərinin sahəsi 44,3 

min  hektardır.  Bu  Respublikada  qoruq  və  yasaqlıq  ərazilərinin  10%-ni  təşkil 

edir. Işğal altında olan 246 min hektar meşə fondu sahəsinin təbii sərvətlərinə 

və bioloji müxtəlifliyinə çox ciddi ziyan vurulur. İşğal olunmuş Zəngilan rayonu 

ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda 107 ha şərq çinarının na-

dir təbii ağaclığı məhv edilir Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib 

aparılması biomüxtəlifliyi kritik həddə çatdırmışdır.

Azərbaycanda  ətraf  mühitin  və  meşə  ehtiyatlarının  qorunmasına  dair 

mükəmməl  qanunvericilik  bazası  yaradılmışdır.  2003-cü  ildə  qəbul  edilmiş 

“Meşələrin  bərpası  və  genişləndirilməsi  Milli  Proqramı”  2003-2008-ci  illəri 

əhatə edərək, meşə sektorunda problemlərin aradan qaldırılmasına yönəlmişdir. 

Azərbaycan  Respublikası  bu  sahədə  “Ümumdünya  mədəni  və  təbii  irsinin 

mühafizəsi haqqında” (1994), “Bioloji müxtəliflik haqqında” (2000), “Avropanın 

canlı  təbiətinin  və  təbii  mühitinin  qorunması  haqqında”  (1999),  “Kökünün 

kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti 

haqqında”  (1998),  “Bitki  mühafizəsi  haqqında”  (2000)  Beynəlxalq  Konvensi-

yalara qoşulmuşdur. Bundan əlavə “Ətraf mühitin mühafizəsi haqqında” (1999), 

“Bitki mühafizəsi haqqında” (1996), “Heyvanlar aləmi haqqında” (1999), “Xü-

susi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” (2000) Azərbaycan 

Respublikasının Qanunları, “Meşə məcəlləsi” (1997), “Meşələrin qoruyucu kate-

qoriyalara aid edilməsi, meşələrin bir qoruyucu kateqoriyadan başqa qoruyucu 

kateqoriyaya  keçirilməsi  qaydası”  qəbul  edilmişdir. Azərbaycan  Respublikası 

Prezidentinin 24 mart 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 

  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə