Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə101/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   97   98   99   100   101   102   103   104   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

 
117 
UOT- 894.3 
 
SƏBAHƏDDİN ƏLİNİN “QUYUCAQLI YUSİF” ROMANINDA BƏDİİ KONFLİKT 
 
E.A. Babayeva 
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
eshqane@mail.ru 
XX əsr türk ədəbiyyatının görkəmli yazıçılarından biri də Səbahəddin Əlidir. O, “Dağlar və rüz-
gar”, “Qurbağanın serenadı”, “Ötəki şeirlər” kimi şeir kitablarının müəllifi olsa da, əsasən nəsr əsər-
ləri şöhrət qazanmışdır. S.Əlinin “Quyucaqlı Yusif”, “Xəz paltolu madonna” və “İçimizdəki şeytan” 
adlı romanları və altmışdan yuxarı hekayəsi vardır. Yazıçının romanları, xüsusi ilə də “Quyucaqlı Yu-
sif” romanı türk ədəbiyyatında özünəməxsus yer tutmuş, ədəbi hadisəyə çevrilmişdir. 
Məqalədə, yazıçının “Quyucaqlı Yusif” romanında konflikt problemi araşdırılır. Tədqiqat zamanı 
müqayisəli-təhlil metodundan istifadə edilmiş, tarixilik prinsipinə ardıcıl riayət edilmişdir. Bu zaman ti-
poloji-müqayisəli təhlil metoduna üstünlük verilmiş, faktların təhlilində deduktiv və induktiv metodlar-
dan da istifadə olunmuşdur
 
Açar sözlər:
 Səbahəddin Əli, sosialist-realizm, kənd-şəhər antaqonizmi, urbanizasiya, konflikt. 
 
Giriş 
XX əsrin əvvəlləri türk ədəbiyyatında diqqəti cəlb edən məsələlərdən biri də kənd mövzusuna 
müraciət idi. Bu məsələ müxtəlifliyi ilə diqqəti cəlb edir. Belə ki, bir tərəfdə İstiqlaliyyət uğrunda 
mübarizədən qaynaqlanan məmləkət ədəbiyyatının geniş vüsət qazanması, digər tərəfdən isə kənd-
daxili ziddiyətlərin, ağa-kəndli, fəhlə-zavod, fabrik rəhbərliyi arasındakı konfliktlərdən qaynaqlanan 
sinfi mübarizəni əks etdirən əsərlərin qələmə alınması müşahidə edilir. Bu dövdə diqqəti cəlb edən 
istiqamətlərdən biri də, sosialist-realizm idi. Sovet dövründən fərqli olaraq, Türkiyədə bu ədəbi cə-
rəyanın nümayəndələri siyasi təzyiqlərə məruz qalmışdır. Buna baxmayaraq, başda Nazim Hikmət 
olmaqla, Salah Birsəl, Ərcümənd Behzad Lav, Atilla İlhan, Rıfat Iiqaz, Səbahəddin Əli, Rəşad Enis 
Aygən, Sədri Ərtəm, Suad Dərviş və s. kimi şair və yazıçılar bu istiqamətdə fəaliyyət göstərmiş
sinfi mübarizəni əks etdirən əsərlər qələmə almışlar. Bunlardan, R.E.Aygənin “Qara torpaq”, “Ək-
mək qovğamız”, “Afrodit buhurdanında qadın”, S.Ərtəmin “Cəhrələr dayananda”, S.Əlinin “Quyu-
caqlı Yusif”, F.Baysalın “Sarduvan”, Əhməd Rəfiq Sevəngilin “Aclıq”, O.Kamalın “Ata yurdu” və 
s. qeyd edə bilərik. Qeyd edək ki, Türkiyədə, sosialist-realizm 1920-1940-cı illərdən başlayaraq in-
kişaf etsə də, 1950-ci ildən sonra Orxan Kamal, Kamal Tahir, Yaşar Kamal, İlhan Berk, Fakir Bay-
kurt kimi yazıçıların yarıdıcılığında daha geniş vüsət qazanmışdır. 
Sosialist-realizm cərəyanının önəmli yazıçılarından biri də Səbahəddin Əli idi. Çoxsahəli ya-
radıcılığa sahib olan S.Əli şair, yazıçı, jurnalist kimi fəaliyyət göstərsə də, əsasən hekayə və roman-
ları ilə tanınmışdır. Ədəbiyyat aləminə şeirlə qədəm basan S.Əlinin yaradıcılığında publisitika da 
önəmli rol oynayır. 1944-cü ildən başlayaraq, “Qaragöz”, “Yeni adam”, “Yeddi gün”, “Dan”, “Ak-
baba” və s. kimi qəzet və jurnallarda publisistik yazılar yazmış, Əziz Nessinlə birlikdə “Marko Pa-
şa” adlı satirik qəzet də nəşr etmişdir. Qeyd edək ki, bu qəzet sosialist-realist xarakterli yazılarına 
görə siyasi təzyiqlərə məruz qalmışdır. Ümumiyyətlə, S.Əli dəfələrlə kommunist damğası ilə təqib 
və həbs edilmişdir. O, bütün həyatını xalqın rifahına, xoş güzəranına, tərəqqisinə həsr etmiş, sosial 
ədalət uğrunda mübarizə aparmışdır. Yazıçının, publisistik əsərlərlərində də, nəsr əsərlərində də sin-
fi mübarizə öz əksini tapmış, Türkiyənin ictimai-siyasi həyatında baş verən naqisliklər, eybəcərlik-
lər, təhsil və səhiyyə sistemindəki geridəqalmışlıq, bütün sistemi bürüyən ədalətsizlik, hərcmərclik-
lər kəskin tənqid hədəfinə çevrilmişdir. Onun “Quyucaqlı Yusif” (1937) romanı bu baxımdan diq-
qəti cəlb edir. Əsər eşq motivi üzərində qurulsa da, daha dərin ictimai-siyasi problemlər öz əksini 
tapır.



Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin