İCTİMAİ ELMLƏR 171
sələn, S.Səməndərov “1917-1920-ci illərdə Azərbaycanda aqrar məsələ” əsərində parlamentdə
fraksiyaların aqrar məsələ ilə bağlı mövqeyi, aqrar məsələ müzakirəsinə həsr olunan parlament ic-
lasları haqqında məlumat verilmişdi. Dövlət və hökumət səviyyəsində aqrar layihələr mövcud olsa
da, heç birinin qanuni status almamasını müəllif nəticə kimi göstərsə də, Parlamentin əhalinin ma-
raqlarına xidmət edəcək münasib qanun axtarışında olmasını, müxtəlif siyasi partiyaların bu məsələ
ilə bağlı mövqeyinə hörmətlə yanaşılmasını xüsusi qeyd etmişdi. Vətən tarixşünaslığında parlamen-
tin aqrar məsələnin həlli yolunda cəhdləri - qanunu layihəsi qəbul oluna bilməsə də, yüksək qiy-
mətləndirilmişdi. Ancaq buna baxmayaraq mövcud olduğu illərdə 145 iclası keçirilən Parlamentin
fəaliyyətinin aqrar istiqamətinin daha dərindən öyrənilməsinə ehtiyac vardır. Məqalədə Azərbaycan
Xalq Cümhuriyyəti Parlamentinin iclaslarında siyasi partiyaların aqrar proqramları, aqrar məsələ
ilə bağlı fraksiyaların mövqeyi, aqrar qanun layihəsi ətrafında fikir ziddiyyətləri təhlil edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə Müsavat, Bitərəflər fraksiyası, İttihad
fraksiyası, Əhrar fraksiyası, Sosialistlər fraksiyası, Müstəqillər fraksiyası, Sol müstəqillər fraksiya-
sı, "Slavyan-rus cəmiyyəti" fraksiyası, Milli azlıqlar fraksiyası, Erməni fraksiyası, "Daşnaksutyun"
fraksiyası daxil idi. Parlament iclaslarında büdcə, fəhlə, dəmiryolu, ticarət, siyasi məsələlərlə yana-
şı, aqrar məsələ də dəfələrlə gündəliyə salınmışdı. Aqrar məsələyə münasibət partiyaların platfor-
malarının əsas tərkib hissəsini təşkil edirdi.
Parlamentin 1918-ci il 10 dekabr tarixli 2-ci iclasında M. Rəsulzadə tərəfindən “Müsavat” ın
proqramı elan edilmişdi. Bu proqramın tərkib hissəsi olan torpaq məsələsi üzərində dayanaq. Müsa-
vatın proqramına əsasən xanədan, dövlətə aid olan torpaqlar pulsuz şəkildə və əvəzi ödənilməyərək
xalqa şəxsi mülkiyyət kimi verilməlidir, torpaq normaları qanunla müəyyənləşməli idi ki, bu norma-
dan artıq kimsəyə torpaq verilməyəcək, torpaq üzərində mülkiyyət hüququ xalq məxsus olsa da, tor-
pağın üstündə mülkiyyət hüququ dövlətə aid olacaq. Ümumi istifadəyə aid olan torpaqlar: cəngəl-
liklər, göllər, meşələr, axar sular və s. İclasda sosialistlər tərəfindən Əhməd bəy Pepinov torpaq qa-
nunu haqqında çıxış edərək söyləmişdi ki, torpaq qanunu daha Zaqafqaz “Seym”ində bütün müsəl-
man fraksiyalarının iştirakı ilə qəbul edilmiş, indiyə qədər hökumət onu tətbiq etməmişdir. Biz tək-
lif edirik ki, torpaq komitələri təşkil olunsun və qəbul olunmuş torpaq qanunu tətbiq olunmağa baş-
lasın. [ 2,s.68]
Böyük nüfuza malik, Müsavat partiyasından sonra Azərbaycanın ikinci böyük siyasi partiyası
hesab edilən İttihadın 1919-cu ilin aprel ayının 10-da I qurultayı çağırıldı. Qurultay zamanı daha
çox aqrar məsələ ətrafında mübahisələr yaranmışdı. Uzun diskussiyalardan sonra mülkədar torpaq-
larının kəndlilərə paylanması ilə əlaqədar kompromis variant əldə olunmuş, 27 desyatin ölçüdə əra-
zinin ev və bağ üçün saxlanılması, qalanlarının tədricən əkinçilər arasında bölüşdürülməsi barədə
maddənin partiya proqrama salınması qərara alınmışdı. [ 5, s.62 ] İttihad partiyasının aqrar məsələ-
də mövqeyi belə idi ki, torpaq kəndlilər arasında havayı, yəni fidyəsiz olaraq paylanmalıdır.
1918-ci il 26 dekabr tarixində Fətəli xan Xoyskinin rəhbərliyi ilə yeni – üçüncü hökumət ko-
mitəsi təşkil edildi. 1918-ci il 26 dekabr tarixli 5-ci iclasda Hökumət sədri Xoyski çıxışında yeni ya-
radılmış hökumət kabinəsi üçün aqrar məsələnin həllinin vacibliyini diqqətə çatdırdı. Fətəli xan
Xoyski torpaq məsələsinin əhəmiyyətini vurğulayaraq qeyd edir ki, millətin əksər hissəsi əkinçi və
fəhlə olduğu üçün, torpaq kəndliyə verilməsə o hökumət yürüməz. Xoyski nitqində Hökumətin aq-
rar məsələdə mövqeyini açıqlayaraq qeyd etdi ki, torpaq məsələsində parlament fraksiyalarının fi-
kirləri həmrəydir və Hökumət lazım bilir ki, torpaq əvəzsiz olaraq əkinçiyə verilməlidir.
Müsavat və İttihad partiyaları bəyannamələrini əvvəlki parlament iclaslarında elan etsələr də,
Əhrar partiyası 1919-ci il 8 yanvar tarixli 7-ci iclasda öz bəyannaməsini elan etmişdi. Əhrar partiya-
sı hesab edirdi ki, bütün kabinet və iri mülkədar torpaqları onların əlindən alınıb kəndlilər arasında
proporsional qaydada, adambaşına eyni miqdarda olmaqla paylanmalıdır və kəndlilərin öz torpaq
paylarını satmaq hüququ yoxdur. [ 6 ,s.144]
1919-ci il 28 yanvar tarixli parlamentin 11-ci iclasında torpaq və sorğu məsələlərinə dair ko-
missiya təşkil olunması təklif edilmişdi. [ 2 ,s.198 ] 1919-cu il fevralın 4-də menşevik - hümmətçi
Səməd ağa Ağamalıoğlu başda olmaqla Parlament komissiyası təsis edildi. Komissiyanın 9 nəfər