SOSİAL İŞ SFERASINDA SOSİAL ƏDALƏTİN YERİ VƏ ROLU
İsgəndərova Aysel İbrahim q.
BDU-nun doktorantı
“Ədalət güclü olanın tərəfindədir”
Platon
Sosial ədalət, ədalətin bir növüdür. Sosial ədalət hər bir fərdin eyni haqlara, müdafiəyə, vəzifələrə və sosial imkanlara sahib olduğu ideal şətrləri ehtiva edir. Sosial ədalətə sosial siniflər arasındakı iqtisadi bərabərsizliyin aradan qaldırılması və iqtisadi olaraq zəif olan sinfin digər sosial siniflərə qarşı qorunması kimi də tərif verə bilərik. Sosial ədalətin aşağıdakı ünsürləri vardır: insan haqlarına hörmət, normal yaşayış standartları, insani yaşayış şərtləri, məskunlaşma imkanları, iqtisadi təminat.
Sosial ədalət sosial işin (NASW 1996) Etik Standartlarında etik prinsip kimi qeyd olunub və sosial ədalətin bərqarar olmasında sosial iş mütəxəssislərinin əsas vəzifələrindən biri kimi qeyd olunub. Bu prinsip qısa olaraq aşağıdakı formada ifadə olunmuşdur:
“Sosial iş mütəxəssisləri incidilən və təzyiq altında olan fərdlər və qruplarla birlikdə və onların adından ictimai dəyişikliyi həyata keçirməyə cəhd edirlər. Sosial iş mütəxəssislərinin ictimai dəyişiklik cəhdləri ilkin olaraq yoxsulluq, işsizlik, diskriminasiya və digər sosial ədalətsizlik ünsürlərinə doğru hədəflənmişdir. Burada isə əsas məqsəd insanlar arasında mədəni və etnik fərqliliyə dair məlumat və həssaslığın bərqərar edilməsidir. Sosial iş mütəxxisləri insanların ehtiyac duyduğu bilgi, xidmət və resursların əlçatan olmasında bərabərliyin təmin edilməsinə cəhd edirlər. Sosial iş mütəxxəsisləri istər lokal, istərsə də qlobal miqyasda toplumun rifahının və onların sosial mühitinin inkişaf etdirilməsində böyük rol oynayırlar. Və sosial ədalətin həyata keçirilməsi üçün sosial, iqtisadi, siyasi, mədəni dəyərləri inkişaf etdirərək insanların təməl ehtiyaclarının təmin edilməsində köməkçi, həyat şəraitlərinin yaxşılaşdırılmasında qoruyucu bir rol oynayırlar.”
Sosial işin etik standartlarında sosial ədalət açıq şəkildə izah edilsə də sosial işçilər sosial ədalətə aşağıdakı kimi yanaşırlar: sosial ədalətin bərqərar edilməsi və müdafiəsi üçün sosial işin özü həm dövlətin içində həm də bəzi vaxtlarda onun qarşısında olmalıdır ( Becker və MacPherson, Adams, Dominelli, Payne ,Craig). Sosial iş mütəxəssisləri dövlətin içində professional bir qurum olaraq sosial rifahın təmin edilməsi üçün fəaliyyət göstərərkən, sosial ədalətin təmin edilməsinə ziyan verə biləcək sosial siyasətin hədəfələri qarşısında radikal, tənqidi bir mövqe tutmalıdırlar. Belə bir mövqe sosial iş nizamının dəyərləri içərisində yer alan demokratiyanın təbiətindən irəli gəlir.
Sosial iş mütəxxəsislərinin sosial ədalət haqqında fikirlərini əks etdirən müxtəlif tədqiqatlar mövcuddur. Bunlar arasında Weiss(2005) özünün beynəlxalq araşdırmasında 10 ölkədən 781 sosial işçi arasında sorğu aparmışdı. Araşdırma nəticəsində məlum olmuşdur ki, sorğuda iştirak edənlərin demək olar ki, hamısı sosial işin birinci hədəfi kimi sosial ədalətin təmin edilməli olduğunu düşünürlər. Bununla bərabər yoxsulluq kimi son dərəcə geniş yayılmış sosial problemin səbəbi kimi fərdi çatışmazlıqları deyil, fundamental və ictimai səbəblər ünvan göstərərək sosial ədalətin təmin olunmamasını qeyd etmişlər.
Ümumilikdə götürsək sosial iş mütəxəssisləri cəmiyyətdə sosial ədalətin bərqərar olmasında məsuliyyət daşıyırlar. Yəni:
Ayrı-seçkiliklə mübarizə − Sosial işçilər yaş, mədəniyyət, cins, cinsi seçim, mədəni vəziyyət, sosial-iqtisadi status, siyasi baxış, irq, dini inanc və başqa fiziki xüsusiyyətlərinə görə edilən ayrı-seçkiliyə qarşı mübarizə aparmaqda borcludurlar.
Müxtəlifliyin tanınması – Sosial işçilər fərd, ailə, qrup və cəmiyyətlə bağlı fərqlilikləri nəzərə alaraq fəaliyyət göstərdikləri toplumdakı etnik və mədəni fərqlilikləri tanımalı və hörmət etməlidirlər.
Resursların bərabər paylanması – Sosial işçilər idarə etdikləri resursları ədalətli və ehtiyaclara mütənasib formada paylanmasına diqqət etməlidirlər.
Adil olamayan siyasət və qanunlarla mübarizə − Sosial işçilər resursların kifayət olmadığı və ya resusların paylanmasında siyasət və qanunların zərər verdiyi, ədalətsiz ya da təzyiqin olduğu vəziyyətdə mövzuya öz rəhbərlərinin, siyasətçilərin, cəmiyyətin diqqətini çəkməlidirlər.
Birlik və həmrəylik zəminində fəaliyyət – Sosial işçilər sosial stiqmaya, damğalanmağa ya da tabeçiliyə gətirib çıxaran sosial şərtlərlə mübarizə aparmalı və hamını əhatə edən toplum üçün çalışmalıdırlar.”
Sosial işin əsas məqsədi sosial ədaləti dəstəkləməkdir. Bu xüsusiyyətləri ilə də sosial iş bir insan haqları peşəsidir.
Ədəbiyyat:
Adams Dominelli. Social Work: Themes, İsues and Critical Debates, Basingstoke, Macmillan: 2009, p.97
Clark J.W. Social Justice Beliefs, Practice Behaviors of Social Workers and The Social Work Mission, Walden University School of Health and Human Services: 2012, p.125
Code of Ethics. National Association of Social Workers, 2008.
Qəhrəmanov E.Ə., Əhmədov Y.P. Sosial işin əsasları. Azərbaycan Universiteti. Bakı, 2014, səh.277
Dostları ilə paylaş: |