Gənclərin tərbiyəsinin psixoloji əsasları


milli  əxlaqi  və  dini  dəyərlər,  yurda  bağlılıq  milli  düşüncə  tərzi



Yüklə 227,94 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix28.12.2021
ölçüsü227,94 Kb.
#17068
1   2   3   4   5   6
milli  əxlaqi  və  dini  dəyərlər,  yurda  bağlılıq  milli  düşüncə  tərzi  və  s.  kimi 

xüsusiyyətlər əks olunmağa başlayır. Gənclər etnik şüurun subyektinə, milli dil isə 

onların  etnik  süurunun  daşıyıcısına  çevrilir.  Böyük  məktəblinin  etnik  şüuru  ona 

milli  kimliyini  müəyyən  etməyə  imkan  yaradır.  Milli  özünüdərketməsinə  təkan 

verir.  Coşub  çağlayan  romantik  arzuları  reallaşdırmaq,  idman  sahəsində  qələbə 

qazanmaq, ali məktəbə daxil olmaq, əmək fəaliyyətinə başlamaq, ailə qurmaq və s. 

kimi daha dəyərli gənclik arzuları gənclərin fəallığının mənbəyi rolunda çıxış edir. 

Müasir sivilizasiya, ictimai münasibətlərin xarakterində baş verən proseslər 

hal-hazırda 

dərin  sosiodinaçik  və  psixodinamik  dəyişikliklərə  gətirib 

çıxarmışdır.Gənclərin  həyata  baxışımda,  həyat  hadisələrinə  münasibətdə  yeni 

yönəlişliklər,  fəal  mövqe  yaranmışdır.Milli-mənəvi  dəyərlərə,  tarixi  keçmişə,bu 

günə  və  gələcəyə  münasibətin  yeni  perspektivləri  diqqəti  cəlb  edir.Gənclərin 

psixologiyasında  mütilik,  qeyri-tənqidi  itaətkarlıq  kimi  xüsusiyyətlər  get-gedə 

aradan  qalxır,  cəsarət  və  tolerantlıq,  vətənpərvərlik,  demokratik  baxışlar, 

vətəndaşlıq mövqeyi və mübarizlik güclənir. 

Dövlət  müstəqilliyi  və  suverenlik  illərində  böyüməkdə  olan  gənc  nəslin 

sosial-mənəvi  siması  zənginləşmiş,  fəal  həyat  mövqeyinin  təsiri  altında  onlarda 

sosial  fəallıq  və  mübarizlik  ruhu  yüksəlmişdir.  Həyata  açıq  gözlə,  praqmatik 

mövqedən  yanaşan,  vətəndaş  cəmiyyəti  quruculuğunda  fəal  iştirak  edən 

gəncliyimiz  yüksək  intelektual  potensiala  malik  olmaqla  respublikamızın  ictimai, 

siyasi, iqtisadi, sosial və mədəni həyatının bütün sahələrində öz qüvvələrini sınayır, 

sahibkarlıq  və  mülkiyyətçilik  vərdişlərinə  yiyələnərək,  şəxsi  həyatlarını 

firavanlaşdırmaq üçün təşəbbüskarlıqla çalışırlar. 

Dövlət müstəqilliyimizin əldə olunmasından sonra gənclərə diqqət və qayğı 

dövlət  quruculuğunun  ayrılmaz  tərkib  hisəsinə  strateji    priotetlərindən  birinə 

çevrilmişdir.  



 

Məlumdur  ki,  gənclik  illəri  şəxsiyyətin  təşəkkülündə  ən  mühüm  və 



məhsuldar  dövrlərdən  biridir.  Bu  dövr  fərdin  sosiallaşması,  şəxsiyyət 

keyfiyyətlərinin  davamı  və  sabit  xarakter  alması  baxımından  dəyərləndirməklə 

yanaşı, orqanizmin energetik imkanlarının, iş qabiliyyətlərinin, fiziki və intelektual 

yükə qarşı müqavimətin yüksək olması ilə də səciyyələnir. 

Gənclik  yaşı  dövrü  (15-25  yaşlar)  romantika,  böyük  coşqunluq,  bitib-

tükənməyən  gənclik  arzuları,  yaradıcı  təşəbbüslərin  artması,  sərvət  meyillərinin 

sabitləşməsi  baxımından  məhsuldar  yaş  dövrlərindən  biridir.  Bu  yaş  dövrü 

şəxsiyyətin  intellektual,  iradi,  mənəvi-emosional  aləmində  yeni  keyfiyyət 

dəyişikliklərinin, dinamik xüsusiyyətlərin nisbətən sabitləşməsi və davamı olması 

ilə də müşaiyət olunur. Bu illərdə insanın qarşısında müstəqil həyatın yeni və geniş 

prespektivləri açılır. 

Müasir  Azərbaycan  gəncliyinin  dünyagörüşünün  və  əxlaqi  şüurunun 

formalaşmasında  kütləvi  informasiya  vasitələri  daha  böyük  təsir  imkanlarına 

malikdir. Həmin mənbələrdən informasiya qəbul edən gənclər mənəvi tələbatlarını 

təmin  etmək  üçün  əlverişli  imkanlar  qazanı,  internetə  qoşularaq  virtual  dünyaya 

çıxış imkanı əldə edirlər. 

Gənclik dövrünü əqidə və dünyagörüşünün formalaşması baxımından da ən 

səmərəli  dövr  kmimi  nəzərdən  keçirmək  olar.  Geniş  həcmli  biliklərə  yiyələnən 

gənclər malik olduqları çoxcəhətli məlumatları sistemə salmağa fəal sürətdə meyl 

edirlər.  Onlar  ümumiləşmiş  nəzəri  biliklərin,  prinsip  və  qanunauyğunluqların 

öyrənilməsinə xüsusi maraq göstərir, nəzəri təfəkkür formalarına yiyələnir. 

Gənclər  özlərinin  emosional  aləminin  zənginliyi,  hisslərinin  əxlaqi 

tərbiyəlilik səviyyəsinəgörə yeniyetmələrdən xeyli irəli getmiş olurlar. Onlar həyat 

hadisələrinə münasibətlərini əxlaqi ölçülər baxımından müəyyən etməyi bacarırlar. 

Müasir  qloballaşma  dövlətlərin,  xalq  və  millətlərin  inteqrasiya  proseslərini 

daha  da  sürətləndirmişdir.  Həmin  proseslərin  fonunda  bəzən  xalqımızın  milli 

mənəviyyatına  zidd  olan,  xoşagəlməz  yad  təsirlərin  gənclərin  mühitinə  daxil 

olması  meyilləri,  xüsusilə,  fizioloji  və  psixoloji  asılılıq  yaradan  maddələrdən 

istifadə, təadüfi cinsi əlaqədən yaranan xəstəliklərin təhlükəsi xeyli artmış, bir sıra 



 

sahələrdə  hətta  böhranlı  həddə  çatmışdır.  Həyata  yüngül  münasibət  bəsləyən, 



dünyanı “beş gün” hesab edən bəzi gənclərdə müşahidə olunan mənəvi düşkünlük, 

əxlaqi deformasiya, hüquq pozuntuları, narkomaniya, QİŞS və yaşlı nəsildə ikrah 

hissələri doğuran digər əməllərə qarşı mübarizə, gənclər arasında maarifləndirici – 

tərbiyə  işlərinə,  onların  sosial  məşğulluğun  artırılmasına  xüsusi  həssaslıqla 

yanaşmağın zəruriliyini ortaya qoyur. 

Müasir  gənclərin  əksəriyyətinin  daşıdıqları  moda  kütləvi  təlqin  effektinə, 

ciddi və kifayət qədər davamlı ekspressiv çalarlara malik olduğuna görə, uşaq və 

yeniyetmələrdə  güclü  təəssürat  və  cəlbedicilik  yaradır.  Milli  mentalitetə  uyğun 

olmayan  moda  etalonlarının  təsiri  altında  uşaq  və  yeniyetmələrdə  gəncləri  təqlid 

etmə istəkləri güclənir və bu ünsiyyət və davranış mədəniyyətinin formalaşmasına, 

şəxsiyyətlərarası seşmənin xarakterinə güclü təsir göstərir.  

Bəzi  gənclərin  həyatında  yabançı  zövq  və  əyləncələrin,  davranış 

normalarının  müxtəlif  təzahürləri  onların  cizli  olaraq  mövcud  olan  üstün 

əhvallarının  təzahürü  olduğuna  və  moda  aludəçiliyinin  kütləvi  davranışının 

dinamik  formalarına  güclü  təsir  göstərdiyinə  görə  xüsusi  narahatçılıq  doğurur. 

Həyata istehlakçı münasibət bəsləyən bir çox gənclər daşıdıqları moda ilə (geyim, 

saç  düzümü,  avtomobil,  müxtəlif  aksesuarlar,  danışıqda  ibarə  və  jarqonlar  və  s.) 

özlərinin müasirliyini başqalarına təqdim etməyə, ətrafdakıların diqqət mərkəzində 

olmağa çalışırlar. 

Gənclərdə  asudə  vaxtların  səmərəli  təşkili  onların  təbii  və  mənəvi 

tələbatlarının ödənilməsinin mühüm və zəruri şərtidir. Belə imkanların genişliyinə 

baxmayaraq son illər bir çox gənclərdə incəsənətin klassik növlərinə  - ədəbiyyat, 

kino,  teatr,  musiqi,  təsviri  incəsənət  və  s.  maraq  internet  klublar,  gecə  barları  və 

digər  yüngül  əyləncə  yerləri  ilə  əvəz  olunmuşdur.  Belə  gənclərin  mənəvi 

həyatındakı  əyintilərin  aradan  qaldırılması,  onların  sağlam  cəmiyyətə  inteqrasiya 

olunması  məsələləri  ciddi  elmi  təhlil  tələb  edir.  Sağlam  inkişafetdirici  mühit 

vasitəsilə sağlam həyat tərzi normalarının kişik yaş dövründən başlayaraq uşaqların 

gündəlik  həyat  normasına  çevirmək,  əxlaqi  əqidənin  formalaşdırılması  yolu  ilə 




 

müasir  Azərbaycan  gəncliyinin  cəmiyyəti  narahat  edən  problemlərin  həllinə  nail 



olmaq olar.  

  


Yüklə 227,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin