GƏncliK – BƏrabəR İmkanlar



Yüklə 27.61 Kb.
tarix16.06.2017
ölçüsü27.61 Kb.

GƏNCLİK – BƏRABƏR İMKANLAR

İctimai yerlərdə, televiziyada, küçədə, dostlar arasında tez-tez belə terminlər işlədilir: zorakılıq, insan alveri, gender, gender bərabərliyi, feminizm. Müasir məişət müxtəlif yeniliklərlə yanaşı yeni stereotiplər, yeni yanaşmalarla zəngindir. Gənclər bunları böyük maraqla dərk edirlər. Təbii olaraq, onları gender bərabərliyi, genderlə cinsin fərqi, bərabər imkanlar, məsuliyyət və s. maraqlandırır.

Bu kitabçada biz yuxarıda göstərilən suallara aydınlıq gətirmək üçün əsas informasiyanı sizə təqdim edəcəyik.  

Məzmun:


•    Gender və cins
•    Gender bərabərliyi nədir?
•    Gender bərabərliyi olan cəmiyyət nə deməkdir?
•    Qadın və qərarların qəbul edilməsi
•    Gender zorakılığı
•    Ailə zorakılığı

Gender və cins
 
Tez-tez gender və cins məfhumları qarışdırılır. Cins kişi və qadının bioloji və anatomik xüsusiyyətidir, gender isə cinsdən asılı olaraq cəmiyyətin insana həvalə etdiyi xüsusiyyətlərin toplusudur.

Cins Gender


  • Kişi/qadın  

  • Bioloji, anadangəlmə

  • Dəyişmək olmaz  

  • Bioloji olaraq kişilər və qadınlar yaşa,

milliyyətə, irqə, dini mənsubiyyətinə görə

fərqlənmirlər  



  • Kişilik/qadınlıq

  • Sosioloji, qazanılma

  • Dəyişmək olar

  • Kişi və qadınlar yaş, milliyyət, cinsi əlamətlərinə və dini mənsubiyyətinə görə fərqlənirlər

 

Genderin formalaşması insanın bütün həyatı boyu davam edir, ona mentalitet, təhsil, mədəniyyət, iqtisadiyyat və s. təsir edir, zaman keçdikcə müəyyən dəyişikliyə məruz qalır. Bu dəyişikliyin fonunda kişi və qadın münasibətləri də dəyişir. Kişi və ya qadın olmaq cəmiyyətdə təkcə bu və ya digər anatomik xüsusiyyətlərdən yox, həmçinin onların daşıdığı vəzifələrdən, onlara verilən hüquqlardan və s. asılıdır. Cəmiyyətin müəyyən hissəsi kişi və qadın arasında fərqi onların qəbul etdiyi qərarlarda, hərəkətlərində, məsuliyyətində görür. Bu fərqlər cinslər arasında qeyri-bərabərlik yaradır ki, bu da ailəyə, həyat tərzinə, sosial-iqtisadi statusa, sağlamlığa təsir edir.


Antropoloqlar, etnoqraflar və tarixçilər çoxdan “tipik qadın” və “tipik kişi” əxlaqı və əlamətləri aşkar etmişlər ki, onlar da bir cəmiyyətdə kişilər üçün, digər cəmiyyətdə qadınlar üçün xarakterikdir.
Genderi cəmiyyət yaradır. O kişinin və ya qadının modeli kimi yaranır və onların cəmiyyətdə, ailədə, siyasi strukturda, iqtisadi mədəniyyətdə və s. vəzifəsini təyin edir. Bir sıra cəmiyyətlərdə kişi və bütün kişilik (xarakter və davranış əlamətləri, peşə) birinci yerdə durur və dominant sayılır, qadın və qadınlıq/femininlik isə aşağı və qulluq edən kimi qəbul edilir.
Gender bərabərliyi nədir?

     Gender bərabərliyi – qadın və kişilər arasında bərabərliyə deyilir və aşağıdakıları bildirir:

•    Bərabər maddi rifah;
•    Bərabər imkanlar;
•    Dəyərlərin oxşar sistemi;
•    Qərarların qəbul edilməsi prosesində onların bərabər hüquqlu iştirakı;
•    Resurslara və qazanclara onların bərabər hüquqlu nəzarəti.

Gender bərabərliyi dedikdə biz kişi və qadının eyni olmasını nəzərə almırıq. Biz sadəcə qeyd etmək istəyirik ki, insan hər hansı bir vəziyyətdə kişi və ya qadın doğulmasından asılı olmayaraq bərabər hüquqa malik olmalıdır. İnsanın qadın doğulması hər hansı məhdudiyyətə səbəb olmamalıdır, həmçinin qeyd etmək istəyirik ki, gender bərabərliyi kişilərin diskriminasiyasını və izolyasiyasını göstərmir. Bu anlayış hər iki cinsin problemlərinə baxışda ümumi meyarların nəzərə alınması ilə həyata keçirilməlidir.

Gender bərabərliyi insan hüquqlarından biridir

Qadının qorxu və kasıblıq olmadan şərəfli yaşamağa hüququ vardır. Qadınların səlahiyyətlərinin güclənməsi cəmiyyətin inkişafı və kasıblığın səviyyəsinin aşağı düşməsi üçün mütləq bir alətdir. Güclü qadın sağlam və məhsuldar cəmiyyətin formalaşmasında fəal rol oynayır, bu da gələcək nəslin perspektivini göstərir.


    Minillik planın 8 vəzifəsinin birində gender bərabərliyinin əhəmiyyətindən söhbət açılır və deyilir ki, onun məqsədi dünyada kasıblığın azaldılması və həyat şəraitinin yaxşılaşdırılmasıdır. Dünya əhalisinin vəziyyətinin 2005-ci il üçün hesabatında deyildiyi kimi, gender bərabərliyi yerdə qalan yeddi vəzifənin də həll edilməsinə kömək edəcəkdir. Lakin hələlik qadınların və qızların ayrıseçkiliyi – gender zorakılığı iqtisadi diskriminasiyadır, reproduktiv sağlamlıqda və zərərli adətlərdə olan qeyri-bərabərlik bütün qeyri-bərabərliklər arasında ən çox yayılmış formalar olaraq qalır. Bundan əlavə, qadın və qızlar üçün konfliktlər və digər fövqəladə hallar ağır yük olaraq qalır.
    Qadın və kişilərin səlahiyyətləri arasında qeyri-bərabərlik bir sıra formalarda özünü göstərməkdə davam edir. Məsələn:

•    Dünyada iş vaxtının 2/3 hissəsi qadınların payına düşür. Onlar bütün məhsulun 50%-ini istehsal etsələr də, qazancları dünya qazancının 10%-ini və dünya mülkiyyətinin 1%-dən azını təşkil edir (BMT).


•    Dünyada parlament vəzifələrinin 14%-ini, nazir vəzifələrinin isə 8%-ini qadınlar tutur.
•    Qadınlar arasında ölümün  və bədən xəsarətlərinin səbəbləri arasında ən çox yayılmışı ailə zorakılığıdır. Gender zorakılığı 15-44 yaşlı qadınlarda ölümün və əlilliyin səbəbləri arasında ən yüksək göstəricidir (xərçəng, malyariya, müharibələr və avtonəqliyyat qəzalarından yüksək).
•    Gender zorakılığı əsasən kişi və qadın arasında qeyri-bərabərliyin olmasının nəticəsidir.

Gender bərabərliyi olan cəmiyyət nə deməkdir?

Gender bərabərliyi olan cəmiyyət – qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir, onlar bərabər imkanları olan bütün sosial fəallıqda bərabər iştirak etmək, siyasi və mədəni prioritetlərə (üstünlüklərə), məsuliyyəti eyni bölmək hüququna malikdirlər.

Belə cəmiyyətdə kişi və qadınların hüquqları bərabər səviyyədə müdafiə olunur. Cəmiyyətdə aktiv mövqe tutmaq istəyən qadınlar öz istəklərinə uyğun olaraq bütün ictimai tədbirlərdə iştirak edə bilər, kişilər isə öz istəyinə görə ailə işlərini yerinə yetirə bilərlər. Beləliklə, gender bərabərliyi olan cəmiyyət bərabər partnyorlar kimi kişilər və qadınlar tərəfindən qurulur. Həqiqi mənada zəngin cəmiyyətin qurulması gender və cinsdən asılı olmayaraq, bütün insanların müxtəlif həyat şəraiti seçmələrinə imkan verən sosial çərçivənin yaradılmasından asılıdır. Bu, uşaq böyütmək və ona qulluq etmək yalnız qadınlara, işləmək, vergi ödəmək, dövlətin inkişafı üçün şərait yaratmaq anlayışlarının yalnız kişilərə aid olması ilə bağlı ciddi, stereotip anlayışlardan azad cəmiyyətdir. Bizim hər birimiz gender rolları haqqında qeyri-ənənəvi təsəvvürlərimizi bir daha nəzərdən keçirməliyik. Beləliklə, biz kişi və qadınların siyasi həyatda, iş yerlərində və ailədə bərabər təmsil olunması ilə xoşbəxt və firavan həyat şəraiti olan cəmiyyət yarada bilərik.

Qadın və qərarların qəbul edilməsi

Qadınlar cəmiyyətdə, qeyri-hökumət təşkilatlarında, dövlət idarələrində liderlik nümayiş etdirirlər. Lakin kişi və qadın neqativ stereotiplərinin yaradılması, o cümlədən kütləvi informasiya vasitələri (KİV) “ciddi siyasi qərarların qəbul edilməsi kişilərə aiddir” tendensiyasını gücləndirir. Həmçinin mədəniyyət, incəsənət, idman, KİV, təhsil, qanunvericilik və s. sahələrdə olan məsuliyyətli vəzifələrdə qadınların az təmsil olunması onların bir sıra aparıcı idarələrdə nüfuzunun zəif olması səbəbindən irəli gəlir. (Pekin Fəaliyyət Platforması, bənd 183).


    Pekin Fəaliyyət Platformasında qadın və kişilərin qeyri-bərabər olmasına dövlət səviyyəsində baxılmışdır. Bu sənəd hökuməti, beynəlxalq və milli ictimaiyyəti, o cümlədən qeyri hökumət təşkilatlarını və özəl şirkətləri aşağıdakılara diqqət yetirməyə çağırır:
•    Qadınların dövlət strukturlarında və qərarların qəbul edilməsi prosesində bərabər hüquqlu iştirakçı olmasının təmin edilməsi;
•    Qadınların liderlikdə və qərarların qəbul edilməsində rolunun artırılması.
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu qadınların ailə, ictimaiyyət, siyasi, hökumət səviyyələrində qərarların qəbul edilməsində rolunun gücləndirilməsinə yönəlmiş informasiya fəaliyyətini dəstəkləyir. Bu fondun köməyi nəticəsində qadınların və qadın təşkilatlarının siyasətin formalaşmasında aktiv iştirak etməsinə imkan yaradılmışdır.


Gender zorakılığı

Dünyada hər 3 qadından biri zorakılığın qurbanı olur ki, bunların da hər dördündən biri hamilədir.


Gender zorakılığı ictimai və ya şəxsi həyatda qadınlara fiziki, cinsi və ya psixoloji ziyan və ya iztirab verən hərəkətə məcburiyyət və ya əsassız olaraq azadlıqdan məhrum edilmə ilə nəticələnən hər hansı bir zorakılığı ifadə edir (Qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair Bəyannamə, 1993).

Bəyannamədə həmçinin gender əsasında zorakılıq kateqoriyasına hansı alçaldıcı hərəkətlərin aid edilməsi də müəyyən olunmuşdur, lakin gender zorakılığı bu kateqoriyalarla məhdudlaşmır. Zorakılığa həmçinin aiddir:


•    Ailədə baş verən fiziki, seksual və psixoloji zorakılıq, o cümlədən qadınlara qarşı güc tətbiq edilməsi, seksual zorakılıq, həyat yoldaşı tərəfindən zorlanma və digər ənənəvi hərəkətlər, nikahdan kənar zorakılıq, istismar;
•    Cəmiyyətdə baş verən fiziki, seksual zorakılıq, iş yerində, ümumtəhsil məktəblərində və hər hansı bir başqa yerdə seksual məcburiyyət və hədə-qorxu, qadın alveri və məcburi fahişəlik;
•    Dövlət tərəfindən həyata keçirilən fiziki, seksual və psixoloji zorakılıq.
Yuxarıda göstərilən hər hansı zorakılıq qadının psixologiyasında, sağlamlığında, reproduktiv və cinsi funksiyalarında dərin izlər buraxır. Zorakılığın reproduktiv sistemə təsiri birbaşa və dolayı ola bilər:
•    Arzuolunmaz hamiləlik, ailənin planlaşdırılmasının və kontrasepsiyanın imkanlarının məhdudluğu;
•    Zorakılığın nəticəsi olaraq təhlükəli abort və ya arzuolunmaz hamiləlik nəticəsində xəstələnmə;
•    Tez-tez baş verən təhlükəli hamiləlikdən sonra ağırlaşmalar və onların tam müalicə olunmaması;
•    Cinsi yolla yayılan infeksiyalar, o cümlədən qazanılmış immunçatışmazlıq sindromu (QİÇS);
•    Uzunmüddətli ginekoloji problemlər;
•    Psixoloji problemlər.
Gender zorakılığı ictimai səhiyyə üçün böyük problemdir. Ona qarşı effektiv reaksiya sisteminin yaradılması həmişə yaxşı təşkil olunmur. Qaçqınlar, əsasən uşaqlar və qadınlar tez-tez məcbur edilməyə, zorakılığa və istismara məruz qalır.


Ailə zorakılığı

Ailə zorakılığı – partnyor və ya ailənin digər üzvləri tərəfindən qadına qarşı edilən fiziki, psixoloji və iqtisadi zorakılıqdır. Bura aiddir:


•    Fiziki zorakılıq: döyülmə, yaralanma, yanıqlar, ev dustağı və s.
•    Emosional-psixoloji zorakılıq: alçaldılma, istismar, hədə-qorxu,  psixoloji təsir, şifahi aqressivlik, azadlığı məhdudlaşdırmaq və s.
•    İqtisadi zorakılıq: iqtisadi şantaj, ailənin gəlirlərinə nəzarət məqsədilə qadının qazandığı pulların əlindən alınması və s.
 
Zorakılığı tətbiq edənlər: keçmiş partnyor, ata, ailənin digər üzvləri və ya ailə ilə birlikdə yaşayan digər insanlar ola bilər.

Məlumatlar 4uth.az saytından götürülmüşdür.
Hörmətlə Bakı Beynəlxalq Tələbə Klubu (BBTK)
: groups
groups -> Mövzusu üzrə TƏDRİs proqrami bakı 2011
groups -> Other Economic Cooperation: Other Economic Cooperation
groups -> Azərbaycan, Bakı şəhəri, Azadlıq pr. 132/3, az 1106
groups -> Kurşunun yutulması elimine edilmiş
groups -> Ukok-2015 onayına sunulacak tcod bilimsel aktiviteleri / Ön çalışmalar
groups -> Xəstəliyin qarşısını almaq onu müalicə etməkdən asandır Azərbaycanda ilk böyrək transplantasiyasını (köçürməsini) həyata keçirmiş
groups -> Press-reliZ 06 Oktyabr 2011-ci IL Bakı, Azərbaycan
groups -> Azərbaycanda İsrail Səhiyyəsi günləri
groups -> Points Of Concern re: Council Bill 42-2015 a bill to create a Military Installation Overlay Zone (mioz) around Joint Base Andrews Our Objective: Council Bill 42-2015 the mioz bill – Concluding this is not a good bill. Why




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə