Gender (kişi və qa-dınların) bərabərliyinin təminatları haqqında



Yüklə 266,02 Kb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü266,02 Kb.
#42961
Azerbaycanda gender siyaseti



                              Azerbaycanda gender siyaseti 

Azərbaycanda  gender  siyasəti,  “Gender  (kişi  və  qa-dınların)  bərabərliyinin 

təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu Kişilərlə qadınlar 

arasında qanunda və təcrübədə bərabərlik insan hüquqlarının və 

demokratiyanın  ayrılmaz  tərkib  hissəsidir.  Demokratik  cəmiyyət  gender  

bərabərliyi prinsipinə əsaslanır və sosial-siyasi həyatda qadınların aktivliyi 

cəmiyyətin inkişafında mühüm  rol  oynayır.  Təsadüfi  deyil  ki,  Azərbaycan  

hökuməti  də  ölkədə  gender bərabərliyinin təmin olunmasına xüsusi diqqət 

yetirir. Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında daim mühüm yer 

tutub. Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri Azərbaycan 

qadınının adı ilə bağlıdır. Milli qadın siyasəti tariximizin hələ Azərbaycan Xalq 

Cümhuriyyəti dövründə dövlət statusu almışdır. 1918-ci ildə ilk dəfə olaraq 

müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun  verilməsi  tarixi  

nailiyyət  hesab  olunur.  Bununla  da  nəinki  Şərqdə,  hətta demokratiyanın 

beşiyi sayılan  bir sıra  Avropa  ölkələrindən və ABŞ-dan  əvvəl qadına cəmiyyət 

həyatında siyasi proseslərə qoşulmaq hüququ verilmişdir. Xalqımızın hüquq və 

azadlığını daim qorumuş Heydər Əliyev qadın hərəkatını, qadınlarla bağlı 

məsələləri daim diq-qət mərkəzində saxlamışdır. O, 1969-cu ildə 

respublikamıza ilk dəfə rəhbər təyin olunanda qadınlara diqqət və qağı gös -

tərərək, onları bilik və bacarıqlarına görə, istedad və intellek-tinə görə irəli 

çəkməyə, yüksək vəzifələrə təyin etməyə başla-mışdı. О dövrdə bir çox 

rayonlara rəhbərlik qadınlara tapşı-rılmışdı. Nazir və nazir müavinləri arasında 

bir neçə qadın var idi. Respublikamızın tarixində ilk dəfə olaraq, ali məktəblərə 

qadın rektorlar təyin edildi. Həmin illərdə neçə-neçə qadın “Sosialist Əməyi 

Qəhrəmanı”, “Qəhrəman ana” fəxri adları aldı. Respublikada qeyri-hökumət 

qadın cəmiyyətləri və təş-kilatları yaranmağa başladı.  

   Sovet hakimiyyəti dövründə Azərbaycan qadınlarının 1957, 1967 və 1972-ci 

illərdə keçirilmiş  qurultayları  da  Azərbaycanda  qadın  hərəkatının  

inkişafında,  onun  daha mütəşəkkil forma almasında mühüm rol oynadı.  

Azərbaycan  müstəqilliyini ikinci  dəfə  əldə  etdikdən  sonra  əvvəlki  dövrdən  

fərqli olaraq,  qadınlar  daha  çox  ictimai  və  iqtisadi  böhranın  təsirlərini  öz  

üzərlərində  hiss etmişdilər. 90-cı illərin əvvəllərində bir ictimai qrup kimi, qadın 

və qızların hüquqlarının müdafiəsində xeyli boşluqlar yaranmışdı və bu-nun 

nəticəsi olaraq onların hətta istismar və zorakılıq obyektinə də çevrilməsi 

müşahidə edilmişdir. Bu dövrdə cərəyan edən real sosial-iqtisadi proseslər və 



Qarabağ münaqişəsi qadınların vəziyyətini daha da ağırlaşdırdı və obyektiv 

diskriminasiya vəziyyətində olan qadınların sayını xeyli dərəcədə artırdı. 

Bunların sırasında müvəqqəti köçkünlərin və xüsusən başçısını itirmiş ailələrdə 

qadın və qızların vəziyyəti olduqca ağır olmuşdur. Məlumdur ki, dünyanın 

inkişaf etmiş ölkələrində qadınlarla iş Pekin Konfransında qəbul edilmiş 12 

strategiya əsasında aparılır. Həmin müddəalardan biri də cəmiyyəti bu gün ən 

çox düşündürən yeniyetmə qızlar problemidir. Qaçqın və məcburi köçkünlərin 

əzab-əziyyətlə üzləşməsi gənclərimizin, o cümlədən qızlarımızın vəziyyətinə 

mənfi təsir göstərir. Mənəvi-əxlaqi  dəyərlərə  uğun  olmayan mövcud  neqativ  

halların  aradan  qaldırılması, şəxsiyyətlər yetişdirəcək XXI əsrin gələcək nəslinin 

anaları olacaq qızlarımızın fiziki, əqli və mənəvi inkişafının üks əlişi üçün 

hamının səfərbər olması zəruridir. Azərbaycan Respublikasında qadın 

hüquqlarının qorunması üzrə mühüm addımlar atılaraq, müvafiq qərarlar qəbul 

olunmuşdur Gender 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyamızda  

gender  məsələlərinin  əks  olunması  ilə  gender  qanunvericiliyinin inkişafına 

təkan verilmişdir.  

Azərbaycan bu sahədə bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən, 1992-

ci ildə BMT-nin  “Qadınların  siyasi  hüquqları”,  1995-ci  ildə  “Qadınlara  

münasibətdə  ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 

Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulmuşdur. 1995-ci 

ilin sentyabr ayında Pekində keçirilən IV Ümumdünya  Qadın Konfransında  

Azərbaycan qadınlarından  ibarət yüz  nəfərə yaxın -hökumətdən 25 nəfər və 

qadın qeyri-hökumət təşkilatlarından 70 nəfər nümayəndə heyəti iştirak  

etmişdir.  Konfransdan  sonra  respublikamızda  qadınların  fəallığı  artmış,  

onların problemlərinə digər ölkələrdə olduğu kimi, Azərbaycanda da diqqət və 

maraq çoxalmışdır. Bu  isə  Parlament  seçkilərində  qadınların  rəhbər  

vəzifələrə  irəli  çəkilməsində  (qadın deputatların sayı 2 dəfə artdı) özünü 

göstərmişdir.   

Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması 

haqqında Konvensiyaya (CEDAW) qoşulması ilə əlaqədar 1996-cı ildə 

Azərbaycan hökuməti BMT-yə ilkin məruzə təqdim etdi. Pekin Platformasına 

uğun olaraq  gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan 

Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın 

Problemləri üzrə Dövlət Komitəsi yaradıldı (2006-cı il fevralın 6-dan Ailə, Qadın 

və Uşaq Problemləri üzrə Dövlət Komitəsi). Komitə öz fəaliyyətini QHT-lər



siyasi partiyalardakı qadın qrupları, həmkarlar ittifaqları, kütləvi informasiya 

vasitələrində çalışanlarla birlikdə həyata keçirir. Gender tədqiqatları 

mərkəzlərinin yaradılması, qadın problemlərinin  həllinə  yönəlmiş  layihələrin  

həyata  keçirilməsi,  cəmiyyətin  gender  sa-həsində məlumatlandırılması bu 

milli mexanizmin uğurlu fəaliyyətinə yardım etmişdir.2000-ci ilin sentyabrında 

Gender sahəsində məsul şəxslərin təyin edilməsi barədə Sərəncam verildi. 

“Gender İnkişafda” Qurumunun direktoru Rəna İbrahimbəyova Nazirlər 

Kabinetinin “Elm, mədəniyyət, təhsil və sosial problemlər” şöbəsinin müdir 

müavini, BDU-nun Gender ve psixologiya kafedrasinin rehberi oldu. 

Azərbaycan Respublikasında gender sahəsində Konstitusiyadan sonra qəbul 

edilən ən mühüm  sənəd  kimi  “Gender  bərabərliyinin  təminatları  haqqında”  

Azərbaycan Respublikasının Qanununu hesab etmək olar. Konstitusiyanın 25-ci 

maddəsində cinsi ayrı-seçkiliyin qadağan olunması ilə bağlı əks olunmuş 

prinsipin təminatlarını tənzimləyən “Gender (kişi və qadınların) bərabərliyinin 

təminatları haqqında” 10 oktyabr 2006-cı il tarixli  Azərbaycan  Respublikası  

Qanununun  məqsədi  cinsi  mənsubiyyətə  görə  ayrı-seçkiliyin bütün 

formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi,  

sosial,  mədəni  və  digər  sahələrində  bərabər  imkanlar  yaratmaqla  gender 

bərabərliyinin təmin edilməsindən ibarətdir. Bu qanuna əsasən cinsi 

mənsubiyyətə görə ayrı-seçkiliyin  bütün  formalarının  aradan  qaldırılması,  

kişilərə  və  qadınlara  bərabər imkanların yaradılması, dövlətin idarə 

olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin 

üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür. 

“Gender  (kişi  və  qadınların)  bərabərliyinin  təminatları  haqqında”  

Azərbaycan Respublikası  Qanununun  tətbiqi  ilə  əlaqədar  Azərbaycan  

Respublikasının  bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilmişdir. 

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 5-ci 

maddəsində bu sahədə dövlət siyasətinin dörd əsas istiqaməti göstərilir: 

•  Gender  bərabərliyinin  təmin  edilməsi  üçün  normativ-hüquqi  bazanın  

formalaşdırılması, təkmilləşdirilməsi və inkişafı;   

•  Normativ-hüquqi aktların gender ekspertizasından keçirilməsi;  

•  Gender bərabərliyinin təmin edilməsi üçün dövlət proqramlarının 

hazırlanması və həyata keçirilməsi;   

•  Gender bərabərliyi mədəniyyətinin təbliği.  




Bu Qanunun özəlliyi həmçinin ondan ibarətdir ki, burada bir çox anlayışların 

mənası əks  olunmuşdur.  Belə  ki,  gender  -  ictimai  həyatın  siyasi,  iqtisadi,  

mədəni  və  digər sahələrində kişi və qadın münasibətlərinin sosial cəhəti, 

gender bərabərliyi isə qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların 

həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial 

vəziyyəti başa düşülür. Bərabər imkanlar dedikdə insan hüquqlarının həyata 

keçirilməsində qadınlar və kişilər üçün yaradılan bərabər şərait və təminatlar 

önə çəkilir. Bundan əlavə, Qanunda cinsi mənsubiyyətə görə ayrı-seçkilik  

verilmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin  2007-ci  il  15  may  tarixli  2167  

nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının 

həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” təsdiq edilmişdir. 

Məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi məqsədi ilə 

proqram çərçivəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Bir sıra normativ-

hüquqi aktlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 

dekabr Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf 

Konsepsiyası da ölkədə gender bərabərliyinin təmin edilməsi və dövlət 

siyasətində gender əsaslı zorakılıq hallarının qarşısının alınması üzrə tədbirlərin 

görülməsini nəzərdə tutur ki, bu da müvafiq dövlət proqramları vasitəsilə 

reallaşdırılmaqdadır. 

 

 

 



5. Qadın sahibkarlığı  

SSRİ  tərkibində  olduğu  zaman  Azərbaycanda  mərkəzi  siyasi  

orqanların  göstərişlərinə  uğun  olaraq  qadınlar  qanunvericilik  v ə  icra  

hakimiyyəti orqanlarında müvafiq nisbətdə təmsil olunurdular. Bundan  

başqa,  qadınlar  iqtisadiyatın,  infrastr ukturun,  elmin,  təhsilin,  xidmət  

sferasının  bütün  sahələrində  çalışırdılar.  Aqrar  sahədə  qadınların  

əksəriyyəti kolxoz və sovxozlarda adətən fəhlə peşələrində işləyirdilər.  

Ənənəvi olaraq, milli əxlaq normalarının və adətlərin təsiri altında, evdar  

qadınların sayı üks ək idi. SSRİ dağıldıqdan sonra və məlum hadisələr  

nəticəsində yeni müstəqilliyini əldə etmiş Respublikamızın iqtisadiyatı  




dərin böhran vəziyyətində idi. Əhalinin, xüsusən də qadınların məşğulluq 

səviyyəsi kəskin olaraq aşağı düşmüşdü. Bu vəziyyət Ermənistanın hərbi  

təcavüzü, Dağlıq Qarabağ və onun ətraf rayonlarının işğalı nəticəsində  

daha da ağırlaşmış, cəmiyyətin qaçqın və məcburi köçkünlərdən ibarət  

həssas və müdafiəyə ehtiyacı olan bir təbəqəsi yaranmışdı.  Ancaq 90-cı illərin 

ortalarından başlayaraq, iqtisadiyatda v əziyyəti dövlət  mülkiyyətinin  

özəlləşdirilməsi,  sahibkarlıq  fəaliyyətinin  inkişaf etdirilməsi,  torpaq  

islahatlarının  keçirilməsi  sayəsində  sabitləşdirmək mümkün olmuş və əhalinin 

məşğulluğu sahəsində müsbət dəyişikliklər baş vermişdi. O  zaman  qəbul  

olunan  bir  sıra  qanunlarda  qadın  hüquqlarının qorunması, qadınların istər 

dövlət, istərsə də özəl sektorda fəaliyyətinin təkmilləşdirilməsi  istiqamətində  

işlərin  görülməsi  nəticəsində  sahibkar qadınların  sayı  durmadan  

artmaqdadır,  qadın  sahibkarlığı  inkişaf etməkdədir.  Amma yenə də, qadın 

sahibkarların sayı yetərincə deyil. Dövlət tərəfindən bu sahənin inkişafı üçün 

lazımi şərait yaradılıb, amma müəyyən  problemlərin  olması  qadınların  

sahibkarlıq  fəaliyyətində çətinliklər  törədır.  Bu  çətinliklərin  aradan  

qaldırılması  məqsədilə Azərbaycan Respublikasında insan hüquq və 

azadlıqlarının müdafiəsinin səmərəliliyini  artırmaq  sahəsində  Milli  Fəaliyyət  

Proqramında  (2011) həmçinin,    qadınların  əmək  bazarında  rəqabət  

qabiliyyətinin artırılması,  qadınlar  arasında  sahibkarlığın  inkişaf  etdirilm 

əsi,qadınlar tərəfindən yeni peşələrin əldə edilməsinə yönəlmiş kursların təşkili 

də nəzərdə tutulmuşdur. Azərbaycanda  qadınların  daha  çox  iqtisadi  

hüquqları  pozulur. İşəgötürənlər kişilərə üstünlük verirlər, çünki qadın məişət 

qağıları il ə bağlı olaraq işdən daha çox yayına bilər. Nəticədə isə, qadınlar 

özləri istəməsələr də, evdar qadın olurlar və cəmiyyətin həyatında fəal 

iştirakdan kənarda qalırlar. Qadınların cəmiyyətdə fəal iştirakını təmin edən 

mühüm istiqamətlərdən biri də onların iqtisadi sahədə qərar qəbuletmənin 

yüksək pillələrində təmsil olunmasıdır. Təəssüf ki, qadınların bu sahədə qeyri-

bərabər  təmsil  olunması  onların  bilavasitə  iqtisadi  qərarların  qəbul edilməsi  

prosesində  iştirakını  da  məhdudlaşdırır.  Diskriminasiyanın aradan  

qaldırılması,  cəmiyyətdə  şəxsiyyətin  özünü  reallaşdırması, sosiallaşması  üçün  

nisbətən  bərabər  şəraitin  yaradılması  baxımından siyasi  mədəniyyəti  

artırmaq   istiqamətində  maarifləndirmə  işləri gücləndirilməlidir. Qadın 

sahibkarlığın inkişafı üçün bir çox sahələrdə müvafiq tədbirlər həyata keçirilir. 

Qadın sahibkarlığının dəstəklənməsi və tənzimlənməsi cəmiyyətdə gender 



bərabərliyinə nail olunması üçün mühüm vasitədir. Getdikcə  qadınların  sahib  

olduğu  müəssisələrin  sayının  artdığı müşahidə  olunur.  Sahibkarlığın  və  kiçik  

biznesin  inkişafının  yeni  iş yerlərinin yaradılması, işsizliyin azaldılması və 

məşğulluğun artırılması sahəsində  səmərəli  vasitə  olduğu  nəzərə  alınsa,  

mövcud  və  potensial qadın sahibkarların inkişaf proseslərindən kənarda 

qalmadığı təmin edilə bilər. Belə ki, qadın sahibkarlığının inkişafı yoxsulluğun 

azaldılmasına, qadınların  iqtisadi  və  sosial  nüfuzunun  artmasına  və  bir  çox  

hallarda cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım 

edir. Qadın sahibkarlığının ehtiyaclarının, problem və xüsusiyyətlərinin təhlili 

göstərir ki, qadın sahibkarlığının, ümumilikdə kiçik və orta sahibkarlığın 

inkişafına  yardım  edir.  Qadınların  məşğulluq  imkanlarının  artırılması, 

biznesə başlamaq və inkişaf etdirmək üçün onlara müvafiq mənbə və 

bacarıqların  verilməsi  sahəsində  dövlət,  donorlar,  həm  yerli,  həm  də 

beynəlxalq QHT-lər tərəfindən bir çox tədbirlər həyata keçirilməkdədir. 

Bununla belə, hələ də ölkədə qadınların produktiv resurslardan, xüsusilə, kredit  

resurslarından,  bazar  və  müxtəlif  imkanlardan  istifadəsini məhdudlaşdıran  

bir  sıra  maneələr  qalmaqdadır.  Bundan  başqa, cəmiyyətdə  üstünlük  təşkil  

edən  mövcud  stereotiplər  də  ümumilikdə, qadınları  bizneslə  məşğul  

olmaqdan  çəkindirir.  Ölkədə  qadın sahibkarlığının  inkişafını  təmin  edəcək  

düzgün  proqramların  və strategiyanın müəyyənləşdirilməsi qadın sahibkarlığı 



ilə bağlı problemləri aradan qaldırmaqdadır. 

Yüklə 266,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin