891) Mukovissidozlu 3 xəstə uşağı olan sağlam valideyinlərin bir daha xəstə uşağının olması ehtimalı nə qədərdir?
A) Bütün uşaqlar sağlam olacaqlar
B) Oğlanlar üçün risk 50%, qızlar isə sağlam olacaqlar
C) 50 %
D) 25 %
E) Bütün uşaqlar xəstə olacaqlar
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика», 1997 г.
892) Yüksək tezlikli kiçik bir populyasiyada autosom-resessiv albinizmi olan xəstə kişi xəstə anası və sağlam atası olan sağlam qadın ilə ailə qurmuşdur. Bu nigahdan xəstə uşağın anadan olma riski nə qədərdir?
A) 75 %
B) 25 %
C) Bütün uşaqlar xəstə olacaqdır
D) Bütün uşaqlar sağlam olacaqdır
E) 50 %
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика», 1997 г.
893) Yüksək tezlikli kiçik bir populyasiyada autosom-resessiv albinizmi olan xəstə qadın, sağlam valideyinləri və ata tərəfdən albinos babası olan, sağlam kişi ilə ailə qurmuşdur. Bu nigahdan xəstə uşağın anadan olma riski nə qədərdir?
A) Bütün uşaqlar xəstə olacaqdır
B) 10 %
C) Bütün uşaqlar sağlam olacaqdır
D) 50 %
E) 25 %
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Dostları ilə paylaş: |