Geoloji quruluşu,palçıq vulkanlar


Daxili Suları (Sumqayıtçay. Sumqayıt kanyonu.)



Yüklə 449,57 Kb.
səhifə2/3
tarix28.03.2023
ölçüsü449,57 Kb.
#90557
1   2   3
Qobustan- Abşeron

Daxili Suları (Sumqayıtçay. Sumqayıt kanyonu.)

Şəkil 3. Qobustan-Abşeron fiziki coğrafi rayonun çaylarinin xəritəsi

Ərazi ən az axım zonasına daxildir. Burada il ərzində axım 1 l/san km²-dən azdır. Qobustanın şimalında çay şəbəkəsinin sıxlığı 0,20 km/km²-ə çatırsa, onun cənub şərqində və Abşeronda bu rəqəm sıfra enir. Qobustan ərazisindən Sumqayıtçay, Pirsaatçayları keçir. Dövrü olaraq quruyan Ceyrankeçməz çayı Qobustan ərazisində formalaşır. Birinci hər iki çay ilin isti yarısında (xüsusilə iyul və avqust aylarında) quruyur. Ceyrankeçməz çayı isə yağış və qar sularıdan qidalandığından burada su ancaq ilin soyuq yarısında olur. Şıdırığı yağış zamanı Ceyrankeçməz çayından geclü su-palçıq axınlı sel keçir. Bu sellər təsərrüfata ziyan vurmaqla bəzən insan tələfatı ilə də nəticələnir. 


Sular öz kimyəvi tərkibinə görə natrium-sulfatlıdır. Bəzi quru dərələrin suyu (xüsusilə ilin yay aylarında) çox acı olub istifadəyə tam yararsızdır. Suyu acı olduğundan dərələrin birini Acı dərə adalandırmışlar. Qobustanda üzə çıxan şirin qrunt suları ancaq onun şimal, şimal-qərb hissəsindədir. Ərazidə suların codluğu çox yüksəkdir.


Şəkil 4.Sumqayıtçay. Sumqayıt kanyonu


Torpaq örtüyü
Qobustan-Abşeron ərazisi torpaqları şimal-qərbdən cənub-şərqə doğru tədricən dəyişir. Şimal-qərbdə relyefin qismən yüksəkliyi, illik yağıntıların qismən artıqlığı, ot örtüyünün olması burada şabalıdı və açıq-şabalıdı torpaqların yaranması ilə nəticələnmişdir. Cənub-şərqə doğru havanın temperaturunun artması torpağın qismən quru iqlim şəraitində formalaşmasına və qismən şorlaşmasına səbəb olmuşdur. Odur ki, həmin istiqamətdə şabalıdı, açıq-şabalıdı torpaqlar boz-qonur torpaqlarla, ondan şərqə isə (dəniz sahillərinə doğru) şorakətvari boz-qonur torpaqlarla əvəz olunur. 
Təpəlik və yastanlararası çökəkliklərdə şoran və şoranvari torpaqlar yayılmışdır. Abşeron yarımadasının təpəlik və yüksək terras düzənliklərində boz-qonur torpaqlar inkişaf etmişdir. Yuxarıda adları çəkilən torpaqlarda süvarma tətbiq olduqda bir sıra kənd təsərrüfatı bitkilərinin (xüsusilə üzümçülük, bağçılıq, tərəvəzçilik, taxılçılıq) inkişaf etdirliməsi və yüksək məhsul alınması imkanı vardır.


Yüklə 449,57 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin