Gerblər və emblemləR



Yüklə 436.95 Kb.
PDF просмотр
səhifə1/6
tarix26.05.2017
ölçüsü436.95 Kb.
  1   2   3   4   5   6

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

GERBLƏR VƏ EMBLEMLƏR 

 

 



Ümumi məlumat ............................................................................................................................ 3

 



 

Gerblərin tarixi ............................................................................................................................. 4

 



 

Çar Rusiyası dövründə Azərbaycanın quberniya və şəhərlərinin gerbləri ......................... 4

 

Quberniyaların gerbləri ................................................................................................................... 4

 

Şəhərlərin gerbləri ........................................................................................................................... 9

 



 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət gerbinin yaradılması təşəbbüsləri .... 21

 



 

Azərbaycan SSR-in gerbləri................................................................................................... 22

 



 

Müasir Dövlət gerbinin yaranması........................................................................................ 23

 



 

Dövlət gerbindəki simvolların  məna və funksiyaları .......................................................... 24

 



 

Azərbaycan gerbinə dair sənədlər ............................................................................................. 25

 



 

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Dövlət gerbi və möhürünün 

layihəsinin hazırlanmasına dair müsabiqə elanı (23 mart 1919) ........................................ 25

 



 

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının hərbi ordenlər, milli himn, dövlət 

gerbi və möhürünün layihələrinin hazırlanması haqqında qərarı (30 yanvar 1920) ........ 26

 



 

Milli himn və Dövlət gerbinin hazırlanması üçün müsabiqə elan edilməsi haqqında Xalq 

Maarif Nazirliyinin qərarı (fevral 1920) ............................................................................... 27

 



 

Azərbaycan SSR gerbi üzərindəki yazıların Azərbaycan mətni haqqında 1940-cı il 20 

mart tarixli Fərman ................................................................................................................ 28

 



 

Azərbaycan SSR Dövlət gerbi üzərində “Азəрбајҹан Совет Сосялист Республикасы”  

yazısının Azərbaycan dilində dürüstləşdirilməsi haqqında 1959-cu il 21 yanvar tarixli 

Fərman ..................................................................................................................................... 29

 



 

Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət gerbi haqqında  Əsasnamənin təsdiq 

edilməsi barəsində* 

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 mart 

tarixli Fərmanı ........................................................................................................................ 30

 



 

Azərbaycan Sovet Sosialist Respublikasının dövlət gerbi haqqında Əsasnamənin tətbiqi  

qaydalarının təsdiq edilməsi barəsində Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 12 

fevral tarixli qərarı ................................................................................................................. 32

 



 

Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan 

olunması haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı (5 fevral 1991) ........ 34

 



 

Azərbaycan Respublikasının Dövlət himninin ən yaxşı mətni, Dövlət gerbinin, orden və 

medalının ən yaxşı təsvirləri üçün müsabiqə keçirilməsi üzrə komissiyanın təşkil edilməsi 

haqqında Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Qərarı (28  mart 1991)

................................................................................................................................................... 35

 



 

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Azərbaycan Respublikasının 

Konstitusiya Qanunu  (19 yanvar 1993) ................................................................................ 36

 



 

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi 

barəsində Azərbaycan Respublikasının Qanunu  (23 fevral 1993) ..................................... 37

 



 

Emblemlər.................................................................................................................................... 39

 



 

Konstitusiya Məhkəməsinin emblemi ................................................................................... 39

 



 

Silahlı Qüvvələrin emblemi .................................................................................................... 40

 



 

Ədalət mühakiməsinin rəsmi emblemi ................................................................................. 42

 



 

Gömrük orqanlarının tanınma nişanı ................................................................................... 43

 



 

Prokurorluğun rəsmi emblemi .............................................................................................. 45

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi........................................................ 46

 



 



Daxili işlər orqanlarının emblemi.......................................................................................... 48

 



 

Vergilər Nazirliyinin tanınma nişanı .................................................................................... 50

 



 

Fövqəladə Hallar Nazirliyinin emblemi ................................................................................ 51

 



 

Ədliyyə Nazirliyinin emblemi ................................................................................................ 53

 



 

Dövlət Miqrasiya Xidmətinin emblemi ................................................................................. 55

 



 

İstifadə olunmuş ədəbiyyat ......................................................................................................... 57

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

Ümumi məlumat 

 

Azərbaycan  Respublikasının  Dövlət  gerbi  onun  dövlət  müstəqilliyinin  müqəddəs  atributlarından, 

rəmzlərindən biridir. Müasir Dövlət gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin 

müəyyən dəyişikliklərlə təkrarıdır. 

Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti 

hökuməti 1920-ci il yanvarın 30-da  müsabiqə elan etmiş və  müsabiqədən 

keçəcək  gerb  nümunəsinin  həmin  ilin  mayın  28-də  qəbul  ediləcəyi 

haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan 

Xalq  Cümhuriyyətinin  süqut  etməsi  nəticəsində  dövlət  gerbi  haqqında 

qərar qəbul edilməmişdir.  

1990-cı  il  noyabrın  17-də  Naxçıvan  Muxtar  Respublikasının  Ali 

Məclisi dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR 

Ali Soveti qarşısında Azərbaycanın dövlət gerbinin hazırlanması üçün yeni 

müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır.  

Müsabiqə  1991-ci  il  fevralın  5-də  Azərbaycan  Respublikası  Ali 

Sovetinin  qərarı  ilə  elan  olunmuşdur.  1991-1992-ci  illər  ərzində 

müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr 

zamanı  1919-1920-ci  illərdə  hazırlanmış  layihələrdən  birinin  qəbul 

edilməsi ilə bağlı təkliflər də səslənmişdir.  

Azərbaycan  Respublikasının  Ali  Soveti  1993-cü  il  yanvarın  19-da  qəbul  etdiyi  Konstitusiya  Qanunu  ilə 

1919-1920-ci  illərdə  hazırlanmış  dövlət  gerbi  layihələrindən  birini  müəyyən  dəyişikliklərlə  Azərbaycan 

Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.  

Azərbaycan  Respublikasının  Dövlət  gerbi  Azərbaycan  dövlətinin  müstəqilliyinin  rəmzidir.  Dövlət  gerbi 

palıd  budaqlarından  və  sünbüllərdən  ibarət  qövsün  üzərində  yerləşən  qalxan  təsvirindən  ibarətdir.  Qalxanın 

üstündə  Azərbaycan  Respublikasının  Dövlət  bayrağının  rəngləri  fonunda  səkkizguşəli  ulduz,  ulduzun 

mərkəzində  alov  təsviri  vardır.  Dövlət  gerbinin  rəngli  təsvirində  ulduz  ağ,  alov  qırmızı,  palıd  budaqları  yaşıl, 

sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır. 

Azərbaycan  Respublikasının  Dövlət  gerbi  bütün  dövlət  orqanlarının  möhürlərində,  Azərbaycan 

Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında, dövlət 

orqanlarının  sənədlərinin  blanklarında,  kağız  və  metal  pul  nişanlarında,  qiymətli  kağızlarda,  dövlət  istiqraz 

vərəqələrində,  Azərbaycan  Respublikası  vətəndaşının  pasportunda,  Azərbaycan  Respublikası  parlamentinin 

rəsmi nəşrlərində, Dövlət sərhəd nişanlarında təsvir olunan fərqləndirici nişanıdır. 

Dövlət  gerbinin  qabarıq  təsviri  Azərbaycan  Respublikası  Prezidentinin  iqamətgahına  və  xidməti 

kabinetinə,  Azərbaycan  Respublikası  parlamentinin  binasına,  iclas  salonuna  və  parlament  sədrinin  xidməti 

kabinetinə,  bütün  məhkəmələrin,  hərbi  tribunalların  binalarına,  məhkəmə  iclaslarının  salonlarına,  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsi  və  Ali  Məhkəməsi  sədrlərinin  xidməti  kabinetlərinə,  Azərbaycan 

Respublikası  qanunvericiliyində  nəzərdə  tutulmuş  hallarda  dövlət  orqanlarının  binalarına,  Azərbaycan 

Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur. 

Milli  dövlət  müstəqilliyimizin mühüm atributlardan olan  gerbə hörmət  və ehtiramla  yanaşmaq, 

onun  rəngli  və  ağ-qara  təsvirinin  verilməsində  mövcud  qanunvericilik  aktlarının  tələblərinə  əməl 

etmək 

hər 


bir 

Azərbaycan 

vətəndaşının, 

eləcə 


də, 

dövlət 


təşkilatının 

borcudur.



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

Gerblərin tarixi 

 

Çar Rusiyası dövründə Azərbaycanın quberniya və şəhərlərinin gerbləri 

 

Quberniyaların gerbləri 

 

Ümumi məlumat 

 

XIX  əsrin  əvvəlində  çar  Rusiyasının  Cənubi  Qafqazı  işğalı  nəticəsində  imzalanan  Gülüstan  (1813)  və 

Türkmənçay  (1828)  müqavilələrinin  imzalanmasından  sonra  yeni  inzibati-ərazi  bölgüsü  tətbiq  edildi.  Həmin 

bölgüyə  əsasən  Şimali  Azərbaycan  xanlıqları  9  əyalətə  (Bakı,  Quba,  Dərbənd,  Şəki,  Şirvan,  Qarabağ,  Talış, 

Naxçıvan,  İrəvan),  3  dairəyə  (Yelizavetpol  (Gəncə),  Ordubad,  Car-Balakən)  və  5  müsəlman  (tatar) 

distansiyasına (Borçalı, Qazax, Şəmşədil, Pəmbək və Şörəyel) bölündü.  

1828-ci ildə Naxçıvan və İrəvan xanlıqlarının ərazisində yaradılan “Erməni vilayəti” İrəvan və Naxçıvan 

əyalətlərindən və Ordubad dairəsindən təşkil edilmişdi. 

1840-cı il 10 aprel tarixli inzibati-idarəçilik islahatlarına görə Cənubi Qafqaz diyarı mərkəzi Tiflis şəhəri 

omaqla  Gürcü-İmereti  quberniyasına  və  mərkəzi  Şamaxı  olmaqla  Kaspi  vilayətinə  bölündü.  “Erməni 

vilayəti”  əvəzinə  təşkil  edilən  İrəvan  qəzası  Gürcü-İmereti  quberniyasının  tərkibinə  daxil  edildi.  1844-cü  ildə 

Qafqaz canişinliyi təsis edildi. 1846-cı ildə Cənubi Qafqaz 4 quberniyaya - Tiflis, Kutaisi, Şamaxı və Dərbənd 



quberniyalarına bölündü. 1849-cu ildə İrəvan, Aleksandropol (Gümrü), Naxçıvan, Ordubad və Novo-Bayazid 

qəzalarından ibarət İrəvan quberniyası təşkil edildi.  

1859-cu  ildə  baş  verən  zəlzələdən  sonra  Şamaxı  quberniyasının  mərkəzi  Bakıya  köçürüldü  və  Bakı 

quberniyası  adlandırıldı.  1860-cı  ildə  Dərbənd  quberniyası  ləğv  olundu,  onun  tərkibindəki  Quba  qəzası  Bakı 



quberniyasına  verildi,  qalan  ərazidə  Dağıstan  dairəsi  yaradıldı.  Bununla  da  əzəli  Azərbaycan  torpağı  olan 

Dərbənd  və  onun  ətrafındakı  ərazilərin  Azərbaycandan  ayrılmasının  asası  qoyuldu.  1867-ci  ilin  dekabrında 

Tiflis, İrəvan və Bakı quberniyalarına daxil olan bir qisim ərazilərin hesabına Yelizavetpol quberniyası təşkil 

olundu. Yelizavetpol quberniyasına: Qazax, Nuxa, Şuşa, Zəngəzur qəzaları daxil idi. Bakı quberniyasına isə 6 

qəza (Bakı, Quba, Lənkəran, Şamaxı, Göycay və Cavad) daxil idi. 

1870-ci  ildə  İrəvan  quberniyasının  tərkibində  yeni  Şərur-Dərələyəz  qəzası  yaradıldı.  1874-cü  ildə  Nuxa 

qəzasının cənub hissəsindən Ərəş qəzası ayrıldı. 1 iyul 1883-cü ildə Qaryagin (Cəbrayıl) və Cavanşir qəzaları 

yarandı. 

1917-ci ildə Rusiya imperiyasının dağılması ərəfəsində Cənubi Qafqazda 5 quberniya mövcud idi.  

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ölkə ərazisində iki quberniya  - Bakı və Yelizavetpol 

quberniyaları  və  Zaqatala  dairəsi  (1919-cu  ildən  quberniya  adlandırılmışdı)  mövcud  idi.  Xüsusi  hal  kimi, 

Qarabağ  general-qubernatorluğu  (1919,  yanvar)  yaradılmışdı.  Onun tərkibinə  Şuşa,  Cavanşir,  Zəngəzur  və 

Qaryagin (Cəbrayıl) qəzaları daxil idi. Yelizavetpol quberniyasının tarixi adı bərpa edilərək Gəncə quberniyası 

adlandırıldı.  Azərbaycanın  digər  torpaqları  isə  Cənubi  Qafqazda  yaranan  Gürcüstan  və  Ermənistan 

respublikalarının tərkibinə qatıldı və Ana vətəndən ayrı düşdü. 

 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

 

Kaspi vilayəti 

 

Kaspi  vilayəti  Rusiya  imperatoru  I  Nikolay  tərəfindən  10  aprel  1840-cı  ildə  təsdiq 

olunmuş  inzibati  islahat  haqqında  “Zaqafqaziya  ölkəsinin  idarəçiliyi  üçün  təsisat”  adlı 

qanun əsasında yaradılmışdı.  

Kaspi vilayətinin mərkəzi Şamaxı şəhəri olmuşdur. 

Kaspi  vilayətinin  tərkibinə  7  qəza  daxil  olmuşdur:  Şamaxı,  Şuşa,  Nuxa,  Bakı, 

Lənkəran, Dərbənd və Quba qəzaları. 

14  dekabr  1846-cı  ildə  Kaspi  vilayəti  ləğv  edilmiş,  əvəzində  yeni  quberniya 

idarəçilik forması tətbiq edilərək Şamaxı və Dərbənd quberniyaları yaradılmışdır.  

Kaspi vilayətinin gerbi 26 may 1843-cü ildə təsdiq olunmuşdur.  



Gerbin təsviri: 

Qızılı  sahəsi  olan  qalxanvari  lövhə  4  hissəyə  bölünmüşdür.  Yuxarıdakı  sahənin  1-ci  hissəsində  pələng, 

ikinci  hissəsində  yerdən  çıxıb  alovlanan  qaz  təsvir  olunmuşdur.  Üçüncü  hissədə  mavi  dalğalı  zolaq  Xəzər 

dənizini  simvolizə  edir.  4-cü  hissədə  zirvələri  qarlı  dağ  silsiləsi  təsvir  olunmuşdur.  Qalxanvari  lövhənin 

yuxarısında  Rusiya  imperiyasının  simvolu  olan,  başında  tac,  ikibaşlı  qartal  qanadlarını  gərmiş  şəkildə  təsvir 

olunmuşdur. 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

 

Bakı quberniyası 



 

Bakı xanlığı 1806-cı il oktyabrın 3-də rus qoşunları tərəfindən işğal edildikdən sonra Rusiyanın əyalətinə 

çevrildi. 10 aprel 1840-cı ildə təsdiq olunmuş inzibati islahat haqqında “Zaqafqaziya ölkəsinin idarəçiliyi üçün 

təsisat” adlı qanun əsasında yaradılan Kaspi vilayətinin tərkibinə qəza şəklində daxil 

edildi.  Bakı  qəzası  1846-cı  ildə  Kaspi  vilayəti  ləğv  edildikdən  sonra  yaradılan 

Şamaxı quberniyasının tərkibinə daxil edildi. 

Şamaxı  zəlzələsi  ilə  əlaqədar  olaraq  çar  II  Aleksandrın  6  dekabr  1859-cu  il 

tarixli  fərmanı  ilə  quberniya  mərkəzi  Bakıya  köçdü  və  adı  dəyişilərək  Bakı 

quberniyası  adlandı.  Həmin  fərmanla  Bakı  şəhəri  quberniya  mərkəzi  statusu 

almışdır.  1860-cı  ildə  Bakı  quberniyasına  Quba  qəzası  birləşmişdir.  Yelizavetpol 

quberniyası  yarandıqda  isə  Nuxa  və  Şuşa  qəzaları  Bakı  quberniyasından  ayrılaraq 

onun  tərkibinə  daxil  edilmişdir.  Nəticədə  Bakı  quberniyasına  Bakı,  Quba,  Şamaxı, 

Göyçay,  Cavad  və  Lənkəran  qəzaları  daxil  olmuşdur.  1920-ci  ildə  Azərbaycanda 

sovet hakimiyyəti qurulduqdan sonra Bakı quberniyası ləğv edilmişdir. 

Bakı quberniyasının gerbi 5 iyul 1878-ci ildə təsdiq olunmuşdur. 

Gerbin təsviri: 

Qara qalxanvari lövhənin içində qızılı rəngli, eyni ölçülü üç alov dili təsvir edilmişdir. Qalxan imperator 

tacı ilə tamamlanmış, quberniya və şəhər gerblərində işlədilən mavi rəngli Andreyev lenti (Rusiya imperiyasının 

ilk ordeni olan və Müqəddəs Apostol Andrey Pervozvannı adına təsis edilən ordenin taxıldığı lentin nümunəsi) 

sarınmış qızılı palıd yarpaqları ilə əhatə olunmuşdur  

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

İrəvan quberniyası 

 

İrəvan  xanlığının  1827-ci  il  oktyabrın  1-də  çar  Rusiyası  tərəfindən  işğalından  və  Türkmənçay 



müqaviləsinin (1828) imzalanmasından sonra çar I Nikolayın fərmanına (21 mart 1828-ci il) əsasən, İrəvan və 

Naxçıvan  xanlıqları  ərazisində  "Erməni  vilayəti"  yaradılmışdı.  İrəvan  və  Naxçıvan  xanlıqları  isə  əyalətlər 

adlandırıldı. Həmin dövrdə İrəvan əyalətinin əhalisinin 71,3%-i azərbaycanlı (49875 nəfər), 28,7%-i isə erməni 

(20073  nəfər)  idi.  Türkmənçay  müqaviləsinin  şərtlərinə  əsasən  digər  Azərbaycan  torpaqları  kimi,  İrəvan 

əyalətinə  də ermənilərin  kütləvi  şəkildə  köçürülməsi  həyata  keçirildi.  Bu  proses  nəticəsində  İrəvan  əyalətinin 

etnik tərkibini əsaslı şəkildə dəyişdirildi. 

1840-cı il 10 aprel tarixli qanuna əsasən, "Erməni vilayəti" ləğv edilmiş, onun tərkibinə daxil olan İrəvan 

və  Naxçıvan  əyalətləri  qəzaya  çevrilərək,  Gürcü-İmereti  quberniyasına  qatılmışdı.  Çar  I  Nikolayın fərmanı ilə 

1849  il  iyunun  9-da  keçmiş  "Erməni  vilayəti"  və  Aleksandropol  (Gümrü)  qəzası 

əsasında  İrəvan  quberniyası  yaradılmışdı.  Bəzi  inzibati-ərazi  dəyişikliklərindən  sonra 

quberniya  İrəvan,  Aleksandropol,  Eçmiədzin,  Naxçıvan,  Novo-Bayazid  və  Sürməli 

qəzalarına bölündü. 1870-ci ildə İrəvan quberniyasının tərkibində yeni Şərur-Dərələyəz 

qəzası, 1875-ci ildə isə Sürməli qəzası yaradıldı. 

1918-ci  ildə  tarixi  Azərbaycan  torpağında  ilk  erməni  dövləti  –  Ermənistan 

Respublikası yarandı və azərbaycanlılara qarşı soyqırım törədilməklə etnik təmizləmə 

siyasəti  həyata  keçirildi.  1920-ci  ildə  Ermənistanda  sovet  hakimiyyəti  qurulduqdan 

sonra  isə  azərbaycanlılara  qarşı  deportasiya  siyasəti  həyata  keçirildi  və  1988-ci  ildən 

monoetnik erməni dövlətinə çevrilmişdir. 

İrəvan quberniyasının gerbi 5 iyul 1878-ci ildə təsdiq olunmuşdur.

  

Gerbin təsviri: 

Mavi  qalxanvari lövhənin üzərində  başında  qızılı  rus  xaçının  təsviri  olan  gümüş  qaya  təsvir edilmişdir. 

Qalxanvari  lövhə  imperator  tacı  ilə  tamamlanır  və  şəhər  gerblərində  işlədilən  mavi  rəngli  Andreyev  lenti 

(Rusiya  imperiyasının  ilk  ordeni  olan  və  Müqəddəs  Apostol  Andrey  Pervozvannı  adına  təsis  edilən  ordenin 

taxıldığı lentin nümunəsi) sarınmış qızılı palıd yarpaqları ilə əhatə olunmuşdur. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

Yelizavetpol (Gəncə) quberniyası 

 

Yelizavetpol quberniyası Qafqaz və Zaqafqaziya diyarının idarəçiliyinin dəyişdirilməsi haqqında 1867-ci 



il çar fərmanına əsasən 1868-cı ildə Bakı və Tiflis quberniyalarının bir hissəsində yaradılmışdır. Quberniyanın 

mərkəzi Yelizavetpol (Gəncə) şəhəri olmuşdur. Quberniyanın ərazisi keçmiş Gəncə, Qarabağ, Şəki xanlıqlarının 

və Samux və Şəmşədil mahallarının ərazilərini əhatə edirdi. 

Quberniyanın  tərkibinə  Yelizavetpol,  Şuşa  və  Nuxa  qəzaları  və  ləğv  edilmiş 

Ordubad qəzasının bir hissəsi daxil edildi, yeni Qazax və Zəngəzur qəzaları yaradıldı. 

1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları 

təşkil olundu.  

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra hökumətin 30 iyul 1818-ci 

il  tarixli  qərarı  ilə  Yelizavetpolun  tarixi  adı  –  Gəncə  bərpa  edildi.  Bundan  sonra 

Yelizavetpol quberniyası Gəncə quberniyası adlandırıldı. 1920-ci ildə Azərbaycanda 

sovet hakimiyyəti qurulduqdan sonra Gəncə quberniyası ləğv edilmişdir. 

Yelizavetpol quberniyasının gerbi 5 iyul 1878-ci ildə təsdiq olunmuşdur. 



Gerbin təsviri: 

Qara  qalxanda  qızıl sütun üzərində  xəncər,  xəncərin yanında iki  gümüş  Georgi xaçı  təsvir olunmuşdur. 

Qalxan  imperator  tacı  ilə  tamamlanır  və  şəhər  gerblərində  işlədilən  mavi  rəngli  Andreyev  lenti  (Rusiya 

imperiyasının  ilk  ordeni  olan  və  Müqəddəs  Apostol  Andrey  Pervozvannı  adına  təsis  edilən  ordenin  taxıldığı 

lentin nümunəsi) sarınmış qızılı palıd yarpaqları ilə əhatə olunmuşdur. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

Şəhərlərin gerbləri 

  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə