İraq diplomatı Azərbaycan Tibb
Universitetində
İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Əl-Şuveyli Azərbaycan
Tibb Universitetində (ATU) qonaq olub.
S
entyabrın 1-də Azərbaycan
Tibb Universitetinin (ATU)
Tədris Cərrahiyyə Klinikasında
tədbir keçirilib. Tədbirdə univer-
sitetin rektoru professor Gəray
Gəraybəyli klinikanın yeni direk-
torunu təqdim edib.
Tədbiri açıq elan edən rektor kli-
nikanın direktoru, AMEA-nın müx-
bir üzvü, professor Nuru Bayramo-
va Səhiyyə Nazirliyinin rəhbərliyi
və öz adından gördüyü işlərə görə
təşəkkürünü bildirdikdən son-
ra yeni direktoru təqdim edib. O,
Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin 31 avqust 2016-cı il
tarixli Kollegiyasının qərarı ilə II
Cərrahi xəstəliklər kafedrasının
professoru, tibb elmləri doktoru
Surxay İsmayıl oğlu Hadıyevin
Azərbaycan Tibb Universitetinin
Tədris Cərrahiyyə Klinikasının di-
rektoru vəzifəsinə təyin edildiyini
bildirib. Bu məqsədlə ona gələcək
işində böyük uğurlar arzulayan rek-
tor qeyd edib ki, ATU-nun Tədris
Cərrahiyyə Klinikası universitetin
ən parlaq, ən möhtəşəm hissəsidir.
Qarşımıza qoyduğumuz ən vacib
məqsədlərdən biri budur ki, klini-
ka tam yüksək səviyyədə çalışsın.
Yeni rəhbərliyin də məqsədi yaxşı
olan işi daha da yaxşılaşdırmaq,
müəyyən problemləri aradan qal-
dırmaqdan ibarətdir.
Bundan sonra rektor sözü klinika-
nın yeni direktoru Surxay Hadıyevə
verib.
Yeni təyin olunan direktor ona
göstərilən etimadı doğruldacağını
deyib: “Bu gün həyatımdakı mü-
hüm anlardan biridir. Göstərdikləri
etimada görə rektora və cənab nazir
Oqtay Şirəliyevə öz minnətdarlığımı
bildirirəm və söz verirəm ki, bilik və
bacarığımı bu etimadı doğrultmaq
üçün sərf edəcəyəm. Azərbaycanın
hər yerindən buraya axın var. Ümid
edirəm ki, klinikanı daha da yüksək
yerlərə çatdıracağıq”.
Sonda klinika heyəti də yeni di-
rektoru təbrik edib və ona işlərində
müvəffəqiyyətlər arzulayıb.
Dostları ilə paylaş: |