Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Azərbaycan dəmir yolunun inkişaf tarixi



Yüklə 80,73 Kb.
səhifə3/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   2   3   4   5   6   7   8   9   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Azərbaycan dəmir yolunun inkişaf tarixi

Azərbaycan dəmir yolu Avropanın ilk dəmir yollarından biridir. Onun tarixi 1880-ci il yanvarın 20 dən başlayır. Həmin gün buxar lokomotivi ilə işləyən, yol izi 1524 mm, uzunluğu 20 km olan Sabunçu-Suraxanı dəmir yol xətti istifadəyə verilmişdir. Bu, o zaman Zaqafqaziyada ilk dəmir yol xətti idi.

1879-1883-çü illərdə Bakı-Tiflis-Batumi istiqamətində dəmiryol xətti tikilib istifadəyə verilmişdir. Bakı (Biləcəri)-Dərbənd-Tixoreks dəmir yol xətti ilə qatarların hərəkətinə 1901-ci ildən başlanmışdır. Artıq 1918-ci ildə Azərbaycan Respublikasının dəmir yollarının uzunluğu 866 km idi. Bu isə müasir dəmiryol şəbəkəsinin40%-dən çoxunu təşkil edir.

XIX əsrin sonunda Azərbaycan dəmiryol nəqliyyatında bir nəfər də olsun azərbaycanlı dəmiryolçu mütəxəssis yox idi. Əsrin əvvəlində Sankt-Peterburq dəmir yolları nəqliyyatı universitetinə iki qardaş daxil olurlar – Xudadat bəy və Teymur bəy Məlik Aslanovlar. Universiteti qurtardıqdan sonra hər ikisinə 1-ci dərəcəli diplom təqdim edilir. Hər iki qardaşın həyatı sonralar Azərbaycan dəmiryol nəqliyyatının inkişafına həsr edilmişdir. Əsrin əvvəlində Ələt-Culfa istiqamətində dəmir yolların çəkilməsi ideyası Xudaddat bəyə mənsubdur. Bakı dəmiryol texnikumunun əsasını da Xudadat bəy qoymuşdur.

Hazırda Azərbaycan dəmir yolunun ümumi açılış uzunluğu 2898 km, istismar uzunluğu 2068 km, onlardan 802 km ikiyolludur. Ərazinin hər 1000 km2 –nə 24,6 km dəmiryol xətti düşür. Dəmir yolunun 172 stansiyası vardır ki, onlardan ikisi Biləcəri və Şirvan iri avtomatlaşdırılmış təpə çeşidləmə stansiyasıdır. 12 stansiya isə lazımi maşın və mexanizmlərlə təchiz edilmiş konteyner meydançalarına, 3 stansiya (Keşlə, Gəncə, Xırdalan) iri həcmli konteynerlə yük əməliyyatları aparmaq qabiliyyətinə malikdir.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin