Xətti optimallaşdırma modelləri.
Qeyri-xətti optimallaşdırma modelləri.
Dinamik proqramlaşdırma tipli modellər,
Şəbəkə planlaşdırılması və idarə edilməsi modelləri.
Ehtiyatların optimal idarə edilməsi modelləri.
Kütləvi xidmət modelləri.
Korrelyasiya və reqressiya təhlili modelləri.
Tələb və təklifin bazar tarazlığı modelləri.
İqtsadi qeyri müəyyənlik və risk şəraitində optimal qərarların qəbulu modelləri (iqtisadiyyatın oyun modelləri).
Zaman faktorunu əks etdirmə səviyyəsinə görə iqtisadi-riyazi modellər statik və dinamik modellərə ayrılırlar.
Statik modellərdə iqtisadi sistemlərə xas olan bütün asılılıqlar qeyd edilmiş müəyyən bir dövrə aid olur.Dinamik modellərdə isə iqtisadi sistemin zamana görə dəyişməsi (inkişafı) təhlil edilir. Belə modellərdə inkişafa zamanın törəməsi kimi baxılır.
Alınacaq həllin qarşısına qoyulan tələblər baxımından (daha doğrusu təyinatlarına görə) iqtisadi-riyazi modellər balans modellərinə, optimallaşdırma modellərinə və imitasiya modellərinə ayrılırlar.
İqtisadi sistemlərdə mövcud olan qeyri-müəyyənliklərin nəzərə alınması səviyyəsinə görə iqtisadi-riyazi modellər determinik və stoxastik modellərə ayrılır. Öyrənilən iqtisadi sistemlərə yanaşmanın xarakterinə görə isə iqtisadi-riyazi modelləri diskreptiv və normativ modellərə ayırmaq olar. Diskreptiv modellər «Bu necə baş verir? Bu gələcəkdə necə inkişaf edəcək?» suallarına cavab verir. Normativ modellər isə «Bu necə olmalıdır?» sualını cavablandırır.
İqtisadi-riyazi modelləri başqa əlamətlərinə görə də təsnifata ayırmaq olar. Lakin təsnifləşdirmə əlamətlərindən asılı olmayaraq bütün iqtisadi-riyazi modellərin obyekti, predmeti və məqsədi dəyişməz qalır.
Dostları ilə paylaş: |