Giriş kimyəvi maddələrlə çirklənmə və onun əhalinin sağlamlığına təsiri. İstifadə olunan bəzi preparatların zəhərliliyi. Toksiki metallar 4 Ağır metallarla çirklənmə və onun insan sağlamlığına təsiri. Nəticə Ədəbiyyat Siyahısı Plan



Yüklə 1,81 Mb.
tarix07.11.2022
ölçüsü1,81 Mb.
#67745
Ümumi Kimya

Giriş 1) Kimyəvi maddələrlə çirklənmə və onun əhalinin sağlamlığına təsiri. 2) İstifadə olunan bəzi preparatların zəhərliliyi. 3) Toksiki metallar 4) Ağır metallarla çirklənmə və onun insan sağlamlığına təsiri. Nəticə Ədəbiyyat Siyahısı

PlAN :

Çirklənmə sonrası ayrı-ayrı ekosistemlər, eləcə də biosferin dağılması prosesləri baş verir. Bunun sonunda münbit torpaqlar tükənir, ekosistemlərin və biosferin məsuldarlığı enir. Çirklənmələr insanın fiziki və mənəvi durumuna mənfi təsir edir. Havada, torpaqda və sularda olan ziyanlı kimyəvi maddələr insan sağlamlığı üçün təhlükəyə çevirilir. Onlar həm də immuniteti zəiflədir.


Giriş

Kimyəvi maddələrin canlı orqanizmlərə zərərli təsir göstərmə qabiliyyəti zəhərlilik adlanır. Hələ XVI əsrdə Parasels qeyd etmişdir ki, bütün maddələr zəhərlidr, onların zəhərliliyini yalnız doza (konsentrasiya) təyin edir. Bunu orqanizm üçün həyati zəruri hesab edilən mikroelementlərin (dəmir, mis, sink, kobalt, selen və b.) misalında aydın görmək olar.


1) Kimyəvi maddələrlə çirklənmə və onun əhalinin sağlamlığına təsiri.

Davamlı toksik birləşmələrin siyahısı hələlik tam müəyyənləşdirilməyib. İlkin varianta 64 maddə, o cümlədən 12 davamlı üzvi çirkləndiricilər (DÜÇ) aid edilib dövlətlərarası Stokholm Konvensiyasına daxil edilmişdir

  • Davamlı toksik birləşmələrin siyahısı hələlik tam müəyyənləşdirilməyib. İlkin varianta 64 maddə, o cümlədən 12 davamlı üzvi çirkləndiricilər (DÜÇ) aid edilib dövlətlərarası Stokholm Konvensiyasına daxil edilmişdir

Ev işlərində istifadə olunan preparatların bir çoxunda əlavə zəhərlilik təsiri olur. Köhnə boyağı götürmək üçün həlledici istifadə edilir. Bu preparatlarda dixlormetan ilə yanaşı çox vaxt 32 fenollar, qələvilər və qarışqa turşusu da olur.


2) İstifadə olunan bəzi preparatların zəhərliliyi.

Rakovinləri təmizləmək üçün istifadə edilən mayelər kifayət qədər qatılıqda natrium hidroksidə malik olur. Bundan başqa onlarda 30%-ə qədər natrium nitrit də NaNO2 olur. Odur ki, turş mühitdə nitrit turşusu əmələ gəlir. NaNO2 + HCl → HNO2 + NaCl

3) Toksiki metallar

  • Ətraf mühitin çirklənməsində və canlı orqanizmlər üçün təhlükə mənbəyi olan maddələrdən biri də zəhərli elementlərdir. Bunlar 14 element olub onların toksiki xassələri şübhəsiz konsentrasiyadan çox asılıdır: Hg, Pb, Cd, As, Sb, Al, Be, Fe, Cu, Ba, Cr, Ti. Bunlardan bəziləri aşağı qatılıqda normal həyat fəaliyyəti üçün lazımlı elementlərdir.

Su hövzələrinin, atmosferin, torpağın, kənd təsərrüfatı bitkilərinin və ərzaq məhsullarının toksiki metallarla çirklənməsi aşağıdakı yollarla baş verir:

  • Su hövzələrinin, atmosferin, torpağın, kənd təsərrüfatı bitkilərinin və ərzaq məhsullarının toksiki metallarla çirklənməsi aşağıdakı yollarla baş verir:
  • - sənaye müəssisələrinin tullantıları – xüsusən daş kömür, metallurgiya və kimya zavodları və s;

Ağır metallar Pb, Hg, Cd, As, Sb və s. hətta birləşmələr halında orqanizmə daxil olduqda güclü zəhərlənmələr baş verir. Onlar qanda olan aminturşularla, fermentlərlə və vitaminlərlə kompleks birləşmələr əmələ gətirərək onları «xidmət sahələrindən» çıxararaq orqanizmin həyat fəaliyyətinə ciddi təsir göstərirlər

Təbii mühitin çirklənməsinə həsr olunan ədəbiyyatlarda vanadium, nikel, dəmir, manqan, civə, kadmium, kobalt, mis, qurğuşun, arsen, qalay, sürmə, selen, xrom və sink şərti olaraq ağır metallar adlanır, hərçənd kimyaçıların nöqteyi nəzərincə bu elementlərin hamısı həqiqi metal sayılmır.


4) Ağır metallarla çirklənmə və onun insan sağlamlığına təsiri.

Qurğuşun, kadmium, arsen, civə və onun birləşmələri istənilən konsentrasiyada əksər ali bitkilər və bir çox digər bitkilər üçün zəhərlidir. Lakin son tədqiqatlar göstərdi ki, hətta civə kimi toksik element mikroorqanizmlərdə leykositlərin aktivliyini və maddələr mübadiləsini, həmçinin canlı orqanizmlərin dezintoksikasiyasını stimullaşdırır.

Təbiətdə ağır metalların əksəriyyəti yalnız çox az konsentrasiyada bitkilər və bakteriyalar üçün əlverişlidir. Dəmir, mis, sink, selen, marqans, molibden və bəzi digər elementlər mikrodozalarda canlı orqanizmlər üçün zəruridir.

Mədənlərdən ağır metalların sənayedə çıxarılması prinsip etibarilə onların geokimyəvi tsiklini dəyişdirdi və təbiətdə bir çox metalların konsentrasiyası on və yüz dəfə çoxalmışdır. Aşağıda ayrı-ayrı ağır metalların ətraf mühitə düşməsi mənbələri və insanın sağlamlığına təsiri verilir.


Nəticə

Ədəbiyyat Siyahısı

  • http://sdu-sdtk.edu.az/wp-content/uploads/2020/10/Ekoloji-kimyan%C4%B1n-%C9%99saslar%C4%B1-1.pdf
  • https://az.wikipedia.org/wiki/Kirl%C9%99nm%C9%99
  • http://anl.az/el/Kitab/92715.pdf

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin