•
Analiz etmə bacarığı şagirdin öyrəndiyi materialı tərkib hissələrinə ayırmaqla
onun strukturunu müəyyən etməsidir.
•
Sintez etmə bacarığı elementləri kombinə etməklə tamın alınmasıdır.
•
Qiymətləndirmə bacarığı şagirdin öyrəndiyi materialın əhəmiyyətini müəyyən
edə bilməsidir.
İnteraktiv təlim bilik, bacarıq, təcrübə və vərdişlərə yiyələnməyə, cəmiyyətin
vətəndaşları üçün zəruri sosial və intellektual təfəkkürün, müstəqil fəaliyyət,
müstəqil düşünmə bacarıqlarının inkişafına kömək edən, demokratik üsullarla
aparılan təlim prosesidir. Son tədqiqatların nəticələri göstərir ki, interaktiv təlim
metodları konstruktivizm nəzəriyyəsinə istinad edərək, təlimə İKT-nin yaxından
tətbiqi ilə effektiv nəticə verir.
İnteraktiv təlim modeli öz qarşısına bütün iştirakçıların bir-biri ilə fəal qarşılıqlı
təsirdə əlverişli, rahat öyrənmə şəraitinin yaradılması məqsədini qoyur.
Müəllimlərin dərs prosesində məhz bu modeldən istifadə etmələri təlimə innovativ
məzmun gətirir. İnteraktiv təlimin təşkili həyati situasiyaları modelləşdirmək,
rollu oyunlardan istifadə, situasiyanın təhlili əsasında problemin birlikdə,
əməkdaşlıq şəraitində həllinin üstünlüyü ilə secilir. Aydındır ki, interaktiv dərslər
öz quruluşuna görə ənənəvi dərslərdən xeyli fərqləndiyi üçün onun təşkili
müəllimdən peşəkarlıq və yaradıcı fəallıq tələb edir. Deməli, çevik, düşündürücü
idrak fəallığını doğurmayan metodlar uşaqların marağını təmin etmir, onları
fəaliyyətə qoşmur.
Təlim prosesində işgüzar fəaliyyət mühiti, əməkdaşlıq şəraiti yaradıldığından
iştirakçıların yüksək fəallığı təmin olunur. Sxem 1-də ənənəvi və fəal təlim
arasındakı fərqlər müqayisəli şəkildə göstərilmişdir.
İnteraktiv təlimə tədrisin təşkili və idarə olunması metodlarının məcmusu kimi
baxmaq olar. Bu metodun prinsipləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:
• təlimin subyekt-subyekt xarakteri daşıması;
• şagirdlərin fəal öyrənmə mövqeyi, təfəkkürün müstəqilliyi və sərbəstliyi;
İsmət Məmmədova, Günay Həsənova
Dostları ilə paylaş: