MÜHAZ RƏ MƏTNLƏR
«GÖMRÜK HÜQUQU»
MÖVZU 1.
GÖMRÜK HÜQUQU FƏNN N N PREDMET
1. Gömrük işinin mahiyyəti va strukturu.
2. Gömrük hüququnun predmeti
3. Gömrük hüququnun hüququn digər sahələri ilə əlaqəsi
4. Gömrük siyasəti və gömrük qanunvericiliyi
5. Gömrük işi va bu sahədə qanunvericiliyin inkişaf tarixinə dair
6. Gömrük işi sahəsində qanunvericiliyin formalaşması prosesi
Gömrük işinin mahiyyəti va strukturu.
Azərbaycan iqtisadiyyatında bazar münasibəthrinin inkisafı, xarici iqtisadi
fəaliyyətin daha da liberallaşdırılması, sahibkarlıq və təsərrüfat fəaliyyəti ilə məşğul olan
səxslər, habelə tələbələr, aspirantlar və müəllimlər tərəfindən gomrük işinə, gomrük
məsələləri üzrə qanunvericiliyə, digər tərəfdən isə gömrük hüququnun inkisaf
problemlərinə maraq dairəsinin kəskin surətdə artdığını göstərir. Bu maraq isə gömük
hüququ üzrə vəsaitin olmaması, dövri nəsrlərdə bu sahəyə dair materialların və milli
dildə kitab buraxılışının qismən az olması ilə əlaqədardır.
Digər tərəfdən isə qeyd etmək lazımdır ki, gömrük hüququ üzrə sabiq ittifaq
dövründə nəşr olunmuş tədris vəsaitləri və suveren Rusiya Fеderasiyasına mənsub olan -
Rusiya Gömrük hüququna aid dərsliklər, habelə K. F. Heydərovun «Gömrük işinin
ə
sasları» toplusu (4 cilddə) istisna olmaqla göstərilən sahəyə dair stabil bir dərslik
yoxdur.
Məhz bu göstərilənlər gömrük problemlərinin həlli baxımından bu tədris vəsaitinin
yaranmasına yaradıcılıq impulsu vermişdir.
Müəllif tərəfindən bir sıra aktual gömrük-hüquq problemlərinin həllinə kifayət qədər
istinad, movcud ədəbiyyat mənbələrindən istifadə edilməsi, normativ-hüquqi aktların
müqayisəli və hərtərəfli təhlili, nəticələrin şərhi «Gömrük hüququ» tədris vəsaitinin
işlənib hazirlanmasına səbəb olmuşdur.
Gömrük hüququnun xarakteristikası zamanı Azərbaycan hüquq elminin sərbəst
kompleks bir sahəsi kimi onun təhlilinə xüsusi diqqət yetirilmişdir.
Bir sira mühüm məsələlərin həlli konseptual elmi-nəzəri, praktiki xarakter daşiyir və
tədris vəsaiti ümуmi strukturuna görə ümumi, əsas və xüsusi hissələrdən ibarətdir.
2
Ümumi hissədə Azərbaycan Respublikasında gömrük işinin elmi-nəzəri, hüquqi
ə
sasları, onun strukturu müfəssəl şəkildə öz əksini tapmışdır. Bu hissədə gömrük
hüququnun predmeti, sistem və mənbələri, gömrük hüquq münasibətləri, normaları,
gomrük hüquq münasibətləri və gömrük hüququnun obyektləri və subyektləri, hüquq
pozulmasına görə məsuliyyət məsələləri şərh olunmaqla gömrük hüququnun kompleks
hüquq sahəsinin yeni və sərbəst bir еlementi olduğu göstərilir.
Ə
sas hissədə mal və nəqliyyat vasitələrinin sərhəddən кеçirilməsinin gömrük
rəsmiləşdirilməsinin, nəzarətinin aparılmasının hüquqi tənzimlənməsi qaydaları, gömrük
rejimləri, onlar üzrə gömrük proseduralarının tətbiqinin, gömrük nəzarəti formalarının və
nəhayət gömrük tənzimlənmələrinin, ödənişlərin aпаrılmasının, gömrük güzəştlərinin,
gömrük statistikasının və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılmasının
qanunvericilik, hüquqi-normativ aktların tətbiqi ilə əlaqadar təhlili, tafsiri-sarhi hüquqi
ə
saslarla müqayisəli surətdə verilmişdir.
Xüsusi hissədə isə hüquq-mühafizə statusu verilmiş gömrük orqanlarının inzibati-
hüquqi, inzibati-prosessual, cinayat-hüquqi, cinayat-prosessual, əməliyyat-axtarış
fəaliyyəti formaları, digər tərafdən isə Аzərbаycаn gömrük təşkilatının gömrük işi
sahəsində beynəlxalq - hüquqi əməkdaşlığına dair problemlər hərtərəfli və geniş surətdə
təhlil olunaraq açıqlanmiş və bu sahədə fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatların,
birliklərin xarakteristikaları verilmişdir.
Bir sözlə gömrük hüququ gömrük-hüquq münasibətlərini tənzim1əyən normativ-
hüquqi aktların məcmusu əsasınдa Аzərbаycаn qanunvericiliyinin bir sahəsi kimi, habelə
gömrük-hüquq münasibətləri haqqında biliklərin məcmusu olan bir elm kimi xarakterizə
olunmuşdur.
Müəllifin təqdim etdiyi vəsaitdə qarşıda qoyulan məqsəd вə məsələlərə nail
olunmaqla bu sahədəki aidiyyatı problemlər öz həllini tapmışdır.
Vəsait gömrük hüququnun öyrənilməsinə həsr olunmuş tədris vəsaitlərindəndir və
ş
übhəsiz ki, iqtisadçılar, hüquqşünaslar, xarici iqtisadi fəaliyyatlə məşğul olan iş adamları
və onların partnyorları, tələbələr, müdavimlər, habelə aspirantlar, ümumilikdə isə geniş
oxucu kütləsi üçün geniş maraq doğuracaqdır.
Gömrük işinin mahiyyəti va strukturunun izahı va əsaslandırılması problemi
konseptual-nəzəri deyil, eyni zamanda praktiki əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasinın Gömrük Məcəlləsinin (GM) birinci maddəsinə görə,
Azərbaycan Respublikasında Gömrük işini malların və nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasinın Gömrük sərhəddindən keçirilməsinin qaydaları va şərtləri,
Gömrük ödənişlərinin alınması, Gömrük rəsmiləsdirilməsi, Gömrük nəzarəti və Gömrük
siyasətinin həyata keçirilməsinin digər vasitələri təşkil edir. Bu qişa va səliş tərif
bütünluklə Gömrük işinin məğzini tam aça bilmasə da, əsasən onu xarakterizə edə bilir.
Ilk baxişda Gömrük işi mahiyyət etibari ilə sadə gorünsə da, mürəkkəb və
kompleks xaraktеrli, həm də onun elementlərinin həmcins olmaması ilə diqqəti cəlb edir.
3
Bu Gömrük işinin, mütəlif yönümlü va müxtəlif məqsədli məsələlərin halli yolları ilə
ə
laqədardır. Gömrük işinin özünəməxsusluğu da məhz burada ozünü biruzə verir.
Gömrük işinin tərkibinə yuxanda göstərilanlərdən başqa (GM, maddə 1), Gömrük
statiştikasi və xarici iqtişadi fəaliyyatin mal nomenklaturasının aparıllmasi (XIF MN),
qacaqmalçılıq və Gömrük işi sahəsindəki digər cinayətlərə qarsi mübarizə, Gömrük
qaydalarının pozulması ilə bağlı icraatın apanlmasi, habelə Gömrük qaydalarının
pozulması ilə bağlı işlərə baxılması da aid edilməlidir. Belə bir yanaşma Gömrük işi
strukturunun, nəzəri cəhətdən tam açılmasına xidmət edir.
Gömrük işinin strukturu ümumilikdə aşağidakı 12 blokda öz əksini tapmışdır:
1.
Gömrük siyasəti;
2.
Gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsi (prinsipləri);
3.
Gömrük rejimləri;
4.
Gömrük-tarif tənzimlənməsi;
5.
Gömrük ödənişləri;
6.
Gömrük rəsmiləşdirilməsi;
7.
Gömrük nazarəti;
8.
Gömrük statistikasi və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası;
9.
Qaçaqmalçılıq və Gömrük işi sahəsindəki digər cinayətlər;
10.
Gömrük qaydalarının pozulması və ona göra məsuliyyətlər;
11.
Gömrük qaydalarının pozulmasma gora işlərin icraatı;
12.
Gömrük qaydalarının pozulması üzrə işləra baxılması.
Yuxarıda göstərilən blokların hər biri Gömrük işində nə qədər müstəqil hesab
edilsə də, bu bir о qədər də şərtidir. Çünki onların mahiyyəti, rolu və statusu müxtəlif
olsa da, ümumilikdə Gömrük işinin bütövluyü amilinə (geniş mənada daxili və xarici
iqtişadi məsələlərə) xidmət edir.
Yuхarıda göstərilən ayrı-ayrı blokların statusunu tanzimlamak ücün Gömrük
huququnun müstəsna rоlu vardvr. Ümumilikdə Gömrük huququ müхtəlif hüquq
nоrmaların məcmusundan ibarətdir (inzibati masulivvət normaları və prosessual Gömrük
huquq normaları). Gömrük huququnun inzibati məsuliyyət normaları ilə prosessual
Gömrük huquq normalarını fərqləndirmək lazımdır.
Məsələn, qaçaqmalçılıq, Gömrük ödənişlərindən yayınma və Gömrük işi
sahəsindəki digər cinayətlər inzibati cinayət htiquq normalar ilə tənzimlənir və GM-də
müvafiq maddələrlə göstərilmişdir. Eyni zamanda Gömrük orqanları qacaqmalçılıq və
digər cinayətlər zamanı, hüquq-mühafizə orqanı kimi, cinayətin törədilməsi səbəblərini
və cinayəti törədənlərin şəxsiyyətinin vaxtında müəyyən edilməsi uçün Azərbaycan
Respublikasının cinayət-prosessual qanunvericiliyi əsasında cinayət işi qaldira hilər.
Inzibati Gömrük hüququ normalarının gömrük-prosessual hüququ normalarından
fərqi daha aydin, GM-də öz əksini tapmişdır: «Gömrük qaydalarının pozulması və bu
4
pozuntulara gora məsuliyyət. Gömrük qaydalarının pozulması haqqinda işlər üzra icraat
və həmin işlərə baxılma» . Bu bölmə özlüyündə iki sərbəst yarımbölmədən ibarətdir.
Birinci yarımbölmə inzibati məsuliyyət üzrə Gömrük hüququna daxil olan gomrük
qaydalarının pozulmasının müəyyənləşdirilməsi, pozuntulara görə məsuliyyət, cəza
novləri, gomrük pozuntularinın təsnifatı (siyahışı) və pozuntulara uyğun konkret cəza
növlərinin tətbiq edilməsi məsələlərini əhatə edir.
Ikinci yarımbölmə işə gomrük-prosessual normalarına aid olan, gomrük
qaydalarnıın pozulması haqqında işlərin icraatını və onlara baxılmanın ümumi şərtlərini
ozündə əks etdirən məsələləri əhatə еdir. Hazırda bu müddəalar dəgər bir məcəlləyə
köçürülüb. («Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsi» nə əlavə оlununb
2003 ildə qəbul оlunmuş yеni mətninə)
Gömrük hüququnun predmeti və onun hüququn digər sahələri ilə əlaqəsi
Bildiyiniz kimi, hər bir hüquq sahəsinin öz predmeti və tənzimləmə üsulları vardır.
Gömrük hüququ-hüquq elmləri sahəsində yeni və ən az tədqiq olunmuş, sahə olduğu
üçün digər hüquq sahələri ilə müqayisədə, öz predmeti və tənzimlənmə üsulları barədə
hüquqşünaslar arasında vahid fikir yoxdur. Bclə ki, bir qrup hüquqşünaslar gömrük
hüququnu, ancaq gömrük işi haqqındakı qanunlar barədə konkret, lakin sərbəst olmayan
hüquq sahəsi kimi, digər bir qrupu isə onu inzibati hüquq sahəsinin sərbəst bir qolu kimi
qəbul edirlər.
Hər iki fikir söyləyən hüquqşünasların arqumentlərinin heç də əsassız olmadığını
demək olar. Lakin gömrük hüququnun sərbəst bir sahə olduğu fikri, cəmiyyətdə daha çох
özünə tərəfdar toplaya bilmişdir. Son zamanlar bu sahədə hüquqşünaslarla iqtisadçı
alimlər arasında daha çox elmi mübahisələr gedir. Bu fikir mübadilələrində iqtisadçılar
daha çox iş adamları və sahibkarların dövlət idarəetmə orqanları ilə münasibətlərin
hüquqi cəhətdən daha səmərəli tənzimlənməsini, hüquqşünaslar isə bu münasibətlərin
tənzimlənməsi zamaniı mülki, inzibati, maliyyə və digər hüquq sahələrinin hüquqi
normalarının yerinə yetirilməsini irəli sürürlər.
Gömrük hüququnun sərbəst bir sahə olması ilə bağlı irəli sürülən arqumentləri
araşdiraq.
Bütün hüquq sahələrinin öz konkrct təhqiqat sahəsi predmeti və bu sahəni
tənzimləmək üçün xüsusi hüquqi normalar toplusu vardır.
Ə
gər biz gömrük hüququnun əhatə etdiyi gömrük işinin strukturuna və
xüsusiyyətlərinə diqqət yеtirsək, onda konkret olaraq belə mürəkkəb bir sahənin hüquqi
tənzimlənməsi üçün ayrıca sahəyə ehtiyac olduğunu görərik. Gömrük hüququnun
predmеti gömrük işi sahəsindəki ictimai münasibətlərin hüquqi normalarla
tənzimlənməsidir.
Gömrük işi öz tərkibinə və strukturuna görə çox mürəkkəb olub, kompleks
xaraktcr daşıyır. Ona görə də gömrük işi sahəsindəki ictimai münasibətləri, tənzimlənmə
5
xüsusiyyətlərinə görə müxtəlif hüquq sahələrini əhatə edən aşağıdakı 3 qrupa bölmək
olar:
1)
konstitusiya (dövlət) hüquqları;
2)
üstünlük təşkil edən inzibati və inzibati-prosessual hüquqlar;
3)
mülki, cinayət, əmək və digər hüquq sahələri, habelə qismən bеynəlxalq hüquq;
Ə
gər gömrük işi sahəsindəki ictimai münasibətlər gömrük işinin strukturuna uyğun
təsnif olunarsa, onda aşağıdakı qruplar alınar:
1) Gömrük siyasəti sahəsindəki ictimai münasibətlər;
2)
Mal və nəqliyyat vasitələrinin gömrük sərhəddindən kеçirilməsi ilə əlaqədar
prinsiplər və münasibətlər;
3)
Gömrük rejiminin statusunu xaraktеrizə edən münasibətlər;
4)
Gömrük-tarif tənzimlənməsi sahəsindəki münasibətlər;
5)
Gömrük ödənişlərinin toplanması sahəsindəki münasibətlər;
6)
Gömrük rəsmiləşdirilməsi ilə əlaqədar münasibətlər;
7)
Gömrük nəzarəti sahəsindəki münasibətlər;
8)
Gömrük statistikası və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası
sahəsindəki münasibətlər;
9)
Qaçaqmalçılıq və gömrük işi sahəsindəki digər cinayətlərlə əlaqədar
münasibətlər;
10)
Gömrük qaydalarının pozulması və ona görə məsuliyyətlə bağlı münasibətlər;
11)
Gömrük qaydalarının pozulması ilə əlaqədar işlərin icraatı ilə bağlı
münasibətlər;
12)
Gömrük qaydalarının pozulması ilə bağlı işlərə baxılması ilə əlaqədar
münasibətlər.
Azərbaycan Respublikasının Gömrük Komitəsi qonşu dövlətlərlə və beynəlxalq
təşkilatlarla məhz yuxarıda sadalanan münasibətlər əsasında öz işini aparır.
Yuxarıda qeyd olunan ictimai münasibətlər təkcə hüquqi normalarla deyil,
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində və «Gömrük tarifi haqqında»
qanununda da öz əksini tapmışdır. Bu münasibətlər içərisində daha çох mal və nəqliyyat
vasitələrinin kеçirilməsi, gömrük rejiminin statusu, gömrük rəsmiləşdirilməsi, gömrük
nəzarəti, gömrük ödənişlərinin alınması və gömrük orqanının vəzifəli şəхslərinin hüquqi
vəziyyəti ilə əlaqədar olan ictimai münasibətlər daha üstünlüyə malikdirlər. Bu
münasibətlər idarəеtmə xaraktеrinə malik olub, daha çох inzibati-hüquqi tənzimlənmə
sahəsinə aiddir. Lakin münasibətləri təkcə bu sahə ilə məhdudlaşdırmaq olmaz. Belə ki,
qaçaqmalçılıq və gömrük sahəsindəki digər cinayətlər GM-də göstərildiyi kimi Cinayət
Məcəlləsinin nоrmaları ilə tənzimlənir. Əgər bu sahədə olan pozuntular gömrük
orqanlarının səlahiyyətinə aid edilmişdirsə, onda bu işlər Cinayət-Prosessual Mə-cəllənin
normalarına uyğun həyata kеçirilir.
6
Gömrük qaydalarının pozulması ilə əlaqədar GM-nin X bölməsindəki «Gömrük
qaydalarının pozulması və bu pozuntulara görə məsuliyyət» xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, bu qaydaların tənzimlənməsinin hüquqi normaları, əgər bir tərəfdən, inzibati
hüquq sahəsinə aiddirsə, digər tərəfdən inzibati-prosessual hüquq sahəsinə aiddir.
Gömrük işi sahəsində gömrük tarifi və gömrük ödənişlərinin alınması ilə bağlı
münasibətlərin tənzimlənməsi zamanı inzibati, maliyyə, bank və vergi hüquqları, habelə
valyuta qanunvericiliyi ilə əlaqədar hüquqi normalardan da istifadə olunur.
Bu halları konkret olaraq Gömrük Məcəlləsinə uyğun araşdiraq. Məcəllədə
göstərilir ki, «Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən
aparılan mallara əlavə dəyər vergisinin tətbiqi bu Məcəlləyə və «Ə1avə dəyər vergisi»
haqqında Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir» (1 yanvar 2001-
ci ildən «Azərbaycan Respublikasının Vergi Məcəlləsi» qüvvəyə mindiyinə görə bütün
vergilər bu Məcəllə ilə tənzimlənir): Göründüyü kimi bu zaman münasibətlərin
tənzimlənməsi vergi hüququnun normaları əsasında həyata keçirilir.
Başqa bir misal. Məcəllədə göstərilir ki, «Azərbaycan Respublikasının gömrük
işini aparan icra hakimiyyəti orqanının, Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırmaqla, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan
ayrı-ayrı malların sadələşdirilmiş, güzəştli qaydada Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilmsi üçün miqdar və dəyər məhdudiyyətlərini müəyyən etmək
hüququna malikdir» . Gömrük Komitəsinin Maliyyə Nazirliyi ilə razılaşdıraraq həyata
keçirdiyi bu madd inzibati və maliyyə hüquqlarının hüquqi normaları ilə tənzimlənir.
Məcəllənin 119-cu maddəsinə uyğun olaraq gömrük ödənişlərinin möhlət
verilməsinə və ya vaxtının uzadılmasına görə Milli Bankın verdiyi kreditlər üzrə, həmin
bankın müəyyən etdiyi dərəcələrə uyğun olaraq faizlərin alınıb dövlət büdcəsinə
keçirilməsi zamanı bank hüququnun normativ qaydalarından istifadə olunur.
Gömrük orqanlarında calışan vəzifəli şəxslərin statusu ilə bağlı münasibətlər əmək
hüququnun normalarına uyğun həyata keçirilir. Gömrük Məcəlləsinin maddələrinə görə
gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı, iş vaxtı, əlavə işləməyə görə
ödənişlərin miqdarı, pensiya təminatı, sosial müdafiə və s. habelə оnların hüquq-
mühafizə orqanlarında çalışan dövlət məmurları ilə eyni statusa malik olmaları ilə
ə
laqədar olan bütün münasibətlər əsasən əmək hüququ normaları ilə tənzimlənir.
Məcəllədə nəzərdə tutulan «milli valyuta, milli valyutada qiymətli kağızlar və
xarici valyutaların kеçirilməsi» ilə əlaqədar olan münasibətlər isə Azərbaycan
Respublikasının valyuta qanunvericiliyinin hüquqi normalarına uyğun həyata keçirilir.
Bütün deyilənləri yekunlaşdırmaq istəsək, gömrük işində ictimai münasibətlərin
tənzimlənməsi üçün Konstitusiya (dövlət), inzibati, inzibati-prosessual, maliyyə, cinayət,
ə
mək, bank, pensiya, mülki, habelə qismən beynəlxalq hüquq sahələrinin normaları,
eləcə də valyuta və girov qanunvericiliyinin normalarından istifadə edilməsi, gömrük
7
hüququnun sərbəst bir sahə kimi fəaliyyət götərməsinə nəinki mane olur, əksinə onu
vacib edir.
Bütünlükdə, gömrük işinin hüquqi cəhətdən tənzimlənməsi mexanizmini yalnız
gömrük hüququnun sərbəst hüquq sahəsi olması nəticəsində hayata keçirtmək
mümkündür.
Gömrük hüququnun əsas məqsədləri aşağıdakılardır:
1) gömrük işini həyata keçirmək, onun inkişafını və təkmilləşdirilməsini təmin
etmək üçün, gömrük və digər müvafiq dövlət orqanlarına səmərəli fəaliyyət şəraiti
yaratmaq;
2)
gömrük siyasətinin həyata keçirilməsi üçün optimal, elmi cəhətdən
ə
saslandırılmış və daha çox demokratik dəyərlərə söykənmiş gömrük sistemi yaratmaq;
3)
ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qanuni təminatı, onların birləşdiyi
ictimai birliklərin gömrük işi ilə əlaqədar fəaliyyətləri zamanı, habelə, xarici vətəndaşlar
və vətəndaşlığı olmayan fiziki şəxslərin, həmçinin hüquqi şəхslərin gömrük
qanunvericiliyində nəzərdə tutulan bütün hüquqlarının qorunması üçün möhkəm, sabit
hüquqi təminat yaratmaq;
4) Azərbaycan Respublikasının sosial-iqtisadi üstünlüklərini və maraqlarını
qorumaq (ilk növbədə burada söhbət ölkəmizin iqtisadi suverenliyi və iqtisadi
təhlükəsizliyindən, daxili bazarın qorunmasından, milli iqtisadiyyatın inkişafının
stimullaşdırılmasından, həmçinin Azərbaycan iqtisadiyyatının beynəlxalq əlaqələrindən
getməlidir).
Gömrük hüququnun prinsiplərinə isə aşağıdakılar aiddir:
1)
qanunçuluq;
2)
demokratiklik;
3)
əhatəli və aydın gömrük tənzimlənməsi;
4)
gömrük hüququnun vasitə və alətlərinin səmərəli təminatı;
5)
gömrük işi sahəsində beynəlxalq-hüquqi əməkdaşlıq və təcrübədən
yararlanmaq.
Qanunçuluq-gömrük sisteminin fəaliyyət göstərməsi və gömrük hüququ üçün əsas
prinsip sayilır. Bu prinsip digər sahələrdə olduğu kimi, Konstitusiya ilə təsbit
olunmuşdur. 1995-ci ildə qəbul olunmuş «Azərbaycan Rеspublikası Konstitusiyasının»
7-ci maddəsinin IV bəndində yazılır: «Bu Konstitusiyanın müddəalarına əsasən
qanunvericilik, icra (Gömrük Komitəsi dövlət icra orqanı sayılır- müəllif) və məhkəmə
hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz sə-lahiyyətləri çərçivəsində
müstəqildirlər» . Konstitusiyanın bu maddəsi Dövlət Gömrük Komitəsinə öz
səlahiyyətləri çərçivəsində müstəqillik verməsi bir daha Azərbaycan Respublikasında
sərbəst gömrük siyasəti aparmaq üçün gömrük hüququnun vacibliyini gündəmə gətirir.
8
Azərbaycan Rеspublikası Gömrük Məcəlləsində gömrük siyasətinin əsas
məqsədlərindən biri də məhz Konstitusiya və Azərbaycan Respublikasının qanunvericilik
aktlarından irəli gələn tələblərin icra edilməsidir.
Məcəllənin 243-cü maddəsi bilavasitə gömrük qaydalarının pozulması zamanı
qanunçuluğun təmin edilməsi ilə əlaqədardır.
Maddədə deyilir: «Gömrük qaydalarının pozulması haqqında işlar üzrə icraat və bu
işlərə baxılma, eləcə də tənbehetmə barədə Azərbaycan Respublikası Gömrük
orqanlarının qərarlarının icrası qıti olaraq qanunçuluq əsasında həyata keçirilir.
Azərbaycan Respublikası Gömrük orqanları və onların vəzifəli şəxsləri tərəfindən
gömrük qaydalarının pozulmasına görə təsir vasitələrinin tətbiqi onların səlahiyyətləri
daxilində və dəqiq olaraq Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata
keçirilir» . Bizcə əlavə şərhə ehtiyac yoxdur.
Demokratiklik - gömrük hüququnun prinsipi kimi özünü bir nеçə cür göstərir.
Gömrük Məcəlləsinin Preambulasında öz əksini tapmış «gömrük işi sahəsində təsərrüfat
subyektlərinin, fiziki şəxslərin və dövlət orqanlarının hüquqlarının müdafiəsinin təmin
olunmasının» özü elə demokratikliyin bir formasıdır.
GM-də gömrük orqanlarının əsas funksiyalarından olan ictimai asayişin, əhalinin
mənəviyyatının, insanların həyat və sağlamlığının heyvan və bitkilərin, ətraf mühitin
qorunması, gətirilən malların istehlakçıların mənafeyinin müdafiəsi sahəsində tədbirlərin
həyata keçirilməsi elə dеmokratikliyin nümunələridir. GM-də nəzərdə tutulan
məlumatlandırma və məsləhətvermə, ilkin qərarların qəbul еdilməsi də gömrük
hüququnun demokratik hüquq normalarına əsaslanır. Məcəllənin 40-cı fəsili əsasən
gömrük qaydalarının pozulmasında iştirak edən şəxslərin hüquqlarına həsr olunmuşdur.
Bеlə misalların sayını kifayət qədər artırmaq olar.
Ə
hatəli və aydın gömrük tənzimlənməsi-gömrük işi sahəsindəki ictimai
münasibətlərin hüquqi tənzimlənməsini tam və hərtərəfli əhatə edən gömrük hüququ
prinsipidir. Söhbət bu münasibətlərin imkan daxilində maksimum əhatə oluna
bilməsindən gedir.
Gömrük-hüquq vasitə və alətlərinin səmərəliliyinə təminat və onların
səmərəliləşdirilməsi-dedikdə, gömrük nəzarəti vasitələrinin genişdəndirilməsi, mal
dövriyyəsində müxtəlif gömrük rejimlərindən istifadə, gömrük brokeri, gömrük
tərcüməçisi və s. kimi yeni formalardan istifadə nəzərdə tutulur. Eyni zamanda mal və
nəqliyyat vasitələrinin keçirilməsi, gömrük nəzarəti, gömrük ödənişləri də gömrük-hüquq
vasitə və alətlərindən hesab olunur.
Gömrük işi sahəsində beynəlxalq-hüquqi əməkdaşlıq və bu təcrübədən
yararlanmaq. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin beynəlxalq-hüquqi
ə
məkdaşlıq sahəsindəki fəaliyyəti təqdirəlayiqdir. Belə ki, gömrük işi sahəsindəki
dövlətlərarası və beynəlxalq münasibətlərin tənzimlənməsi zamanı beynəlxalq hüquq
9
normalarından geniş istifadə olunur. Bu tendensiya GM-nin müvafiq maddələrində də öz
ə
ksini tapmışdır.
Məcəllədə
yazılmışdır:
«Azərbaycan
Respublikası
beynəlxalq
iqtisadi
inteqrasiyanın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün digər dövlətlərlə gömrük
ittifaqları, sərbəst iqtisadi zonalar yaradır, gömrük məsələləri üzrə beynəlxalq hüquq
normalarına uyğun sazişlər bağlayır» . 6-ci maddədə isə qeyd olunur ki, dövlətlərarası
müqavilələrdə müəyyən edilən qaydalar, rcspublika qanunvеriciliyində müəyyən olunan
qaydalardan fərqlənərsə, onda dövlətlərarası müqavilələrin qaydaları tətbiq olunur.
Gömrük işi öz tərkibinə və strukturuna görə çox mürəkkəb olub, kompleks
xarakter daşıyır. Ona görə də gömrük işi sahəsindəki ictimai münasibətləri, tənzimlənmə
xüsusiyyətlərinə görə müxtəlif hüquq sahələrini əhatə edən aşağıdakı 3 qrupa bölmək
olar:
1.
konstitusiya (dövlət) hüquqları;
2.
üstünlük təşkil edən inzibati və inzibati-prosessual hüquqlar;
3.
mülki, cinayət, əmək və digər hüquq sahələri, habelə qismən bеynəlxalq
hüquq;
Ə
gər gömrük işi sahəsindəki ictimai münasibətlər gömrük işinin strukturuna uyğun
təsnif olunarsa, onda aşağıdakı qruplar alınar:
1)
Gömrük siyasəti sahəsindəki ictimai münasibətlər;
1.
Mal və nəqliyyat vasitələrinin gömrük sərhəddindən kеçirilməsi ilə əlaqədar
prinsiplər və münasibətlər;
2.
Gömrük rejiminin statusunu xaraktеrizə edən münasibətlər;
3.
Gömrük-tarif tənzimlənməsi sahəsindəki münasibətlər;
4.
Gömrük ödənişlərinin toplanması sahəsindəki münasibətlər;
5.
Gömrük rəsmiləşdirilməsi ilə əlaqədar münasibətlər;
6.
Gömrük nəzarəti sahəsindəki münasibətlər;
7.
Gömrük statistikası və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası
sahəsindəki münasibətlər;
8.
Qaçaqmalçılıq və gömrük işi sahəsindəki digər cinayətlərlə əlaqədar
münasibətlər;
9.
Gömrük qaydalarının pozulması və ona görə məsuliyyətlə bağlı münasibətlər;
10.
Gömrük qaydalarının pozulması ilə əlaqədar işlərin icraatı ilə bağlı
münasibətlər;
11.
Gömrük qaydalarının pozulması ilə bağlı işlərə baxılması ilə əlaqədar
münasibətlər.
Azərbaycan Respublikasının Gömrük Komitəsi qonşu dövlətlərlə və beynəlxalq
təşkilatlarla məhz yuxarıda sadalanan münasibətlər əsasında öz işini aparır.
Yuxarıda qeyd olunan ictimai münasibətlər təkcə hüquqi normalarla deyil,
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində və «Gömrük tarifi haqqında»
10
qanununda da öz əksini tapmışdır. Bu münasibətlər içərisində daha çох mal və nəqliyyat
vasitələrinin kеçirilməsi, gömrük rejiminin statusu, gömrük rəsmiləşdirilməsi, gömrük
nəzarəti, gömrük ödənişlərinin alınması və gömrük orqanının vəzifəli şəхslərinin hüquqi
vəziyyəti ilə əlaqədar olan ictimai münasibətlər daha üstünlüyə malikdirlər. Bu
münasibətlər idarəеtmə xaraktеrinə malik olub, daha çох inzibati-hüquqi tənzimlənmə
sahəsinə aiddir. Lakin münasibətləri təkcə bu sahə ilə məhdudlaşdırmaq olmaz. Belə ki,
qaçaqmalçılıq və gömrük sahəsindəki digər cinayətlər GM-də göstərildiyi kimi Cinayət
Məcəlləsinin nоrmaları ilə tənzimlənir. Əgər bu sahədə olan pozuntular gömrük
orqanlarının səlahiyyətinə aid edilmişdirsə, onda bu işlər Cinayət-Prosessual Mə-cəllənin
normalarına uyğun həyata kеçirilir.
Gömrük qaydalarının pozulması ilə əlaqədar GM-də «Gömrük qaydalarının
pozulması və bu pozuntulara görə məsuliyyət» xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu
qaydaların tənzimlənməsinin hüquqi normaları, əgər bir tərəfdən, inzibati hüquq sahəsinə
aiddirsə, digər tərəfdən inzibati-prosessual hüquq sahəsinə aiddir.
Gömrük işi sahəsində gömrük tarifi və gömrük ödənişlərinin alınması ilə bağlı
münasibətlərin tənzimlənməsi zamanı inzibati, maliyyə, bank və vergi hüquqları, habelə
valyuta qanunvericiliyi ilə əlaqədar hüquqi normalardan da istifadə olunur.
Bu halları konkret olaraq Gömrük Məcəlləsinə uyğun araşdiraq. Məcəllənin 110-cu
maddəsində göstərilir ki, «Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu
ə
razidən aparılan mallara əlavə dəyər vergisinin tətbiqi bu Məcəlləyə və «Ə1avə dəyər
vergisi» haqqında Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir»
Göründüyü kimi bu zaman münasibətlərin tənzimlənməsi vergi hüququnun normaları
ə
sasında həyata keçirilir.
Başqa bir misal. Məcəllədə göstərilir ki, «Azərbaycan Respublikasının gömrük
işini aparan icra hakimiyyəti orqanının, Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırmaqla, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan
ayrı-ayrı malların sadələşdirilmiş, güzəştli qaydada Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilmsi üçün miqdar və dəyər məhdudiyyətlərini müəyyən etmək
hüququna malikdir» . Gömrük Komitəsinin Maliyyə Nazirliyi ilə razılaşdıraraq həyata
keçirdiyi bu madd inzibati və maliyyə hüquqlarının hüquqi normaları ilə tənzimlənir.
Məcəlləyə uyğun olaraq gömrük ödənişlərinin möhlət verilməsinə və ya vaxtının
uzadılmasına görə Mərkəzi Bankın verdiyi kreditlər üzrə, həmin bankın müəyyən etdiyi
dərəcələrə uyğun olaraq faizlərin alınıb dövlət büdcəsinə keçirilməsi zamanı bank
hüququnun normativ qaydalarından istifadə olunur.
Gömrük orqanlarında calışan vəzifəli şəxslərin statusu ilə bağlı münasibətlər əmək
hüququnun normalarına uyğun həyata keçirilir. Məcəllənin maddələrinə görə gömrük
orqanlarının vəzifəli şəxslərinin əmək haqqı, iş vaxtı, əlavə işləməyə görə ödənişlərin
miqdarı, pensiya təminatı, sosial müdafiə və s. habelə оnların hüquq-mühafizə
11
orqanlarında çalışan dövlət məmurları ilə eyni statusa malik olmaları ilə əlaqədar olan
bütün münasibətlər əsasən əmək hüququ normaları ilə tənzimlənir.
Məcəllənin maddəsində nəzərdə tutulan «milli valyuta, milli valyutada qiymətli
kağızlar və xarici valyutaların kеçirilməsi» ilə əlaqədar olan münasibətlər isə Azərbaycan
Respublikasının valyuta qanunvericiliyinin hüquqi normalarına uyğun həyata keçirilir.
Bütün deyilənləri yekunlaşdırmaq istəsək, gömrük işində ictimai münasibətlərin
tənzimlənməsi üçün Konstitusiya (dövlət), inzibati, inzibati-prosessual, maliyyə, cinayət,
ə
mək, bank, pensiya, mülki, habelə qismən beynəlxalq hüquq sahələrinin normaları,
eləcə də valyuta və girov qanunvericiliyinin normalarından istifadə edilməsi, gömrük
hüququnun sərbəst bir sahə kimi fəaliyyət götərməsinə nəinki mane olur, əksinə onu
vacib edir.
Bütünlükdə, gömrük işinin hüquqi cəhətdən tənzimlənməsi mexanizmini yalnız
gömrük hüququnun sərbəst hüquq sahəsi olması nəticəsində hayata keçirtmək
mümkündür.
Gömrük hüququnun əsas məqsədləri aşağıdakılardır:
1) gömrük işini həyata keçirmək, onun inkişafını və təkmilləşdirilməsini təmin
etmək üçün, gömrük və digər müvafiq dövlət orqanlarına səmərəli fəaliyyət şəraiti
yaratmaq;
4)
gömrük siyasətinin həyata keçirilməsi üçün optimal, elmi cəhətdən
ə
saslandırılmış və daha çox demokratik dəyərlərə söykənmiş gömrük sistemi yaratmaq;
5)
ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qanuni təminatı, onların birləşdiyi
ictimai birliklərin gömrük işi ilə əlaqədar fəaliyyətləri zamanı, habelə, xarici vətəndaşlar
və vətəndaşlığı olmayan fiziki şəxslərin, həmçinin hüquqi şəхslərin gömrük
qanunvericiliyində nəzərdə tutulan bütün hüquqlarının qorunması üçün möhkəm, sabit
hüquqi təminat yaratmaq;
4) Azərbaycan Respublikasının sosial-iqtisadi üstünlüklərini və maraqlarını
qorumaq (ilk növbədə burada söhbət ölkəmizin iqtisadi suverenliyi və iqtisadi
təhlükəsizliyindən, daxili bazarın qorunmasından, milli iqtisadiyyatın inkişafının
stimullaşdırılmasından, həmçinin Azərbaycan iqtisadiyyatının beynəlxalq əlaqələrindən
getməlidir).
Gömrük hüququnun prinsiplərinə isə aşağıdakılar aiddir:
6)
qanunçuluq;
7)
demokratiklik;
8)
əhatəli və aydın gömrük tənzimlənməsi;
9)
gömrük hüququnun vasitə və alətlərinin səmərəli təminatı;
10) gömrük işi sahəsində beynəlxalq-hüquqi əməkdaşlıq və təcrübədən
yararlanmaq.
Qanunçuluq-gömrük sisteminin fəaliyyət göstərməsi və gömrük hüququ üçün əsas
prinsip sayilır. Bu prinsip digər sahələrdə olduğu kimi, Konstitusiya ilə təsbit
12
olunmuşdur. 1995-ci ildə qəbul olunmuş «Azərbaycan Rеspublikası Konstitusiyasının»
7-ci maddəsinin IV bəndində yazılır: «Bu Konstitusiyanın müddəalarına əsasən
qanunvericilik, icra (Gömrük Komitəsi dövlət icra orqanı sayılır- müəllif) və məhkəmə
hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz sə-lahiyyətləri çərçivəsində
müstəqildirlər» . Konstitusiyanın bu maddəsi Dövlət G. mrük Komitəsinə öz
səlahiyyətləri çərçivəsində müstəqillik verməsi bir daha Azərbaycan Respublikasında
sərbəst gömrük siyasəti aparmaq üçün gömrük hüququnun vacibliyini gündəmə gətirir.
Azərbaycan Rеspublikası Gömrük Məcəlləsinin 2-ci maddəsində gömrük
siyasətinin əsas məqsədlərindən biri də məhz Konstitusiya və Azərbaycan
Respublikasının qanunvericilik aktlarından irəli gələn tələblərin icra edilməsidir.
Məcəllənin müvafiq maddəsi bilavasitə gömrük qaydalarının pozulması zamanı
qanunçuluğun təmin edilməsi ilə əlaqədardır.
Məcəllədə deyilir: «Gömrük qaydalarının pozulması haqqında işlar üzrə icraat və
bu işlərə baxılma, eləcə də tənbehetmə barədə Azərbaycan Respublikası Gömrük
orqanlarının qərarlarının icrası qıti olaraq qanunçuluq əsasında həyata keçirilir.
Azərbaycan Respublikası Gömrük orqanları və onların vəzifəli şəxsləri tərəfindən
gömrük qaydalarının pozulmasına görə təsir vasitələrinin tətbiqi onların səlahiyyətləri
daxilində və dəqiq olaraq Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata
keçirilir» . Bizcə əlavə şərhə ehtiyac yoxdur.
Demokratiklik - gömrük hüququnun prinsipi kimi özünü bir nеçə cür göstərir.
Gömrük Məcəlləsinin Preambulasında öz əksini tapmış «gömrük işi sahəsində təsərrüfat
subyektlərinin, fiziki şəxslərin və dövlət orqanlarının hüquqlarının müdafiəsinin təmin
olunmasının» özü elə demokratikliyin bir formasıdır.
GM-nin maddəsində gömrük orqanlarının əsas funksiyalarından olan ictimai
asayişin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının heyvan və bitkilərin,
ə
traf mühitin qorunması, gətirilən malların istehlakçıların mənafeyinin müdafiəsi
sahəsində tədbirlərin həyata keçirilməsi elə dеmokratikliyin nümunələridir. GM-də
nəzərdə tutulan məlumatlandırma və məsləhətvermə, ilkin qərarların qəbul еdilməsi də
gömrük hüququnun demokratik hüquq normalarına əsaslanır. Məcəllənin müvafiq fəsili
ə
sasən gömrük qaydalarının pozulmasında iştirak edən şəxslərin hüquqlarına həsr
olunmuşdur. Bеlə misalların sayını kifayət qədər artırmaq olar.
Ə
hatəli və aydın gömrük tənzimlənməsi-gömrük işi sahəsindəki ictimai
münasibətlərin hüquqi tənzimlənməsini tam və hərtərəfli əhatə edən gömrük hüququ
prinsipidir. Söhbət bu münasibətlərin imkan daxilində maksimum əhatə oluna
bilməsindən gedir.
Gömrük-hüquq vasitə və alətlərinin səmərəliliyinə təminat və onların
səmərəliləşdirilməsi-dedikdə, gömrük nəzarəti vasitələrinin genişdəndirilməsi, mal
dövriyyəsində müxtəlif gömrük rejimlərindən istifadə, gömrük brokeri, gömrük
tərcüməçisi və s. kimi yeni formalardan istifadə nəzərdə tutulur. Eyni zamanda mal və
13
nəqliyyat vasitələrinin keçirilməsi, gömrük nəzarəti, gömrük ödənişləri də gömrük-hüquq
vasitə və alətlərindən hesab olunur.
Gömrük işi sahəsində beynəlxalq-hüquqi əməkdaşlıq və bu təcrübədən
yararlanmaq. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin beynəlxalq-hüquqi
ə
məkdaşlıq sahəsindəki fəaliyyəti təqdirəlayiqdir. Belə ki, gömrük işi sahəsindəki
dövlətlərarası və beynəlxalq münasibətlərin tənzimlənməsi zamanı beynəlxalq hüquq
normalarından geniş istifadə olunur. Bu tendensiya GM-nin müvafiq maddələrində də öz
ə
ksini tapmışdır.
Məcəllənin müvafiq maddəsində yazılmışdır: «Azərbaycan Respublikası
beynəlxalq iqtisadi inteqrasiyanın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün digər
dövlətlərlə gömrük ittifaqları, sərbəst iqtisadi zonalar yaradır, gömrük məsələləri üzrə
beynəlxalq hüquq normalarına uyğun sazişlər bağlayır». Müvafiq maddədə isə qeyd
olunur ki, dövlətlərarası müqavilələrdə müəyyən edilən qaydalar, rcspublika
qanunvеriciliyində müəyyən olunan qaydalardan fərqlənərsə, onda dövlətlərarası
müqavilələrin qaydaları tətbiq olunur.
Поделитесь с Вашими друзьями: |