GÖMRÜk hüququ fənn n n predmet



Yüklə 1.6 Mb.
Pdf просмотр
səhifə12/24
tarix16.06.2017
ölçüsü1.6 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

Gömrük  ərazisindən  kənarda  malların  emalı  –  Azərbaycan  mallarını  iqtisadi 
siyasət tədbirləri tətbiq etmədən ixrac edib, onlardan AR-nın gömrük ərazisindən kənarda 
emal  üçün  istifadə  edilməsindən  və  sonra  emal  məhsullarının  tamamilə  və  ya  qismən 
gömrük rüsumlarında, vergilərdən azad etməklə və onlara iqtisadi siyasət tədbirləri tətbiq 
etmədən  bu  məhsulların  AR-nın  gömrük  ərazisində  sərbəst  dövriyyə  üçün 
buraxılmasından ibarətdir.  
Gömrük  ərazisində  malların  emalı  rejimində  malların  üzərində  ancaq  gömrük 
ə
razisində malların emalı üçün nəzərdə tutulan əməliyyatlar aparıla bilər.  
AR-da  bu  gömrük  rejiminin  tətbiqinin  bariz  nümunəsi  ölkəmizdə  əkilən  şəkər 
çuğundurunun  ran  slam  Respublikasına  aparılması  və  istehsal  olunaraq  şəkər  tozu 
şə
klində geri qaytarılmasıdır.  
Gömrük ərazisindən kənarda malların emalı üçün DGK-dən icazə alınmalıdır.  cazə 
aşağıdakı şərtlər daxilində verilir: 
1)  əgər  AR-nın  gömrük  orqanı  emal  məhsullarının  ixrac  olunmuş  malların  emalı 
nəticəsində alındığını müəyyənləşdirməyi mümkün hesab etdikdə; 
2)  əgər  malların  gömrük  ərazisindən  kənarda  emal  edilməsi  AR-nın  iqtisadi 
mənafeyinə ciddi ziyan vurmursa.  
 Gömrük  ərazisindən  kənarda  malların  emalı  rejimindən  istifadə  aşağıdakı hallarda 
mümkün deyildir: 
1) əgər malların ixracı idxal gömrük rüsumlarının, vergilərin qaytarılmasını, ondan 
azad etməni, yaxud ixrac zamanı verilən ödəmələri tələb etmək üçün əsas verirsə; 
2)  əgər  mallar  ixrac  edilməzdən  əvvəl  idxal  gömrük  rüsumlarından,  vergilərdən 
tamamilə  azad  olunmaqla  sərbəst  dövriyyəyə  buraxılıbsa,  azadetmədən  istifadə  başa 
çatanadək; 
3) DGK-nin Nazirlər Kabineti ilə razılaşma əsasında müəyyən etdiyi digər hallarda.  
Gömrük  ərazisindən  kənarda  malların  emal  müddəti,  hasilat  miqdarı  gömrük 
orqşanları tərəfindən müəyyənləşdirilir.  
Malların  ixracı  -  xarici  malların  mövcud  qanunvericiliyə  uyğun  olaraq  idxal 
gömrük  rüsumları.  ö  vergilər  alınmadan  və  ya  qaytarılmaqla,  həmçinin  iqtisadi  siyasət 
tədbirləri  tətbiq  olunmadan  AR-nın  gömrük  ərazisindən  ixrac  olunmasından  ibarət 
gömrük rejimidir.  
Malların  təkrar  ixracı  DGK-nin  müəyyən  etdiyi  qaydad  gömrük  orqanları,  AR-nın 
qanunvericilik  aktlarında  və  AR-nın  dövlətlərarası  müqavilələrində,  müəyyən  edilən 
digər hallarda isə müvafiq icra hakimiyyətinin icazəsi ilə həyata keçirilir.  
Təkrar ixrac edilən mallar aparılarkən ödnəilmiş idxal gömrük rüsumları və vergilər 
aşağıdakı şərtlərlə qaytarılır: 

112 
 
1)
  təbii  aşınma  nəticəsində  dəyişikliklər  və  ya  normal  şəraitdə  daşınma  və 
saxlancitgtləriistisna  edilməklə,  təkrar  ixrac  edilən  mallar  idxal  olunduğu  andakı 
vəziyyətdədirsə; 
2)
  mallarıntəkrar  ixracı  idxal  anından  başlayaraq  iki  il  müddətində  həyata 
keçirilirsə; 
3)
  təkrar ixrac edilən mallar gəlir əldə etmək məqsədilə istifadə edilməmişdirsə.  
Malların məhv edilməsi – xaric malların gömrük rüsumları və vergilər alınmadan, 
həmçinin  mallara  iqtisadi  siyasət  tədbirləri  tətbiq  edilmədən  onların  gömrük  nəzarəti 
altında istifadə üçün yararsız hala gətirilməsi də daxil olmaqla məhv edilməsindən ibarət 
gömrük rejimidir.  
Qanunvericiliklə müəyyən olunmuş müstəsna hallarda təkrar idxal edilən mallara və 
yerli  mallara  da  bu  rejim  tətbiq  edilə  bilər.  Ətraf  mühitə  ziyan  dəyə  biləcəyi  halda  və 
DGK-nin müəyyən etdiyi digər hallarda malların məhv edilməsinə icazə verilmir.  
Malların məhv edilməsi və yaranan tullantıların zərərsizləşdirilməsi dövlət nəzarəti 
altında mal sahibinin hesabına həyata keçirilir.  
Yaranan  tullantılar  nəzarətində  olan  xarici  mal  kimi  müvafiq  dövlət  rejimi  altında 
yerləşdirilir.  
Aşağıdakı malların bu gömrük rejimi altında məhv edilməsinə icazə verilmir: 
- ixrac üçün qadağan olunmuş; 
- girov kimi qəbul edilmiş; 
- üstünə həbs qoyulmuş; 
- qaçaqmalçılıq və digər cinayətlər zamanı ələ keçirilmiş; 
- məhkəmə tərəfindən müsadirəsinə icazə verilmiş; 
- AR-nın bədii, tarixi və arxeoloji dəyərli əşyaları (o cümlədən, xarici ölkələrəin): 
- məhv olmaq təhlükəsi olan heyvan və bitki növləri.  
Malların  məhv  edilməsi  və  ya  onların  məhv  edilməsi  nəticəsində  yaranmış 
tullantıların müvafiq gömrük rejimi altında yerləşdirilməsi üçün qanunveriliklə müəyyən 
olunmuş  tələblərə  və  şərtlərə  əməl  edilməməsinə  görə  fiziki  şəxslər  şərti  maliyyə 
vahidinin  10  mislindən  20  mislinədək,  vəzifəli  şəxslər  20  mislindən  55  mislinədək, 
hüquqi şəxslər isə 50 mislindən 100 mislinədək cərimə edilir.  
Dövlətin xeyrinə maldan imtina – gömrük rüsumları və vergilər alınmadan, habelə 
iqtisadi  siyasət  tədbirləri  tətbiq  edilmədən  şəxsin  maldan  imtina  etməsindən  ibarət 
gömrük rejimidir.  
Dövlətin xeyrinə maldan imtinaya qanunvericiliyə uyğun qaydada DGK-nin icazəsi 
ilə yol verilir. Bu zaman dövlətin sərəncamına keçirilmiş mala görə dövlət heç bir xərc 
ödəmir.  
Aşağıdakı mallardan dövlət xeyrinə imtinaya icazə verilmir: 
- AR-na gətirilməsi qadağan olan mallar; 

113 
 
-  əvvəllər  sərbəst  dövriyyə  üçün  buraxılmış  və  təkrar  idxal  rejimi  altında  olan 
mallar; 
- silah və sursatlar, uran, şifrəli texnika, narkotik  maddələr, müxtəlif növ enerjilər, 
müxtəlif tullantılar və s.  
Müəyyən  gömrük  rejimi  altında  yerləşdirilmiş  mallar  və  nəqliyyat  vasitələri  ilə 
qanunsuz  əməliyyatlar  aparılması,  onların  vəziyyətinin  dəyişdirilməsi,  onlardan  istifadə 
edilməsi  və  onların  üzərində  sərəncam  verilməsinə  görə  inzibati  xətanın  bilavasitə 
obyekti  olan  mallar  və  nəqliyyat  vasitələri  müsadirə  edilir,  yaxud  onlarının  dəyərinin 
10%-dən 30%-dək miqdarda cərimə edilir.  
 
 
 
 
 
MÖVZU 7.  
 
GЮMRЦK RЯSMILЯШDIRILMЯSI VЯ ЭЮMRЦK NЯZARЯTININ  
HЦQUQI TЯNZIMLƏNMƏSI.  
 
1. Gömrük rəsmiləşdirilməsinin mahiyyəti 
2. Gömrük rəsmiləşdirilməsinin hüquqi tənzimlənməsi 
3. Yük gömrük bəyannaməsinin əsas bölmələrinin xarakteristikası 
4. Gömrük nəzarətinin hüquqi tənzimlənməsi 
 
Gömrük rəsmiləşdirilməsinin hüquqi tənzimlənməsi.  
Gömrük  sərhədindən  keçirilən  malların  və  nəqliyyat  vasitələrinin  gömrük 
orqanlarına öəyan edilməsi prosesi gömrük rəsmiləşdirilməsi adlanır.  
Gömrük  rəsmiləşdirilməsi  malları  göndərənin  və  ya  alanın,  yaxud  struktur 
bölmələrinin  yerləşdiyi  yer  üzrə  gömrük  orqanının  fəaliyyət  zonasında,  bu  iş  üçün 
müəyyən edilmiş yerlərdə aparılır. Gömrük rəsmiləşdərilməsinin aparılma qaydalarını və 
vaxtını DGK müəyyən edir.  
Gömrük  qanunvericiliyinə  uyğun  olaraq  malların  və  nəqliyyat  vasitələrinin  əsas 
gömrük  rəsmiləşdirilməsi  və  müəyyən  gömrük  rejimi  altında  yerləşdirilməsinə  qədər 
aparılan  gömrük  işinə  aid  bütün  hərəkətlər  ilkin  əməliyyatlar  sayılır.  Bu  əməliyyatlar 
malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsinin və onların müəyyən 
gömrük  rejimi  altında  yerləşdirilməsinin  asanlaşdırılması  və  tezləşdiriliməsinə  xidmət 
edir.  
lkin  əməliyyatlar  zamanı  gömrük  orqanları  ölkə  ərazisinə  gətirilməsi  və  ölkədən 
aparılmasına  qadağan  qoyulmuş  mal  və  nəqliyyat  vasitələrinin  gətirilməsinə  və 
aparılmasına yol vermirlər.  

114 
 
Mallar  və  nəqliyyat  vasitələri  ölkənin  gömrük  ərazisinə,  eyni  zamanda  sərbəst 
gömrük  zonaları  ərazisindən  və  sərbəst  anbarlardan  ölkənin  gömrük  ərazisinin  digər 
hissələrinə  gətirilərkən  daşıyıcı  gömrük  sərhədini  keçmə  barədə  mvafiqş  gömrük 
orqanına məlumat verməlidir.  
DGK-nin  müəyyən  etdiyi  müddətlərdə  mallara  və  nəqliyyat  vasilərinə  aid  olan 
gbmrük bəyannaməsinin və ya gömrük məqsədləri üçün tələb olunan digər sənədlərin və 
ə
lavə  məlumatların  tələb  edilməməsinə  görə  fiziki  şəxslər  şərti  maliyyə  vahidinin  5 
milindən 10 mislinədək, vəzifəli şəxslər 10 milindən 40 mislinədək, hüquqi şəxslər isə 35 
milindən 100 mislinədək miqdarda cərimə edilir.  
Mallar  və  nəqliyyat  vasitələri  ölkədən  aparılarkən  onları  aparan  şəxs  əvvəlcədən 
gömrüe orqanına məlumat verir. Gömrük orqanı bu məlumatı qeüdə aldıqdan sonra mal 
və  nəqliyyat  vasitələrinin  gömrük  rəsmiləşdirilməsinin  vaxtını  və  yerini  müəyyən  edir. 
Bundan sonra malları və nəqliyyat vasitələrini aparan şəxs və ya daşıyıcı onları gömrük 
roqanının  müəyyən  etdiyi  yerə  gətirməli  və  orada  saxlamalıdır.  Gömrük 
rəsmiləşdirilməsindən  keçməyən  mal  və  nəqliyyat  vasitələrin  heç  kəs  istifadə  etmək  və 
sərəcam vermək səlahiyyətinə malik deyildir (DGK-nin müəyyən etdiyi istisna hallardan 
başqa).  
Gömrük  rəsmiləşdirilməsinin  icraatı  qaydasının  pozulmasına  görə  fiziki  şəxslərə 
xəbərdarlıq edilir və ya onlar şərti maliyyə vahidinin 5 mislindən 7 mislinədək, vəzifəli 
şə
xslərə xəbərdarlıq edilir və ya onlar şərti maliyyə vahidinin 10 milindən 50 mislinədək, 
hüquqi şəxslər isə 30 milindən 100 mislinədək miqdarda cərimə edilir.  
Mallar  və  nəqliyyat  vasitələri  gətirildiyi  yerdə  gömrük  nəzarətinə  verilir,  sənədləri 
isə gömrüe orqanlarına təqdim olunur.  
Mallar  təqdim  ediləndən  sonra  gömrük  orqanının  icazəsi  ilə  mallar  barədə 
səlahiyyətli şəxslər və onların nümayəndələri malları gömrük rejimi altında yerləşdirmək 
üçün onlardan prob və nümunələr götürə və onların tədqiqatı (ekspertiza) aparıla bilər.  
Prob  və  nümunələr  onları  tədqiq  etməyə  imkan  verən  minimum  miqdarda  (və  ya 
sayda)  gö.  türülür.  DGK-nin  müəyyən  etdiyi  formada  gömrük  nəzarəti  altında  malların 
prob və nümunələrinin götürülməsi haqqında akt tərtib olunur. Mallar barədə səlahiyyəti 
olan  şəxslər  və  onların  nümayəndələri  götürülmüş  prob  və  nümunələr  üzrə  aparılmış 
tədqiqatın nəticələri ilə tanış olmaq hüququna malikdirlər. Digər dövlət nəzarət orqanları 
(baytarlıq,  fitosanitar,  ekoloji)  tərəfindən  götürülmüş  prob  və  nümunələri  tədqiqinin 
nəticələrihaqqında gömrük orqanlarına məlumat verilir.  
Götürülmüş prob və nümunələrə görə gömrük orqanları mal sahiblərinə hər hansı bir 
xərc ödəmir.  
Malların  prob  və  nümunələrinin  götürülməsini  qaydalarını,  onların  tədqiq  olunma 
müddətlərini,  həmçinin  onlar  barədə  sərəncam  verəm  qaydalarını  DGK-nin  rəhbərliyi 
müəyyən edir.  

115 
 
Barəsində g.  mrük  rəsmiləşdirilməsi  başa çatmamış  mallar  və  nəqliyyat  vasitğələri 
ilə aparılan qanunsuz əməliyyatlar, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə 
olunması  və  onlar  üzərində  sərəncam  verəm  qaydalarının  pozulmasına  görə  inzibati 
xətanın  bilavasitə  obyekti  olan  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  10%-dən 
100%-dək miqdarda cərimə edilir.  
DGK-nin tətbtq etdiyi eyniləşdirmə vasitələrinin dəyişdirilməsinə, məhv edilməsinə, 
zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər şərti maliyyə vahidinin 5 mislindən 
15  mislinədək,  vəzifəli  şəxslər  15  mislindən  40mislinədək,  hüquqi  şəxslər  isə  40 
mislindən 100mislinədək miqdarda cərimə olunur.  
Mallar və nəqliyyat vasitələri müəyyən gömrük rejimi altında yerləşdirilənədək qısa 
bəyannamə tətbiq edilə bilər.  
Qısa  bəyannamə  daşıyıcı  tərəfindən  mallar  və  nəqliyyat  vasitələrinin  təqdim 
edilməsi  ilə  eyni  vaxda  və  ya  növbəti  iş  günündən  gec  olmayaraq  verilir.  Əgər  mallar 
qısa müddət ərzində hər hansı bir gömrük rejimi altında yerləşdirilərsə, qısa bəyannamə 
verilmir.  Daşıyıcı  bütün  hallarda  gömrük  orqanlarına  köməklik  göstərməlidir.  Gömrük 
daşıyıcısı nə deməkdir? 
Gömrük  daşıyıcısı  -  AR-nın qanınvericiliyinə uyğun olaraq yaradılmış AR DGK-
dən  gömrük  daşıyıcısı  kimi  fəaliyyət  göstərmək  üçün  icazə  almış  hüquqi  şəxs  olan 
müəssisələrdir. Gömrük daşıyıcısı ilə mallar və onlara aid sənədləri göndərənlər arasında 
qarşılıqlı münasibətlər müqavilə yolu ilə tənzimlənir.  
Gömrük  daşıyıcısına  icazənin  verilməsi  və  alınması  GM-nin  müvafiq  maddəsinə 
ə
sasən həyata keçirilir.  
Gömrük  rəsmiləqşdirilməsi  zamanı  bəzən  malların  sahibləri  deyil,  onların 
nümayəndəsi iştirak edir ki, bunlar gömrük brokeri adlanır.  
AR  qanunvericiliyinin  tələbləri  pozulmaqla  gömrük  daşıyıcısı  qanunsuz  fəaliyyət 
göstərilməsinə  görə  şərti  maliyyə  vahidinin  50  mislindən  200  mislinədək  miqdarda 
cərimə edilir.  
Gömrük brokeri (vasitəçi) – DGK-dən icazə almış hüquqi şəxs olan müəssisədir. 
Gömrük  vasitəçisi  təmsil  etdiyi  şəxslərlə  qarşılıqlı  hüquqi  münasibətlərini  notariatda 
təsdiq olunmuş müqavilələrlə tənzimləyir.  
Gömrük  brokeri  kimi  fəaliyyət  göstərmək  hüququ verən icazəni  almaq  üçün  bütün 
tələblər gömrük qanunvericiliyinə uyğun həyata keçirilir.  
Gömrük vasitəçisinin təmsil etdiyi şəxsin tapşırığı il əvə onun hesabına öz adından 
gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər 
vasitəçilik funksiyalarını yerin yetirmək hüququ vardır.  
Gömrük  rəsmiləşdirilməsi  həyata  keçirilərkən  gömrük  vasitəçisi  ölkənin  gömrük 
sərhədddindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və 
həmin  şəxs  kimi  tam  məsuliyyət  daşıyır.  Gömrük  vasitəçisinin  adından  çıxış  edən  şəxs 
mütləq DGK-dən ixtisas attestatı almış mütəxəssis olmalıdır.  

116 
 
Gömrük  brokeri  kimi  qanunsuz  fəaliyyət  göstərilməsi  və  ya  bu  cür  fəaliyyət 
qaydalarının və şərtlərinin pozulmasına görə şərti maliyyə vahidinin 100 mislindən 200 
mislinədək cərimə olunur.  
Yuxarıda  qeyd  etdiyimiz  kimi  gömrük  sərhəddindən  keçirilən  mallar  və  nəqliyyat 
vasitələri  və  ya  aid  olduğu  gömrük  rejimi  dəyişdirilən  mallar  və  nəqliyyat  vasitələri, 
habelə  qanunvericiliyə  uyğun  digər  hallarda  mallar  və  nəqliyyat  vasitələri  gömrük 
orqanlarına bəyan edilir.  
Bəyanetmə yazılı, şifahi, elektron cihazlar vasitəsilə ivə digər formalarda, mallar və 
nəqliyyat  vasitələri,  onların  gömrük  rejimi  haqqında  və  gömrük  məqsədləri  üçün  lazım 
olan digər dəqiq məlumatların verilməsi yolu ilə həyata keçirilir.  
Malların  və  nəqliyyat  vasitələrinin  bəyanetmə  qaydasının  pozulmasına  görə  fiziki 
şə
xslər şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək, vəzifəli şəxslər 15 mislindən 
50 mislinədək, hüquqi şəxslər isə 30 mislindən 100 mislinədək cərimə edilir.  
Sərnişinlərin əl yükü və baqajları (təyyarəyə veriləcək yüklər) şifahi bəyanetmə ilə 
gömrük rəsmiləşdirilməsindən keçə bilər.  
Beynəlxalq  hava  limanlarında  sərnişinlərin  «yaşıl  dəhliz»  lə  keçidi  bəyanetmənin 
digr formalarına bariz misaldır. Bu halda sərnişin onda gömrük nəzarətindən keçiriləcək 
heç bir yükün olmaması barədə gömrük əməkdaşına bəyan edir.  
Fiziki  şəxslərin  əşyalarının  və  ya  poçt  göndərişlərinin  gömrük  rəsmiləşdirilmələri 
praktikada gömrük bəyannaməsinin müxtəlif formaları kim qəbul edilir.  
Ticarət  işlərində  əsasən  yazılı  və  elektron  ötürücü  vasitələrlə  bəyanetmə 
formalarından  istifadə  olunur.  Bu  cür  bəyanetmənin  əsas  sənədi  gömrük  yük 
bəyannaməsmi adlanır.  
Yük Gömrük Bəyannaməsi (YGB) – rəsmi sənəd olub, müəyyən olunmuş formada 
(GB  1,  GB  2)  gömrük  sərhədini  keçən  malların,  habelə  gömrük  rejimi  dəyişdirilən 
malların qeydiyyatını aparmaq üçün istifadə olunur.  
YGB malların gömrük rəsmiləşdirilməsində keçmiş SSR  məkanında 1 aprel 1989-
cu ildən istifadə olunur. AR DGK-nin istifadə etdiyi YGB dünya praktikasında istifadə 
olunan Vahid  nzibati Sənəd (V S) forması ilə eynidir.  
 YGB-nin  rol  və  əhəmiyyəti  gömrük  işi  üçün  çox  böyükdür.  Bu  sənəddə  Xarici 
qtisadi Fəaliyyətin (X F) iştirakçısı mal haqqında aşağıdakı əsas məlumatları açıqlayır: 
- malların adları; 
- X F MN görə malların kodu; 
- gömrük rejimi; 
- dəyəri, çəkisi, bükülməsi və s.  
Bəyannamədə  olan  bu  məlumatlar  nəinki  gömrük  orqanlarına,  eyni  zamanda 
Vergilər Nazirliyi, D N və s. bu kimi dövlət orqanlarında da xüsusi maraq doğurur.  

117 
 
YGB-də  olan  məlumatlar  həm  də  xarici  ticarətin  statistikasının  aparılmasının  ilkin 
bazasını  təşkil  edir.  YGB  görə  gömrük  ödənişlərinin  hesablanması  və  alınması  həyata 
keçirilir.  
YGB-nin  tətbiqi  sənədləşdirmə  dövriyyəsinin  həmçinin  azaldılmasına  və  ixtisarına 
səbəb olmaqla bərabər, onlarda olan məlumatların avtomatlaşdırılmasına imkan verir.  
YGB-nin qrafa və bölmələri malların yerləşdiyi gömrük rejiminə uyğun doldurulur. 
Bəzi  hallarda,  məsələn,  humanitar  yardımın  rəsmiləşdirilməsi  zamanı  YGB  ayrı  cür 
doldurulur.  
Eyni  rejim  altında  yerləşdirilən  malların  hər  dəfə  gətirilməsi  zamanı  bir  YGB 
doldurulur.  Əgər  mallar  müxtəlif  gömrük  rejimlərində  yerləşdiriləcəksə,  onda  hər  biri 
üçün  ayrı  YGB  doldurulur.  Bu  zaman  gələn  mallar  göndərənin  və  alanın  ünvanı, 
müqavilə,  nəqliyyat  vasitəsi  və  s.  gömrük  rəsmiləşdirilməsi  zamanı  bütün 
bəyannamələrdə eyni olur.  
Malların ixrac edəndə də bu qaydalardan istifadə olunur.  
YGB  doldurulan  zaman  qoyulan  tələblər  kifayət  qədər  ağırdır.  Bəyannamədə 
qaralama,  pozma,  aydın  olmayan  yazı  və  s.  olduqda  qəbul  olunmur.  Düzəlişlər  zamanı 
səhv  məlumatlar  qaralanmalı,  yeni  məlumatlar  isə  mal  sahibi  və  ya  onun  səlahiyyətli 
şə
xsi tərəfindən imzalanmalı və deklarantın möhürü ilə təsdiqlənməlidir.  
Gömrük  orqanlarına  gömrük  məqsədləri  üçün  doğru  olmayan  məlumatları  əks 
etdirən səndələr, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər təqdim 
edilməsinə  və  ya  saxta  eyniləşdirmə  vasitələrindən  istifadə  edilməsinə  görə  inzibati 
xətanın  bilavasitə  obyekti  olan  mallar  və  nəqliyyat  vasitələri  müsadirə  edilir,  yaxud 
onların dəyərinin 30%-dən 100%-dək miqdarda cərimə olunur.  
Malların  və  nəqliyyat  vasitələrinin  bəyan  edilməməsi  və  ya  düzgün  bəyan 
edilməməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri 
müsadirə edilir, yaxud onların dəyərinin 30%-dən 100%-dək miqdarda cərimələnir.  
Malların  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  keçirilməsi,  onların  tələb 
olunan  gömrük  rejimi  altında  yerləşdirilməsi,  gömrük  ödənişlərinin  məbləği  haqqında 
gömrük  orqanının  qərarının  qəbul  edilməsinə  təsir  etməyən  düzgün  olmayan 
məlumatların  verilməinə  görə  fiziki  şəxslər  şərti  maliyyə  vahidinin  5  mislindən  10 
mislinədək, vəzifəli şəxslər 10mislindən 30 mislinədək, hüquqi şəxslər isə 50 mislindən 
100 mislinədək miqdarda cərimə edilir.  
Bəs deklarant nə deməkdir? 
Malları və nəqliyyat vasitələrini keçirəşəxs və ya gömrük vasitəçisi deklarant 
adlanır. Deklarantın əsas vəzifələri aşağıdakılardır: 
1)  malları  və  nəqliyyat  vasitələrini  AR  GM-də  nəzərdə  tutulmuş  qaydaya  uyğun 
bəyan etmək; 
2) AR gömrük orqanınıntələbi üzrə malları və nəqliyyat vasitələrini təqdim etmək; 

118 
 
3)  gömrük  məqsədləri  üçün  lazım  olan  sənədləri  və  əlavə  məlumatları  gömrük 
orqanlarına təqdim etmək; 
4) gömrük ödənişlərini ödəmək; 
5)  lazım  olan  yük  və  digər  əməliyyatların  aparılması  da  daxil  olmaqla  gömrük 
orqanlarına gömrük rəsmiləşdirilməsində kömək etmək.  
Deklarantın bəyannaməni verməzdən əvvəl malları və nəqliyyat vasitələrini gömrük 
nəzarəti  altında  müayinə  etmək  və  onlar  üzərində  ölçü  aparmaq,  həmçinin  gömrük 
orqanının icazəsi ilə mallardan prob və nümunələr götürmək hüququ vardır.  
Normativ  aktlarda  nəzərdə  tutulmayan  məlumatların  YGB  qeyd  olunmasına  icazə 
verilmir.  
Bəyannamə azərbaycan dilində doldurulur.  
YGB əsas və gələn mallar müxtəlif olduqda isə doldurulan əlavə vərəqdən ibarətdir. 
Ə
gər gətirilən malların mənşə ölkəsi gömrük rejimi və adı eynidirsə, onda YGB-nin Əsas 
vərəqi (GB 1) doldurulur.  
Hər bir əlavə vərəq daha üç adda malı bəyan etməyə imkan verir.  
Gömrük  rüsumları  və  vergilər  alınmayan,  habelə  iqtisadi  siyasət  tədbiri  (icazə, 
lisenziya,  kvotalaşdırma  və  s.  )  tətbiq  olunmayan  mallar  üçün  əlavə  vərəqə  yerinə 
malların siyahısından istifadə oluna bilər. Lakin bu siyahıda olan malların X F MN görə 
kodu, adları, miqdarı, qabla çəkisi və gömrük dəyəri mütləq qeyd olunmalıdır.  
YGB blankının GB 1 formasında 54 rəqəm və 4 hərf (A, B, C, D) qrafası vardır.  
YGB nüsxələri aşağıdakı şəkildə paylanır: 
- birinci nüsxə gömrük orqanında xüsusi arxivdə saxlanır; 
- ikinci nüsxə gömrük orqanının statistika şöbəsində qalır; 
- üçüncü nüsxə deklaranta verilir; 
- dördüncü nüsxə isə ixrac zamanı mala birlikdə sərhəd buraxılış gömrükxanasına, 
idxal  vaxtı  gömrük  rəsmiləşdirilməsi  aparan  gömrük  orqanının  maliyyə  tarif  şöbəsinə 
təqdim olunur.  
YGB-nin əsas bölmələrinin xarakteristikası.  
YGB-də bir neçə iri məlumat bölməsi və ya bloku ayırmaq olar: 
1) göndərişin ümumi xarakteristikası (1, 3-6-cı qrafalar) – bu blokda malların hansı 
gömrük  rejimində  olması,  onların  miqdarı,  qablaşdırılmış  malların  sayı  haqqında 
məlumatlar vardiır; 
2)  xarici  ticarət  sövdələşməsinin  gömrük  rəsmiləşdirilməsinin  iştirakçıları  olan 
hüquqi şəxslər (2, 8, 9 və 14-cü qrafalar) – burada söhbət malı göndərən, alan, müqaailə 
sahibi (maliyyə tənzimlənməsinə cavabdeh şəxs) və deklarantdan gedir; 
3)  coğrafi  blok  (11,  15,  17a  qrafaları)  –  ticarət  ölkələrinin  kodu,  malı  göndərən 
ölkənin  və  AR-na  idxal  olunan  malın  mənşəyini  göstərən,  habelə  AR-dan  ixrac  olunan 
malların  və  onların  göndərildiyi  ölkənin  kodları  öz  əksini  tapır.  Eyni  zamanda 

119 
 
bəyannamənin  34-cü  qrafası  da  (hər  mal  göndərişində  ayrı-ayrı  malların  mənşəyini 
göstərən kodlar) bu qrafalara uyğundur; 
4)  nəqliyyat  bloku  (18,  19,  21,  25  və  26-cı  qrafalar)  –  malların  göndəriləcəyi 
nəqliyyat vasitələri, habelə konteyrlərdən istifadə öz əksini tapır; 
5)  maliyyə  bloku  (12,  20,  22,  24  və  28-ci  qrafalar)  –  ixrac-idxal  əməliyyatlarının 
dəyərinin  qiymətini,  göndəriş  şərtlərini,  malın  satıcıdan  alıcıya  təhvil  verildiyi  yeri, 
valyuta  vəsaitlərinin  daxil  olma  müddəti,  hesablaşma  formaları,  valyutanın  kursu 
(məzənnəsi),  şəxsin  bank  rekvizitləri,  maliyyə  tənzimlənməsinə  cavabdeh  şəxs, 
sövdələşmənin  xarakteri  və  sövdələşmənin  pasport  nömrəsi  göstərilir.  Eyni  zamanda 
deklarant təşkilatın bank rekvizitləri göstərilən qrafasını da bu bloka aid etmək olar.  
6) göndərilən malların ayrıca xarakteristikası (31, 46-cı qrafalar) – malın adı, onun 
qablaşdırılması,  markası,  istehlakçı  firma  və  s.  X F  MN-ə  görə  kodu,  netto  və  brutto 
çəkiləri, əgər mal çəki ilə deyilsə, əlavə ölçü vahidlərinin kodu, YGB-nin nömrəsi (malın 
ə
vvəl  hansı  gömrük  rejimində  olmasıv),  mallar  preferensiya,  malın  əvvəl  yerləşdiyi 
gömrük  rejimi  və  gömrük  rejiminin  özəlliyi,  malların  faktura,  gömrük  və  statistik 
dəyərləri də bu qrafalarda göstərilmişdir.  
YGB-nin  44-cü  qrafası  xüsusi  əhəmiyyətə  malikdir.  Belə  ki,  bu  qrafada  gömrük 
rəsmiləşdirilməsi üçün lazım olan məlumat və sənədlərin siyahısı öz əksini tapmışdır. Bu 
siyahıya lisenziyanın (icazənin) nömrəsi (əgər mal qeyri-tarif tənzimlənməsi tədbirlərinə 
aiddirsə),  mal-nəqliyyat  qaimələri,  alqı-satqı  müqavilələri,  emal  üçün  icazə,  lazım 
olduqda  uyğunluq  sertifikatı,  habelə  baytarlıq  və  fitosanitariya  sertifikatlarının  alınması 
daxildir.  
47B və 48-ci qrafalarda gömrük ödənişlərinin hesablanması aparılır.  
YGB-də qalan qrafalar isə aşağıdakıları göstərməyə xidmət edir: 
- 29-cu qrafa – sərhədi keçmə məntəqəsi; 
- 30-cu qrafa – müvəqqəti saxlanc anbarının lisenziya nömrəsi; 
- 7 və 43S, D – gömrük orqanlarının qeydləri; 
- 54-cü qrafa – YGB dolduran deklarantın rekvizitləri.  
Yadda  saxlamaq  lazımdır  ki,  YGB-nin  qrafalarında  öz  əksini  tapmış  məlumatlara 
uyğun  təsnifatlardan  (dünya  ölkələrinin  təsnifatı,  göndərilmə  şərtləri,  xarici  ticarətin 
barter  əlaqələrində  hesablaşma  formaları,  mala  görə  hesablaşma  formaları,  istifadə 
olunacaq valyuta və s. ) götürülmüş kodlar da əlavə olunur.  
Gömrük  orqanına  gömrük  bənnaməsi  ilə  birlikdə  gömrük  məqsədləri  üçün  lazım 
olan digər sənədlər də təqdim olunmalıdır. Göstəriləcək sənədləri və əlavə məlumatların 
siyahısını Azərbaycan Respublikası DGK müəyyən edir.  
Ümumiyyətlə,  gömrük  bəyannaməsində  gömrük  rejimi  bəyan  edilməklə  bərabər 
deklarant gömrük orqanlarına aşağıdakı sənədləri də təqdim etməlidir: 
1)  YGB-ni  öz  adından  vermək  üçün  deklarantın  səlahiyyətlərini  təsdiqləyən 
sənədlər; 

120 
 
2) malın keçməsi faktını təsdiqləyən nəqliyyat sənədləri; 
3) bəzi hallarda normativ sənədlərə uyğun olaraq aşağıdakı gömrük sənədləri: 
- gömrük dəyərinin bəyannaməsi; 
- malın çatdırılmasına nəzərət sənədləri;  
4) sövdələşmə pasportunun səlahiyyətli bankda təsdiq olunmuş surəti; 
5) YGB-nin 44-cü qrafasında (7-ci bəndi çıxmaq şətilə) yazılmış məlumat sənədləri; 
6)  gömrük  ödənişlərinin  ödənilməsi  barədə  və  ya  gömrük  ödənişlərinin  ödənəcəyi 
təminatını əks etdirən sənədlər; 
7) YGB-nin maqnit daşıyıcıda surəti.  
Ə
gər idxal olunan mallar sərbəst dövriyyə üçün buraxılış, təkrar ixrac və ya gömrük 
anbarı kimi gömrük rejimləri altında yerləşdiriləcəksə, onda deklarant YGB-də göstərilən 
malların  sərbəst  şəkildə  qablaşdıra  bilməsi  üçün  mütləq  ərizə  təqdim  etməlidir.  Bu 
ə
rizədə aşağıdakı məlumatlar dəqiqliklə əks olunmalıdır: 
- gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının adı; 
-  deklarantın  adı,  soyadı,  atasının  adı  və  ünvanı  (yaşayış  ünvanı),  əgər  deklarant 
gömrük brokeridirsə, onda onun adı, soyadı, atasının adı və ixtisas attestatının nömrəsi; 
- YGB-də göstərilən qablaşdırılmış malların yerlərinin miqdarı; 
-  eyni  adlı  qablaşdırılmış  malların  qablaşdırma  üsulları,  yük  yerinin  markası, 
gömrük  anbarında  qeydiyyatdan  keçən  malların  nömrələri,  hər  bir  yükdə  olan  malların 
sayı və s. buk imi məlumatlar; 
-qablaşdırılmış mallar haqqında.  
Verilən gömrük bəyannaməsi AR gömrük orqanı tərəfindən qəbul olunur. Gömrük 
bəyannaməsinin  qəbulu  rəsmiləşdirildiyi  andan  faktları  təsdiq  edən  hüquqi  əhəmiyyətə 
malik sənəd sayılır.  
Deklarant  xüsusi  səbəblər  üzündən  tam  gömrük  bəyannaməsi  verə  bilmədiyi 
hallarda qanunvericiliyə uyğun qaydada müvəqqəti və ya natamam gömrük bəyannaməsi 
verə bilər. Bu zaman bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar 
göstərilməlidir.  
Eyni  mallar  və  eyni  nəqliyyat  vasitələri  eyni  bir  şəxs  tərəfindən  müntəzəm  olaraq 
keçirildikdə  AR  gömrük  orqanı  malların  və  nəqliyyat  vasitələrinin  AR-nın  gömrük 
sərhədindən  keçirilməsinə  dair  müəyyən  müddət  üçün  bir  bəyannamə  verə  bilər  ki,  bu 
dövri gömrük bəyannaməsi adlanır.  
Mallar  və  nəqliyyat  vasitələri  gömrük  orqanına  təqdim  edildiyi  andan  onların 
buraxılışına  qədər  və  ya  seçilmiş  gömrük  rejiminə  verilənədək  gömrük  nəzarəti  altında 
müvəqqəti saxlanca verilir.  
Müvəqqəti  saxlanc  xüsusi  olaraq  ayrılmış  və  hazırlanmış  binalarda  və  ya  başqa 
yerlərdə  həyata  keçirilir.  Gömrük  orqanları  və  azərbaycan  vətəndaşları  müvəqqəti 
saxlanc anbarlarının təsisçisi ola bilərlər. Bu barədə əvvəlki mövzularda ətraflı məlumat 
verdiyimiz üçün açıqlamaya ehtiyac görmürük.  

121 
 
Yuxarıda  qeyd  olunanlara  yekun  vurmaq  istəsək,  gömrük  rəsmiləşdirilməsini 
aşağıdakı mərhələlərə bölmək olar: 
1) Gömrük bəyannamələrinin qəbulu, qeydiyyatı və hesabatı. Bu mərhələdə gömrük 
bəyannaməsinin  qəbul  edilməsi  üçün  şərtlərin  yerinə  yetirilməsi  və  ilkin  əməliyyatların 
aparılması ardıcıllığına düzgün əməl olunması yoxlanılır; 
2)  YGÖ,  onun  surəti  və  gömrük  rəsmiləşdirilməsi  üçün  lazım  olan  sənədlər  qəbul 
edilir,  nömrə  qoyulmaqla  qeydiyyata  alınır  və  YGB-nin  7-ci  qrafasında  lazımi  gömrük 
qeydləri aparılır.  
Yük  bəyannaməsini  gömrük  rejiminə  uyğun olaraq düzgün doldurulması  YGB-nin 
kağız  və  elektron  variantlarının  eyniliyi  yoxlanılır.  Gömrük  rəsmiləşdirilməsi  başa 
çatdıqdan  sonra  YGB-nin  məlumatları  üzrə  bütün  sənədlər  toplanaraq  müvafiq  gömrük 
orqanına təqdim edilir.  
3) Malların X F MN-ə mənşə ölkəsinə görə kodlarının düzgün müəyyənləşdirilməsi, 
həmçinin qeyri-tarif tənzimlənmə tədbirlərinə əməl olunması mərhələsi.  
Bu zaman aşağıdakılar həyata keçirilir: 
-  malların  eyniləşdirilməsi  məqsədilə,  habelə  onların  X F  MN-ə  görə  təsnifatı  ilə 
bağlı məlumatların tam və dəqiqliyi nəzərdən keçirilir; 
- təqdim olunan malların YGB-də düzgün yazılması yoxlanılır; 
- malların X F MN-ə görə düzgün müəyyənləşdirilməsi dəqiqləşdirilir; 
- malların çəkisi, yük yerlərinin sayı və s. dəqiqləşdirilir; 
-  malların  mənşə  ölkəsinin  (o  cümlədən  tarif  güzəştləri  və  s.  )  təsdiqi  haqqında 
məlumat və sənədlər yoxlanılır; 
- gömrük orqanınınsəlahiyyətli nümayəndəsi tərəfindən malın mənşə ölkəsinin təyini 
haqqında ilkin qərar verməsi üçün sənədlər yoxlanılır; 
- qeyri-tarif tənzimlənməsi tədbirlərinə əməl etmək üçün YGB-də olan məlumatlar 
nəzərdən keçirilir; 
-  Müvafiq  gömrük  rejimi  altında  malların  yerləşdirilməsi  şərtlərinə  əməl  olunması 
yoxlanılır; 
- YGB-də olan digər məlumatların düzgünlüü yoxlanılır; 
-  AR  DGK-nin  müəyyən  etdiyi  qaydalara  uyğun  olaraq  məlumatlar  statistika  və 
təhlil şöbələrinə verilir; 
- mala uyğun olaraq qərar qəbul edilir.  
4) Valyuta nəzarəti və gömrük dəyərinə nəzarət mərhələsi.  
Bu mərhələdə aşağıdakılar edilir: 
- valyuta nəzarəti üçün lazım olan məlumat və sənədlər yoxlanılır; 
- mövcud valyuta qanunvericiliüyinə uyğun olaraq gömrük rəsmiləşdirilməsi zamanı 
xarici ticarət müqaviləsi və digər sənədlər də yoxlanılır; 
- gömrük məqsədi üçün deklarant tərəfindən malların qiymətləndirmə metodikasının 
düzgünlüyü yoxlanılır; 

122 
 
- malın gömrük dəyərinin seçilmiş metodlara uyğun olaraq düzgünlüyü yoxlanılır; 
- əlavə məlumatlar toplanır (məsələn, deklarantdan əlavə sənədlərin istənilməsi); 
- gömrük dəyərinin və gömrük ödənişlərinin təshili (lazım olduqda) aparılır; 
-  malların  müvəqqəti  (şərti)  qiymətlərinin  gömrük  dəyəri  və  gömrük  ödənişləriilə 
uyğunlaşdırılır; 
-  qoyulmuş  qaydalara  uyğun  olaraq  sənəd  və  məlumatlar  gömrük  orqanının  lazımi 
bölmələrinə verilir.  
Xarici  valyuta  vasitələrinin  xaricdən  qaytarılmamasına  görə  inzibati  xətanın 
bilavasitə  obyekti  olan  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  5%-dən  50%-dək 
miqdarda cərimələnir.  
5) Gömrük ödənişlərinə nəzarət mərhələsi.  
-  gömrük  ödənişlərini  ödəməyə  cavabdeh  olanın  maliyyə  imkanı  və  gömrük 
ödənişləri ilə əlaqədar borcu olub-olmaması yoxlanılır; 
- YGB-nin verilmə müddəti əgər vaxtında verilməmişsə, onda odəmənin uzadıldığı 
vaxta dəbbə pulu hesablanır; 
- YGB-nin düzgün doldurulması yoxlanılır; 
-  elan  edilmiş  tarif  və  vergi  güzəştlərinin  və  vergi  güzəştlərinin  əsaslılığı 
müəyyənləşdirilir; 
-  müvafiq  gömrük  rejiminə  uyğun  olaraq  gömrük  ödənişlərinin  ödənilməsinin 
düzgünlüyü yoxlanılır; 
- ödəniş sənədlərinin doldurulması və ödənilməsinin düzgünlüyü yoxlanılır; 
-  gömrük  ödənişlərinin  uzadılması  və  ya  təxirə  salınması  barədə  gömrük  orqanı 
rəhbərliyinin qərarının olması yoxlanılır; 
- gömrük orqanının hesabına pul vəsaitinin faktiki daxil olması yoxlanılır, əgər pul 
daxil olmayıbsa YGB pul daxil olana qədər gömrük orqanında qalır; 
- gömrük orqanının müvafiq bölməsinə məlumat və sənədlər təqdim olunur.  
6) Baxış və buraxılış mərhələsi.  
- əvvəlki mərhələlərdən keçmiş gömrük rəsmiləşdirilməsi yoxlanılır; 
- mal və nəqliyyat vasitələrinə baxış haqqında qərar qəbul edilir; 
- gömrük baxışı və nəticələrinin qeyd olunması; 
-  mal  və  nəqliyyat  vasitələrinin  buraxılması  qərarının  verilməsi  üçün  gömrük 
rəsmiləşdirilməsi başa çatdırılır.  
Bütün yuxarıda söylədiklərimiz başa çatdıqdan sonra gömrük orqanının səlahiyyətli 
şə
xsi  həm  gömrük  bəyannaməsinə,  həm  də  nəqliyyat  sənədlərinə  «Buraxılışa  icazə 
verilir»  ştampı  vurulur  və  nəqliyyat  sənədinin  yuxarı  küncünə  gömrük  bəyannaməsinin 
nömrəsi  qeyd  olunur.  Ştamp  və  nömrə  vəzifəli  şəxsin  fərdi  nömrəli  möhürü  ilə 
təsdiqlənir.  
Mal  buraxıldıqdan  sonra  bütün  sənədlər  YGB  ilə  birlikdə  gömrük  orqanına 
qaytarılır. Mal buraxılmadıqda isə nəqliyyat sənədlərində «Buraxılış qadağandır» ştampı 

123 
 
vurulur,  YGB-nin  nömrəsi  yuxarı  sağ  küncə  yazılır  və  vəzifəli  gömrük  işçisinin  fərdi 
nömrəli möhürü ilə təsdiqlənir.  
Gömrükxana rəisi müəyyən olunmuş qaydalara əsasən YGB-ni ləğv edə bilər.  
Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə