GÖMRÜk hüququ fənn n n predmet



Yüklə 5.01 Kb.
Pdf просмотр
səhifə14/24
tarix16.06.2017
ölçüsü5.01 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

FCA – “franko-daşıyıcı”.  
Satıcının  malı  alıcı  ilə  razılaşdınlmış  yerdə  və  ya  məntəqədə,  gömrük 
yoxlamasından  keçirərək,  ixrac  üçün  daşıcıya  təhvil  verməsi  prosesi  “franko-daşıyıcı” 
adlanır.  
“Daşıyıcı”  malı  dəmiryolu,  avtonəqliyyat,  hava  və  su  yolu  ilə  daşımaq  üçün 
öhdəlik götürmüş istənilən hüquqi səxsdir.  
FAS – sərbəst gəmi bortu boyunca 
Bu  o  deməkdir  ki,  satıcı  malı  gəminin  dayandığı  sahil  boyunca  və  ya 
razılzşdırılmış  yükləmə  limanında  lixterlərə  (böyük  gəmiləri  yükləmək  üçün  yastı  dibli 
yelkənli gəmi) yerləşdirmişdir. Həmin andan başlayaraq malın xarab və ya məhv olması 

134 
 
risqi  alıcının  üstündə  qalır.  Malın  gömrük  yoxlamasından  keçirilməsinə  də  alıcı 
məsuliyyət daşıyır.  
FAS – sərbəst gəmi bortu boyunca 
Malın birbaşa alıcı tərəfindən göstərilən limanda gəmiyə təhvil verilməsi öhdəliyi 
yerinə  yetirilir.  Həmin  andan  malın  xarab  və  ya  tələf  olması  risqinə  görə  satıcı  heç  bir 
məsuliyyət daşımır.  
Göndərmələrin  kommersiya  sərtlərinin  ücüncu  qrupuna  4  terının  daxildir  –  CFR 
(SFR), C F (S F), CPT (SPT), C P (S P).  
CIF - «dəyər və fraxt»  
Bu  o  deməkdir  ki,  satici  malı  alıcının  yerləşdiyi  ölkənin  limanına  gətirmək  üçün 
bütün xərcləri və fraxtı (gəmi ilə daşınan yükün kirayə xərcləri) ödəməlidir.  
CIF - «dəyər, sığorta və fraxt»  
Bu  kommersiya  şərtlərinə  görə,  satıcı  malı,  аlıсının  yerləşdiyi  ölkənin  limanına 
gətirərkən fraxt və digər xərclərlə yanaşi sığorta xərclərini də ödəməlidir.  
Yükün boşaldılması və idxal xərclərini alıcı ödəyir.  
CPT - «dasınma ödənmişdir»  
Satıcı, malın təyinat yerinə çatdırılana qədər olan bütün xərclərini ödəməlidir. Mal 
daşıycıya təhvil verildikdən sonra satıcı heç bir məsuliyyət daçımır.  
Yükün boşaldılması və digər хərclər alıcınınn üstündə qalır. | 
CIP - «dasınma və sigorta ödənilmişdir»  
Bu  şərtə  görə  satıcı  alıcının  yerləşdiyi  ölkənin  limanında  yükü  daşıyıcıya  və  ya 
alıcıya təhvil vermək ücün, digər хərclərlə bərabər sığorta xərclərini də ödəyir.  
Sonuncu qrup isə «D» adlanaraq, özündə daşınmanın 5 kommersiya DES (DES), 
DEQ (DEK), DDU (DDU) və DDP (VVP) terminini əks edir.  
 
Xarici iqtisadi fəaliyyətin (XIF) Mal Nomenklaturası və malların təsnifatı.  
Nomenklatura  (latinca  «nomenclatura»  -  «siyahı»,  «adların  cədvəli»  deməkdir) 
elm, texnika və praktiki fəaliyyətlərin hər hansı bir sahəsində istifadə olunan terminlər və 
adların sistemi (toplusu) deməkdir.  
«Mal  Nomenklaturası»  termini  daha  cəx  «əmtəəşünaslıq»,  «gömrük  işi», 
«istehsal», «istehlak», «xarici iqtisadi fəaliyyət», «xarici ticarət» və s. kimi elm sahələri 
və  ictimai  praktika  (təcrübə)  ilə  bağlıdır.  Beləliklə,  «mal  nomenklaturası»  gömrük 
orqanlarının vəzifəli şəxsləri və deklarantların gündəlik iş fəaliyyətində rastlaşdiqları əsas 
terminlərdən  biridir.  Bu  onunla  əlaqədardır  ki,  gömrük  orqanlarında  qeydə  alınan 
istənilən xarici ticarət əməliyyatlarının əsas predmeti məhz «maldır» .  
Gömrük  sərhəddindən  keçirilən  malların  əhəmiyyətli  xususiyyətləri,  onların 
material əşya formasında olması və dasına bilməsidir (nəqliyyat vasitələrilə).  
Azərbaycan Respublikasının GM-nin 17-ci maddəsində «mallar – istənilən daşınan 
ə
mlak,  о  cümlədən  valyuta,  valyuta  sərvətləri,  elektrik  və  digər  enerji  növləri,  bu 

135 
 
maddənin  4-cü  bəndində  göstərilən  nəqliyyat  vasitələri  istisna  olmaqla  nəqliyyat 
vəsitələri»  kimi  izah  olunur.  Ümumiyyətlə,  bu  maddədə  izah  olunan  əsas 
anlayişlarınhamısı bu terminlə əlaqədardır.  
Xarici  iqtisadi  fəaliyyətin  gömrük  tənzimlənməsi  zamanı  gömrük  sərhəddindən 
keçirilən  malların  sistemləşdirilməsi  mühüm  məsələlərdən  sayılır.  Bunun  üçün  malları 
təsnifatlaçdırırlar.  
«Təsnifat» termini çoxsaylı obyektlərin (söhbət tədqiq olunan, öyrənilən məsələlər 
toplusundan gedir) konkret olaraq sinif, yanmsinif, qrup, yanmqrup, növ, yarımnöv və s. 
kimi bölgülərə ayrılması kimi baça düşülür.  
Qarşıya  qoyulmuş  məqsədə  uyğun  olaraq  mallar  istehsal  sahələrinə,  istehlak 
təyinatına və s. görə təsnifatlaşdırıla bilər.  
Malların  qəbul  olunmuş,  təsnifat  sistemindən  asilı  olaraq,  bütün  bölmə,  qrup  və 
yarımqrupları xüsusi şifrələrlə qeyd olunur.  
Təsnifatlaşdırılan malların (obyektlərin) siyahısında hər birinin öz konkret yeri və 
şə
rti işarəsi ilə qeyd olunması kod adlanir 
Kod işarə formasında olub rəqəmlərlə, hərflərlə və ya rəqəm-hərf kombinasiyası ilə 
ifadə olunur.  
Gömrük  işlərində  istifadə  olunan  mal  nomenklaturası  elə  təsnifat  sisteminə 
aynlmış, malların toplu siyahısı kimi dərk olunmalıdır.  
Malların  kodlaşdırılması  təsnifat  sisteminə  uyğun  olaraq  işarə  və  ya  işarələr 
qrupu  şəklində  müəyyənləşdirilmis,  texniki  üsuldur.  Malların  kodlaşdınlmasının  əsas 
məqsədi  gömrük  orqanlarında  iqtisadi  əməliyyatların  (gömrük  rüsumunun  alınması, 
gömrük  dəyərinin  müəyyənləşdirilməsi,  hesabatın  aparılması  və  s.  )  daha  səmərəli 
apanlması və xarici ticarətin mal strukturunun öyrənilməsidir.  
Ə
sas Mal Nomenklaturalarının ümümi səciyyəsi  
Hal-hazırda 
Azərbaycan 
Respublikasının 
gömrük 
orqanlarında 
dünya 
praktikasında istifadə olunan malların kodlaşdırılması və təsvirinin harmonikləşdirilmiş 
sistemi  (HS)  əsasında  yaradılmış  nomenklaturasından  istifadə  olunur.  Eyni  zamanda, 
üzvü  olan  dövlət  başçılarının  görüşündə  qəbul  olunmuş  Mal  Nomenklaturası  ilə  də 
uyğunlaşdırılmışdır.  
HS-in  yaranmasının  əsas  səbəbi  XIX  əsrin  ortalarından  Avvropada  başlayan 
iqtisadi  «inqilablar»  nəticəsində,  burada  yerləsən  ölkələrin  xarici  ticarət  termininin 
sıçrayıçlı inkişafı olmuşdur. Belə ki, ticarət edən ölkələr satılacaq malların (o cümlədən 
idxal  olunacaq  malların)  ucotunu  aparmaq  və  daha  səmərəli  metodlardan  yaararlanmaq 
məqsədilə  mal  nomenklaturasının  unifikasiyasını  (vahid  şəklə  salınması)  yaratmaq 
məcburiyyətində qaldilar.  
Ilk dəfə bu problem 1853-cü ildə Brussel şəhərində keçirilən Beynəlxalq Statistika 
Konqresində  müzakirə  olundu.  Gömrük  tənzimlənməsi  və  xarici  ticarətin  statistikasının 
aparılması məqsədilə Konqres, mal nomenklaturasının vahid şəklə salınması haqda təklif 

136 
 
qəbul etdi.  
1890-cı ildə Parisdə keçiriən Beynəlxalq Konqres də bu təklifi bird aha dəstəklədi.  
Ancaq 60 ildən sonara bu təklif gerçəkləçdirildi. 31 dekabr 1913-cü ildə Brüsseldə 
keçirilən Beynəlxalq Konqresdə 29 ölkə xüsusi konvensiya imzaladı. Bu konvensiyanın 
şə
rtlərinə  görə,  hər  bir  ölkə  milli  təsnifat  və  mal  nomenklaturası  yaradır  və  bu  barədə 
xüsusi  olaraq  yaradılmıs,  vahid  təsnifat  və  mal  nomenklaturasının  statistikasını  aparan 
Beynəlxalq büroya məlumat verir.  
Brüssel  mal  nomenklaturası  186  bazis  mal  pozisiyalarını  özündə  birləşdirən  5 
bölmədən ibarətdir: 
1)
 diri heyvanlar – 7 mal pozisiyası (1-7) 
2)
 ərzaq malları və içkilər - 42 pozisiya (8-49) 
3)
 xammal və yarımfabrikatlar - 49 pozisiya (50-98) 
4)
 hazır mallar - 84 pozisiya (99-182) 
5)
 qızıl və gümüş, emal olunmamis qızıl və gümüş pullar - 4 pozisiya (183-186) 
Lakin  Brüsseldə  qəbul  olunmuş,  bu  mal  nomenklaturasının  çoxsaylı 
çatışmazlıqları,  yeni  sistemin.  işlənib  hazirlanması  üçün  zəmin  yaratmaqla  onun 
vacibliyini təmin etdi.  
Işlənib  hazırlanmış.  yeni  nomenklatura  1938-ci  ildə  cap  edildi.  Bu  nomenklatura 
malların  istifadə  prinsipi  üzrə  təsnifatlaşdırma  tipi  əsasında  hazırlanaraq  17  bölmə,  50 
qrup və 456 bazis mal mövqelərini əhatə edirdi: 
1) ərzaq, içki, tütün (13 qrup); 
2) piy və yağ, heyvan və bitki mənşəli mum (2 qrup); 
3) kimyəvi və ona oxşar mallar (4 qrup); 
4) kauçuk (1 qrup); 
5) meşə materialları, mantar (probka) (1 qrup); 
6) kağız (1 qrup); 
7) gön, dəri və onlardan hazırlanmış məmulatlar (3 qrup); 
8) toxuculuq malları (4 qrup); 
9) geyim və ağlar (4 qrup); 
10) yanacaq, sürtgü material və bu tipdən olan məhsullar (1 qrup); 
11) qeyri-metal minerallar və onlardan hazırlanmış məhsullar (4 qrup); 
12)qiymətli  metallar  və  daşlar,  mirvari  və  onlardan  hazırlanmış  məmulatlar  (1 
qrup); 
13) qara və ağ metallar, onlardan hazırlanmış, məhsullar (4 qrup); 
14) maşınlar, cihaz və onlara məxsus olan əşyalar, nəqliyyat vasitələri (3 qrup); 
15) digər mallar (2qrup); 
16) reimport mallar və xüsusi əməliyyatların obyekti olan mallar (l qrup); 
17) xam qızıl və pullar (l qrup).  
Ölkələrin  bir  çoxu  və  beynəlxalq  təşkilatlar  xarici  fəaliyyət  təcrübəsi  və  gömrük 

137 
 
tənzimlənməsi işlərində aşağıdakı 2 təsnifat sistemindən istifadə edirdilər: 
1) Gömrük Əməkdaşlığı Şurasının Nomenklaturası (GƏŞN) və ya Brüssel Gömrük 
Nomenklaturası (BGN).  
2) BMT-nin Beynəlxalq Standart Ticarət Təsnifati (BSTT).  
Sonralar GƏŞ nomenklaturası Brüssel gömrük nomenklaturasının bazası əsasında 
yenidən islənib hazırlanmış və 1951-ci ildən bаşlayaraq Qərbi Avropa ölkələrində tətbiq 
olunmağa başladı.  
BGN Gömrük tarif nomenklaturası adlanaraq, gömrük tariflərinin təsnifat sxemini 
və  eyni  zamanda  beynəlxalq  ticarət  təsnifatinı  özündə  əks  etdirmişdir.  lkin  variantda 
Brüssel  nomenklaturası  üzrə  məmulatlar  hazırlandıqları  malların  xarakterinə  görə 
qruplaşdırılmışdır. Belə ki, о zaman iqtisadi statistika meyarlarının tələbinə (bölgü) görə 
göstəricilər - xammal, masın və avadanlıqlar və s. habelə emal səviyyəsi və sahə, mənşə 
xüsusiyyətlərinə görə bölünürlər.  
Brüssel gömrük nomenklaturasının BMT-nin Веуnəlxalq Standart Ticarət təsnifatı 
ilə  uyğunlaşdırılması  nəticəsinda  Gömrük  Əməkdaşlığı  Şurasnın  nomenklaturası 
yaradıldı.  
BGN-dən  fərqli  olaraq  GƏSN-nin  sxeminin  əsasını  emal  dərəcəsi  (səviyyəsi)  və 
malın mənşəyi təşkil edir. Eyni zamanda bu nomenklaturada mal kodlarında (şifrələrdə) 
bölmələrin nömrələri öz əksini tapmamışdır.  
GƏSN-nin  sonuncu  variantında  21  bölmə,  99  qrup  və  101  yarımqrup  öz  əksini 
tapmışdır.  
Nomenklatura malların dörddərəcəli işarələnməsinə əsaslanır, yəni bütün mallar 99 
qrupa aynlaraq (hansı bölməyə aid olmaları nəzərə alınmır) 01-dən 99-a qədər artan sayla 
nömrələnmişdir. Hər bir qrupun daxilində də mallar iki işarəli rəqəmlə, artan istiqamətdə 
01-dən 99-a kimi nömrələnir.  
Göstərilən  mal  nomenklaturaları  üzrə  malların  təsnifatının  aparılmasi  unifikasıya 
olunmalı və artiq mal çeşidinin sinifləşdirməyə imkan verməlidir. Elə buna görə də yeni 
təsnifat sisteminin işlənib hazırlanması tələb olunurdu.  
 
Malların təsvir və kodlaşdırılmasının harınonikləşdirilmiş sistemi.  
Müxtəlif  təsnifat  prinsiplərinin  beynəlxalq  iqtisadi  əlaqələrdə  tətbiqi  gömrük 
sistemində  çətinliklər  yaratdığı  üçün,  xarici  ticarət  əməliyyatlarının  daha  səmərəli 
aparılmasından  ötrü  vahid  beynəlxalq  təsnifat  sisteminin  yaradılmasını  vacib  etdi.  Bu 
zaman  elə  bir  sistem  seçilməli  idi  ki,  о  zaman  ayri-ayn  mallar,  mal  qrupları  və  mal 
növləri üzrə xarici ticarətin düzgün təhlilini də aparınaq mümkün olsun.  
Belə  bir  iqtisadi  məsələni  səmərəli  həll  etmək  məqsədilə,  gömrük  əməkdaşhğı 
ş
urasının  ekspertləri  müzakirəyə  başladılar.  BMT-nin  Avropa  qtisadi  Komissiyasının 
(A K)  GƏS-lə  birlikdə  hazirlayacağı  vahid  beynəlxalq  mа1  təsnifatı  sistemi,  tezliklə 
malların kodlaşdırılması və təsvirinin harmonizasiyası sistemi adını aldı.  

138 
 
HS-nin  hazırlanmasına  1973-cü  ildə  başlanıldı  və  onun  hazırlanması  10  ilə  başa 
çatdı.  Layihəni  hazirlayanlar  çalışırdılar  ki,  həm  beynəlxalq  ticarət  döviyyəsində  olan 
bütün  malları  əhatə  edə  bilsin,  həm  də  malların  kodlaşdırılması  və  təsviri  təsnifatında 
onların  hazırlanması  texnologiyası  da  öz  əksini  tapa  bilsin.  Nəzərdə  tutulan  bu 
çoxməqsədli  mal  nomenklaturasının  harmonizasiyası  sistemi,  eyni  zamanda  gömrük  və 
statistika  orqanlarının  tələblərini  ödəməyə  xidmət  etməli  idi.  HS-in  mühüm 
prinsipllərindən  biri  də,  bu  və  ya  digər  ölkənin  milli  və  bеуnəlхаlq  xarici  ticarət 
məlumatlarının müqayisə edılə bilinməsidir.  
1983-cü  ilin  iyununda  başa  çatdırılan  bu  sistemi  həyata  keçirmək  üçün  HS-in 
tətbiqi  haqqında  xüsusi  Konvensiya  da  hazırlanmışdır.  HS  üçün  baza  olaraq  müxtəlif 
məramlı  13  nomenklatura,  o  cümlədən  AIB-in  xarici  ticarətin  gömrük  nomenklaturası, 
Веу
nəlxalq Dəmir Yolları  ttifaqının Vahid mal nomenklaturasıp bəzi ölkələrin gömrük 
tarifləri (ABŞ, Kanada, Yaponiya) oldu.  
HS-in  tərtibatçıları  malların  qruplara  ayrılması  zаmаnı  iki  əsas  prinsipə 
ə
saslanmışdılar: 
l. Mal özünəməxsus xüsusi əlamətlərə malik olmalıdır; 
2. Sistemə daxil ediləcək mal bir nесə ölkənin iqtisadi marağını əks etdirməlidir.  
ş
tirakçı  olan  bütun  ölkələrin  təklifləri  müzakirə  olunaraql  səs  çoxluğu  ilə  qəbul 
edildi.  
 
Harınonikləşdirilmiş sistemin mal nomenkllaturasının xarakteristikası.  
Malların  harmonik  sistemi  nomenklaturası  (HSN)  BMT-nin  BSTT-də  olduğu 
kimi,  21  bölmə  və  99  qrupdan  ibarətdir.  Eyni  zamanda  3  qrup  (77,  98,  99)  siyahıya 
ehtiyat  qruplar  kimi  daxil  edilmişdir.  Lakin  bu  qruplar  ayrı-ayrı  ölkələr  tərəfindan, 
spesifik malları ayırmaq üçün mal nomenklaturasında istifadə oluna bilinər.  
HSN-nin 21 bölmə üzrə təsnifatının əsasını aşağidakilar təşkil edir: 
-
 mənşə (1,2 və 5 bölməbr); 
-
 funksional təyinati (4, 11, 12, 17, 18, 19, 20 və 21 bölmələr); 
-
 kimyəvi tərkibi (3, 6 və 7 bölmələr); 
-
 malın hazırlandığı materialın növü (8, 9, 10, 13, 14 və 15 bölmələr).  
HSN-in  qruplarını  formalaşdırılmasının  əsas  prinsipi  mal  emalının  ardıcıllığıdır 
(şəkil- sxem 2): 
 
 
Xammal 
 
Yarımfabrikat 
 
Hazır məhsul 
 
Şə
kil 2. Malın xammaldan hazır məhsula çevrilməsi ardıcıllığı.  
 
HSN-də  malların  qruplaşdırılması  mövqe  və  submövqe  səviyyəsində  aparılır. 

139 
 
Adətən, bu zaman dünya ticarəti dövriyyəsində olan bir neçə məhsul növü pozisiya və ya 
subpozisiyaya ayrılır, qalan mallar isə ümumi şəkildə «sair» qrupuna aid edilir.  
Malların  pozisiya,  subpozisiyaya  və  yarımqruplarının  yaradılması  zamanı  əsasən 
malın təyinatı, onun hazırlanma dərəcəsi, malın hazırlandığı material növü, malın dünya 
ticarətindəki xüsusi əəkisi nəzərə alınır.  
HSN 5 səviyyədən (hissə) ibarətdir.  
Ayrı-ayrı saviyyələri təşkil edən elementlərin sayi aşagidaki kimidir.  
HSN-nin struktur xarakteristikası 
Harmonik sistemində bölmə və yarımqruplar rum rəqəmi ilə, qrup, mal pozisiyası 
və subpozisiyası ərəb rəqəmi ilə işarə olunur.  
HS-nin  mal  nomenklaturasında  6  rəqəmli  kodlaşdırmadan  istifadə  edilir. 
Baxmayaraq  ki,  HS-də  bölmə  və  yarımqruplar  rum  rəqəmi  ilə  işarələnir,  lakin 
kodlaşdırmada qrup nömrəsi, malın pozisiyası və subpozisiyasını əks etdirən 6 saylı ərəb 
rəqəmləri ilə işarələnir və malların üstündə ancaq bu rəqəmlər göstərilir.  
Malların  kodlaşdırılmasının  6  işarəli  strukturu  HSN-də  onluq  sisteminə  uyğun 
quruimuşdur.  lk 2 rəqəm malın qrupunu, ilk 4 rəqəm malın pozisiyasını, 5 və 6 rəqəm 
isə malın subpozisiyasını əks etdirir.  
HS-dən  təcrübədə  istifadəni  təmin  ətmək  üçün  14  iyun  1983-cü  ildə  Brüssel 
şə
hərində  əksər  ölkələr  tərəfindən  «Malların  təsvir  və  kodlaşdırılmasının 
harmonikləşdirilmiş  sistemi  haqqında»  Beynəlxalq  Konvensiya  imzalandı.  Bu 
konvensiyanın  mətninə  görə  (bənd  1.  2)  Malların  nomenklaturası  Harmonikləşdirilmiş 
sistem konvensiyanın əlavəsi sayılır və onun ayrılmaz tərkib hissəsi hesab edilir.  
HSN  üzrə  malların  təsnifat  sistemi  altı  əsas  qaydadan.  əlavədən  və  izahatdan 
ibarətdir.  
Azərbaycan  2001-ci  ildən  bu  konvensiyaya  qoşulmuş  və  о  bu  Konvensiyanı 
imzalayan  101-ci  dövlətdir.  Konvensiyanın  şərtlərinə  görə  milli  nomenklaturalar  6 
rəqəmli  işаrələrdən  əlavə  rəqəmlə  kodlaşdırma  aparıla  bilərlər.  Azərbaycan 
Respublikasının strix-kodu 4-76-dır.  
 
 
 
 
 
 
MÖVZU 9.  
 
GЮMRЦK ORQANLARЫNЫN BИР HЦQUQ-MЦHAFIZЯ ORQANЫ KIMI 
FЯALIYYЯTI.  
 
1. Hüquq muhafizə orqanı anlayişı. və onun mahiyyəti 

140 
 
2. Gömrük orqanlarının hüquq-muhafizə fəaliyyətinin inzibati-hüquqi və inzibati-
prosessual formaları 
3. Gömrük qaydalarının pozulması haqqında inzibati işlərin icraatı və onlara baxılması 
qaydalarının şartləri (prinsipləri) 
4. Gömrük qaydalarının pozulması haqqında işlərin icraatı və onlara baxılmasının 
mərhələləri 
5. Gömrük qaydalarının pozulması haqqında işin başlanması və onun ilkin istintaqı 
6. Işə baxılma və gömrük qaydalarının pozulması haqqında iş, üzrə qərarın çıxarılması 
mərhələsi 
7. Gömrük qaydalarının pozulması işi üzrə qərardan şikayətvermə, etiraz etmə və 
yenidən baxılma mərhələsi 
8. Gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının gömrük 
orqanının qərarının icrası mərhələsi 
 
 
 
Hüquq-mühafizə orqanı anlayışı və onun mahiyyəti.  
AR GM-nin müvafiq maddəsinə görə «AR-da gömrük işi hüquq-mühafizə orqanları 
olub, vahid sistem təşkil edən gömrük orqanları tərəfindən həyata keçirilir» . Bəs gömrük 
orqanları nə üçün hüquq-mühafizə orqanı sayılmalıdır? 
Birincisi,  gömrük  orqanları  icraedici,  sərancamverici  orqan  kimi  yüksək  dövlət 
orqanlarının (AR Prezidenti, AR-nın Milli Məclisi, AR-nın Nazirlər Kabineti) qərarlarını 
icra etmək üçün, gömrük işi ilə əlaqədar normativ aktlar vermək hüququna malikdir. Bu 
normativ aktlar mallar və nəqliyyat vasitələrinin, habelə vətəndaşların gömrük sərhədini 
keçməsi  ilə  əlaqədar  verilir  ki,  bu  da  gömrük  orqanlarının  inzibati-hüquqi  fəaliyyətdə 
iştirakı deməkdir.  
kincisi,  malların  keçirilməsi  ilə  əlaqədar  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  ilə 
xarici  iqtisadi  fəaliyyətin  iştirakçıları  arasındakı  gömrük,  inzibati,  dövlət,  beynəlxalq, 
maliyyə,  mülki  və  sair  sahələrdəki  hüquqi  münasibətlərin  tənzimlənmiş  normalarla 
qorunması,  gömrük orqanlarının  inzibati-prosesual,  cinayət-hüquqi  və  cinayət-prosesual 
kimi  hüquq-mühafizə  formalarından  istifadə  etmək  səlihiyyətinin  olması,  onun  hüquq-
mühafizə orqanı sayılmasını zəruri edir.  
Gömrük  işi  sahəsində  X F  iştirakçıları  ilə  gömrük  işçiləri  arasındakı  münasibətləri 
tənzimləyən yüzlərlə normativ aktlar vardır ki, bunlar da dövlət idarəetmə mexanizminin 
bir hissəsi sayılır. Gömrük orqanları ilə X F iştirakçıları arasındakı münasibətlər həddən 
çox  mürəkkəb  xarakter  daşıması  ilə  yanaşı,  beynəlxalq,  gömrük,  dövlət,  inzibati, 
təsərrüfat,  mülki,  əmək,  maliyyə,  torpaq(yer),  nəqliyyat,  dəniz,  hava,  cinayət,  cinayət-
prosesual, hərbi və s. hüquq sahələrinin tənzimlənmə sferalarına aiddir.  

141 
 
AR-nın Krnstitusiyasına görə hamı qanun qarşısında bərabər cavabdehlik daşıyır və 
onun  hüquqi  normalarına  riayət  etməlidir.  Bildiyimiz  kimi  ictimai  münasibətlərin 
tənzimlənməsi  üçün  dövlət  tərəfindən  qoyulmuş  və  ya  sanksiyalaşdırılmış,  elə  dövlət 
tərəfindən də qorunan məcburi intizam qaydaları hüquq norması adlanır.  
Hüquqi normalar hüquqi subyektlər arasında səmərəli münasibətlər saxlayır, dövlət 
və cəmiyyətin, habelə vətəndaşların hüquqi maraqlarını müəyyən edir və qoruyur. Hər bir 
hüquqi normanın məntiqi və faktiki (real) strukturu vardır.  
Hüquqi normanın m əntiqi strukturunu hipoteza, dispozisiya və sanksiya vardır.  
Hipoteza  normanın  birinci  hissəsi  olub,  verilmiş  normanın  faktiki  şəraitini  təyin 
edir.  
Dispozisiyada  hüquq  münasibəti  iştirakçılarının  hüquq  və  vəzifələrinin,  intizam 
qaydalarının özü formalaşdırılır.  
Sanksiyada  isə  hüquq  normalarını  pozan  şəxslər  üçün  cəza  tədbirlərinin  neqativ 
nəticələri göstərilir.  
Hüquqi normanın real (faktiki) strukturu isə iki hissədən ibarətdir: 
1)  hipoteza  (həmişə  birinci  hissə)  və  dispozisiya  (tənzimləyici  normanın  ikinci 
hissəsi); 
2) hipoteza və sanksiya (hüquq-mühafizə normalarının ikiknci hissəsi).  
Hüquq  normasının  məntiqi  strukturu  dövlətə  imkan  verir  ki,  hüquq-mühafizə 
normaları ilə tənzimləyici normalara riayət olunmasını təmin etsin.  
Xarici  iqtisadi  fəaliyyətin  tənzimlənməsində  iştirak  edən  gömrük  orqanları  hər 
ş
eydən əvvəl Azərbaycan və digər ölkələr arasında mal və xidmətlərin optimal hərəkətini 
həyata  keçirir,  iqtisadi,  maliyyə,  siyasi,  sosial  və  digər  məsələlərin  həllini  təmin  edir. 
Bununlada  da  gömrük  orqnaları  AR  GM-də,  «Gömrük  tarifi  haqqında»  AR-nın 
Qanununda,  digər  qanunlarda  və  qanun  gücündə  olan  fərman,  sərəncam  və  qərarlarda 
nəzərdə tutulmuş funksiyaları həyata keçirir. Onlar təşkilati, dövlət idarəetmə, qaydalara 
nəzarət,  hüquqi  normalardan  istifadə,  onun  icrası  və  tətbiqi,  qanunvericilikdə  nəzərdə 
tutulmuş digər funksiyaları yerinə yetirirlər.  
Lakin  bütün  hallarda  X F  iştirakçıları  heç  də  həmişə  hüquqi  normaların  yerinə 
yetirilməsinə  çalışmırlar.  Müəyyən  qrup  şəxslər  bilərəkdən  və  ya  bilməyərəkdən  bu 
normaları  pozurlar  ki,  dövlət  orqanları  (prokurorluq,  məhkəmə,  D N,  MTN,  Vergilər 
Nazirliyi,  gömrük  orqanları)  lazımi  tədbirlər  görməyə  məcbur  olur  və  onların  üzərinə 
qoyulmuş mühafizə funksyasını yerinə yetirərək, bu hüquq pozmalarının qarşısını alırlar.  
Gömrük  işi  sahəsində  mühafizə  dövlət,  cəmiyyət  və  şəxsiyyət  üçün  təhlükəli 
münasibətlərin  qarşısını  almaq,  onları  aradan  qaldırmaq,  X F  iştirakçıları  və  gömrük 
orqanlarının  vəzifəli  şəxslərinin  qeyri-qanuni  və  arzuolunmaz  hərəkətlərinin  qarşısının 
alınması  üçün  müdafiədə  ög  əksini  tapır.  Gömrük  orqanlarının  bu  fəaliyyət  sahəsi, 
qanunazidd  hərəkət  və  ya  hərəkətsizlik  edilməsinə  qoyulmuş  qadağalar,  bu  qadağaların 
pozulmasına  görə  sanksiyalar  və  bu  sanksiyaların  gömrük  orqanları  tərəfindən  icra 

142 
 
olunmasını  əhatə  edir.  Beləliklə,  hüquqi  normaların  mühafizə  funksiyası  müxtəlif 
üsullarla,  o  cümlədən  hüquqi  normannı  pozanlara  məcburi  dövlət  tədbirlərində  istifadə 
yolu  ilə  həyata  keçirilir.  Məcburi  dövlət  tədbirləri  fiziki  və  hüquqi  şəxslərin  qayda 
pozmalara  görə  onların hüquqlarının  məhdudlaşdırılması,  müəyyən  olunmuş  vəzifələrin 
məcburi yerinə yetirilməsinə nail olmaq deməkdir.  
Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti dövlət fəaliyyətinin bir sahəsi olub, 
gömrük  hüquq  münasibətləri  sferasında  dövlətin  daxili  və  xarici  funksiyalarını  yerinə 
yetirərkən ortaya çıxır.  
Bü fəaliyyətin məqsədi gömrük işi sahəsində dövlət, inzibati, gömrük mülki və digər 
hüquq sahələrinin normalarının tətbiqi, icrası, istifadəsi və onların riayət olunmasıdır.  
: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə